"Pyotr Babayev" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya:P{{Əvvəlcə familiya|{{PAGENAME}}}}{{Şəxs |adı = Pyotr Babayev |orijinal adı = P...' ilə yarat) |
|||
Sətir 1: | Sətir 1: | ||
− | [[Kateqoriya:P]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]]{{Şəxs | + | [[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:P]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]]{{Şəxs |
|adı = Pyotr Babayev | |adı = Pyotr Babayev | ||
|orijinal adı = Pyotr Akimoviç Babayev | |orijinal adı = Pyotr Akimoviç Babayev |
22:16, 24 aprel 2021 versiyası
Pyotr Babayev | |
---|---|
Pyotr Akimoviç Babayev | |
Anadan olub | 6 oktyabr 1883 |
Vəfat edib | 25 aprel 1920 (36 yaşında) |
Atası | Həkim Baba |
Anası | Lyubov Qriqoriyeva |
Pyotr Akimoviç Babayev — azərbaycan əsilli rus inqilabçısı. XX əsrin əvvəllərindən üç rus inqilabında fəal iştirak etmişdir. 1918-ci ildən Moskva Sokolniki rayon RK(b)P-nın katibi, rayon sovetinin sədri. Onun adı bir sıra müəssisələr parklar və kücələrin adında əbədiləşdirilmişdir. 1922-ci ildə Abrikosovun Moskvadakı qənnadı fabrikinə Pyotr Babayevin adı verilmışdır. Hazırda ОАО – "Babayev qənnadı konserni" ASC adlanır. Şəki şəhərində Pyotr Babayevin adıyla mədəniyyət və istirahət parkı fəaliyyət göstərir. Burada onun büstü qoyulmuşdur.
Həyatı
Pyotr Babayev 10 iyun 1883-cü ildə Ryazan quberniyasının Kasimov şəhərində azərbaycanlı loğman, təbib Həkim Baba(Həkim Babayev) ailəsində dünyaya gəlmışdir. Atası Həkim Baba(Həkim Babayev) [Şəki şəhəri] də(Nuxa) anadan olmuşdur. 1878-ci ildə fəhlə iğtişaşlarının təşkilatçısı kimi Ryazana sürgün olunmuşdur.
Sürgün həyatı dövründə Kasimov şəhərində zavodda fəhlə işləyən Həkim Baba(Həkim Babayev) , burada Lyubov Qriqoriyeva ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən onların 8 uşağı — Antonina, Pyotr, İlyas, Dmitrı, İvan, Sonya, Qeorqi və Polina dünyaya gəlmişdir. Həkim Baba(Həkim Babayev) övladlarına azərbaycanlı adları vermək istəsə də, mövcüd dini qanunlar və Rusiya imperiyasınin ənənələrinə əsasən buna icazə verilməmışdır. İbtidai təhsilini başa vurmamış 13 yaşlı P.Babayev Ryazanda olan mexaniki fabrikdə usta köməkçisi kimi işləyır. Sonrakı dövrdə uzun müddət sənətinə uyğun iş tapa bilməyən P.Babayev Baltik donanmasına matros kimi hərbi xidmətə çağrılır. Burada o Rusiya Sosial Demokrat bolşeviklər partiyasına üzv olur. 1905-ci il inqilabında yüksək təşkilatçılıq qabiliyyəti ilə fərqlənən P.Babayev sonralar I dünya müharibəsində də iştirak edir. 1916-cı ildə Petroqrad patron zavodunda işləmək ücün cəbhədən geri çağrılır, fəal təşviqatçı və təşkilatçı kimi həyatını bütünlükdə siyasi fəaliyyətə həsr edir. 1917-ci il iyul çıxışlarında və oktyabr çevrilişində yaxından iştirak edir. 1818-ci ildən Moskva Sokolniki rayon partiya komitəsinin katibi olan P.Babayev 1920-ci il aprelin 25-də vərəm xəstəliyindən vəfat etmışdir.