"Tələt Qasımov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 1: | Sətir 1: | ||
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış dövlət xadimləri]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]][[Kateqoriya:Şəkidən çıxmış həkimlər]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]] | [[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış dövlət xadimləri]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]][[Kateqoriya:Şəkidən çıxmış həkimlər]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]] | ||
{{Dövlət xadimi | {{Dövlət xadimi | ||
− | | adı | + | | adı = Tələt Qasımov |
− | | orijinal adı | + | | orijinal adı = ''Qasımov Tələt Əli oğlu'' |
− | | piktoqram | + | | piktoqram = tibb |
− | | Şəkil | + | | Şəkil = Tələt Qasımov.jpg |
− | | portretin ölçüsü | + | | portretin ölçüsü = |
− | | Şəkil məlumat | + | | Şəkil məlumat = Tələt Qasımov |
| titul_3 = Azərbaycan Respublikasının səhiyyə naziri | | titul_3 = Azərbaycan Respublikasının səhiyyə naziri | ||
| bayraq_3 = Coat of arms of Azerbaijan.svg | | bayraq_3 = Coat of arms of Azerbaijan.svg | ||
| bayraq2_3 = Flag of Azerbaijan.svg | | bayraq2_3 = Flag of Azerbaijan.svg | ||
− | | dövr əvvəl_3 | + | | dövr əvvəl_3 = '''1991''' |
− | | dövr son_3 | + | | dövr son_3 = '''1992''' |
− | | sələfi_3 | + | | sələfi_3 = ''vəzifə təsis edilib'' |
− | | xələfi_3 | + | | xələfi_3 = Rahim Hüseynov |
− | | titul_4 | + | | titul_4 = Azərbaycan SSR səhiyyə naziri |
| bayraq_4 = COA Azerbaijan SSR.png | | bayraq_4 = COA Azerbaijan SSR.png | ||
| bayraq2_4 = Flag of Azerbaijan SSR.svg | | bayraq2_4 = Flag of Azerbaijan SSR.svg | ||
Sətir 45: | Sətir 45: | ||
Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, klinik ordinatura (1965 – 1967) | Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, klinik ordinatura (1965 – 1967) | ||
| elmi dərəcəsi = tibb elmləri namizədi | | elmi dərəcəsi = tibb elmləri namizədi | ||
− | | mükafatları | + | | mükafatları = {{Azərbaycan SSR əməkdar həkimi|1989}}<br>{{Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı|1970}}{{"Şərəf Nişanı" ordeni|1981}} |
}} | }} | ||
'''Tələt Qasımov''' (1939 – 1999) — görkəmli dövlət xadimi və tibb işçisi, “Azərbaycan SSR əməkdar həkimi, Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri. | '''Tələt Qasımov''' (1939 – 1999) — görkəmli dövlət xadimi və tibb işçisi, “Azərbaycan SSR əməkdar həkimi, Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri. |
20:10, 26 fevral 2021 versiyası
Tələt Qasımov (1939 – 1999) — görkəmli dövlət xadimi və tibb işçisi, “Azərbaycan SSR əməkdar həkimi, Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri.
Haqqında məlumatlar
4 avqust 1939-cu il tarixdə Bakıda anadan olub.
Təhsili
1956-cı ildə Bakı şəhər 6 №-li orta məktəbini bitirib.
1957 – 1963-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində,
1965 – 1967-ci illərdə əvvəl Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun klinik ordinaturasına təhsil alıb.
Elmi fəaliyyəti
1967-ci ildə “Bronxial asma zamanı kliniki-biokimyəvi tədqiqatlar” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Əmək fəaliyyəti
1957 – 1963-cü illərdə institutda təhsil alarkən Bakı şəhər 2 №-li klinik xəstəxanada tibb qardaşı vəzifəsində çalışıb.
1963 – 1965-ci illərdə hərbçi-həkim kimi Sovet Ordusunda (Macarıstanda) xidmət edib.
1967 – 1970-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I hospital terapiya kafedrasında assistent vəzifəsində çalışıb.
1970 – 1974-cü illərdə Azərbaycan LKGİ-nin sədri olub.
1974 – 1978-cu illərdə Azərbaycan KP MK-da işləyib, o cümlədən, 1976 – 1978-ci illərdə elm və təhsil müəssisələri şöbəsinin səhiyyə və sosial təminat sektorunun müdiri olub.
1978 – 1979-cu illərdə Azərbaycan SSR Səhiyyə nazirinin müavini və nazirliyin IV baş idarəsinin rəisi vəzifəsində çalışıb.
1979 – 1992-ci illərdə Azərbaycan SSRİ-nin (1991-ci ilədək) və Azərbaycan Respublikasının (1991-ci ildən) səhiyyə naziri olub.
1992 – 1993-cü illərdə Azərbaycanın Moskvadakı nümayəndəliyində ümumi məsələlər üzrə müşavir vəzifəsində çalışıb.
1992-ci ildən sonra heç yerdə işləməyib.
İctimai-siyasi fəaliyyəti
1957 – 1963-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alarkən institutun komsomol komitəsi katibinin müavini olub.
1965 – 1967-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I hospital terapiya kafedrasında assistent vəzifəsində çalışarkən isə institutun komsomol komitəsinin katibi olub.
1970-ci ildə Azərbaycan LKGİ MK-nın büro üzvü seçilib.
1980 – 1984 və 1985 – 1990-cı illərdə X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Mükafatları
- Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı (1972) – respublika pioner təşkilatının işində fəal iştirak etdiklərinə, böyüməkdə olan nəslin kommunist tərbiyəsi sahəsində uzun illər səmərəli fəaliyyət göstərdiklərinə görə və V.İ.Lenin adına Ümumittifaq pioner təşkilatının 50 illiyi ilə ələqədar olaraq[1];
- “Səhiyyə əlaçısı” nişanı (1970);
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı (1970);
- “Şərəf nişanı” ordeni (1981);
- “Azərbaycan SSR əməkdar həkimi” fəxri adı (1989).
Vəfatı
27 fevral 1999-cu il tarixdə – 61 yaşında, Bakıda vəfat edib.
Ailəsi
- Atası: Əli Qasımov, Nuxada anadan olmuşdur, 1941-ci ilədək Bakı şəhər səhiyyə idarəsində çalışıb, Bakıda tibb məktəbinin müdiri olub, 1941-ci ildə könüllü olaraq müharibəyə gedib, 1942-ci ildə itkin düşüb;
- Anası: Səidə Qasımova (Əbdürəhmanova), görkəmli azərbaycanlı sovet heykəltəraş-monumentalisti Fuad Əbdürəhmanovun əmisi qızı, həkim, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda çalışıb, Nuxada anadan olmuşdur.
- Bacısı: Rəna;
- Həyat yoldaşı: Yuliya Qasımova;
- Övladları: Nərminə və Əli Qasımov.
İstinadlar
- ↑ "Respublikanın xalq maarifi və mədəniyyət işçilərinin Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə tətif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 may 1972-ci il tarixli Fərmanı" (PDF). www.anl.az (azərb.). ww.anl.az. 5 Dec 2010 – 16 Jan 2020 tarixində arxivləşdirilib (PDF).
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Касумов Талят Али оглы // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 305 – 306. — 1.000 nüsx.
- Məmmədov N. Tələt Qasımov // Konsilium : jurnal. — 2009. — № 5 may. — Səh. 4 (3 – 15).
- T
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1939-cu ildə doğulanlar
- 4 avqustda doğulanlar
- Avqustda doğulanlar
- 1999-cu ildə vəfat edənlər
- 27 fevralda vəfat edənlər
- Fevralda vəfat edənlər
- Azərbaycan SSR əməkdar həkimləri
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- "Şərəf Nişanı" ordeni laureatları
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr