"Musa İslamov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 66: | Sətir 66: | ||
1999-cu ildə Bakıda vəfat edib. | 1999-cu ildə Bakıda vəfat edib. | ||
− | == | + | == Ədəbiyyat == |
* {{ŞAZ|1|582}} | * {{ŞAZ|1|582}} | ||
{{Yaxşı məqalə}} | {{Yaxşı məqalə}} | ||
[[az:Musa İslamov]] | [[az:Musa İslamov]] |
03:23, 30 dekabr 2020 versiyası
Musa İslamov | |
---|---|
Musa İsa oğlu İslamov | |
Fayl:Musa İslamov.JPG | |
Musa İslamov | |
Doğum tarixi | 1924 |
Doğum yeri | Baş Göynük, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 3 yanvar 1999 | (75 yaşındı)
Vəfat yeri | Baki, Azərbaycan |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Musa İslamov (1924 – 1999) – filologiya elmləri doktoru, professor; uzun müddət Nəsimi adına Dilçilik İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb.
Haqqında məlumatlar
1924-cu ildə Nuxa qəzasının Baş Göynük kəndində anadan olub.
Təhsili
Baş Göynük kənd orta məktəbini bitirib.
1944 – 1949-cu illərdə ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsində təhsil alıb.
1954-cü ildə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əyani aspiranturasına qəbul olunub.
Əmək fəaliyyəti
Otuz ildən artıq Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dialektologiyası şöbəsinin müdiri vəzifəsində işləyib.
Elmi fəaliyyəti
1961-ci ildə “Nuxa dialekti” mövzusunda namizədlik,
1973-cü ildə isə “Türk dillərində əvəzliklər” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
100-dən çox elmi məqalənin və bir neçə monoqrafiyanın müəllifidir. Rəhbərliyi altında 9 nəfər namizədlik, 2 nəfər isə doktorluq dissertasiyası müdafiə edib.
Redaktorluğu və iştirakı ilə “Azərbaycan dilinin dialektoloji atlası” və ikicildlik “Azərbaycan dilinin dialektoloji lüğəti” hazırlanıb çapa verilib. Sovet dövründə hazırlanan “SSRİ-dəki türk dillərinin dialektoloji atlası”nın Azərbaycan üzrə icraçısı və Qafqaz zonası üzrə rəhbəri olub.
Elmi-ictimai aktivliyi
Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi nəzdində Elmi-Metodik Şuranın,
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin İxtisaslaşdırılmış Doktorluq Müdafıə Şurasının üzvü idi.
1999-cu ildə Bakıda vəfat edib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. İslamov Musa // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 582. — 1.000 nüsx.
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1924-cü ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 1999-cu ildə vəfat edənlər
- 3 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr