"Abuzər Rəsulov" səhifəsinin versiyaları arasındakı fərqlər
Teq: Undo |
|||
Sətir 57: | Sətir 57: | ||
1926 – 1927-ci illərdə Nuxa şəhər birləşmiş məktəbin (7 nömrəli oğlan məktəbi ilə 8 nömrəli qız məktəbinin birləşməsi) müdiri olub. | 1926 – 1927-ci illərdə Nuxa şəhər birləşmiş məktəbin (7 nömrəli oğlan məktəbi ilə 8 nömrəli qız məktəbinin birləşməsi) müdiri olub. | ||
− | + | 1932 – 1934-cü illərdə Azsənaye Şurasının Nuxa Sənaye Texnikumunda fizika-riyaziyyat müəllimi vəzifəsində işləyib; 1927-ci ildə texnikum Bakıya köçürülüb. | |
1934 – 1937-ci illərdə Azneftin Neftayırma Texnikumunda fizika müəllimi vəzifəsində işləyib; eyni zamanda S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin ümumi fizika kafedrasında laborant vəzifəsində çalışıb. | 1934 – 1937-ci illərdə Azneftin Neftayırma Texnikumunda fizika müəllimi vəzifəsində işləyib; eyni zamanda S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin ümumi fizika kafedrasında laborant vəzifəsində çalışıb. |
17:56, 11 fevral 2021 versiyası
Abuzər Rəsulov | |
---|---|
Rəsulov Abuzər Məmməd oğlu | |
Abuzər Rəsulov | |
Doğum tarixi | 16 dekabr 1907 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 2001 | (94 yaşında)
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
Nuxa Müəllimlər Seminariyası (1921 – 1925) V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, fizika-riyaziyyat şöbəsi (1929 – 1932) |
Mükafatları |
Abuzər Rəsulov (1907 – 2001) – fizika-riyaziyyat elmləri doktoru, professor.
Haqqında məlumatlar
16 dekabr 1907-ci il tarixdə Nuxada, dəmirçi ailəsində anadan olub.
Təhsili
1915 – 1918-ci illərdə üçillik ibtidai məktəbdə oxuyub.
1920 – 1921-ci illərdə Nuxa nümunə-zəhmət məktəbində,
1921 – 1925-ci illərdə Nuxa Müəllimlər Seminariyasında,
1929 – 1932-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu fizika-riyaziyyat şöbəsində təhsil alıb.
Əmək fəaliyyəti
1918 – 1920-ci illərdə atasının dəmirçi emalatxanasında işləyib.
1925-ci ildən Nuxa şəhər 10 №-li orta məktəbində ibtidai sinif müəllimi işləyib.
1926 – 1927-ci illərdə Nuxa şəhər birləşmiş məktəbin (7 nömrəli oğlan məktəbi ilə 8 nömrəli qız məktəbinin birləşməsi) müdiri olub.
1932 – 1934-cü illərdə Azsənaye Şurasının Nuxa Sənaye Texnikumunda fizika-riyaziyyat müəllimi vəzifəsində işləyib; 1927-ci ildə texnikum Bakıya köçürülüb.
1934 – 1937-ci illərdə Azneftin Neftayırma Texnikumunda fizika müəllimi vəzifəsində işləyib; eyni zamanda S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin ümumi fizika kafedrasında laborant vəzifəsində çalışıb.
1937 – 1941-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində assistent və baş müəllim,
1945 – 1952-ci illərdə eksperimental fizika kafedrasında baş müəllim,
1952 – 1978-ci illərdə molekulyar fizika kafedrasında dosent,
1978-ci ildən fizika fakültəsinin optika və molekulyar fizika kafedrasının professoru olub.
Elmi fəaliyyəti
1951-ci ildə “Özlü mayelərdə tərpənmiş dalğalarının yayılması” mövzusunda namizədlik,
1973-cü ildə isə “Rezinin deformasiya və quruluşu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Bir sıra jurnallarda 80-dən çox elmi, elmi-metodik məqalələri dərc olunub. Müxtəlif konfranslarda, seminarlarda 100-dən çox elmi məruzə ilə çıxış edib.
Böyük Vətən müharibəsində
1941 – 1944-cü illərdə Böyük Vətən müharibəsində iştirak edib, 1 orden, 9 medal, 2 döş nişanı ilə təltif olunub.
Təltif və mükafatları
- II dərəcəli “Vətən Müharibəsi” ordeni.
- “Qırmızı Əmək Bayrağı” ordeni.
- 12 medal.
Vəfatı
2001-ci ildə vəfat edib.
Ədəbiyyat
- Mete Ə. Görkəmli fizik // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 230 – 232. — 500 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Rəsulov Abuzər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 468 – 470. — 1.000 nüsx.
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1907-ci ildə doğulanlar
- 16 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 2001-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- II dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr