"Əbdülrəhim Məmmədov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 5: | Sətir 5: | ||
|şəkil = Əbdülrəhim Məmmədov.JPG | |şəkil = Əbdülrəhim Məmmədov.JPG | ||
|şəklin ölçüsü = | |şəklin ölçüsü = | ||
− | |şəklin izahı = Əbdülrəhim Məmmədov | + | |şəklin izahı = Əbdülrəhim Məmmədov. |
|titul = | |titul = | ||
|bayraq = | |bayraq = |
22:02, 6 mart 2021 versiyası
Əbdülrəhim Məmmədov | |
---|---|
Məmmədov Əbdülrəhim Əbdülrəhman oğlu | |
Fayl:Əbdülrəhim Məmmədov.JPG | |
Əbdülrəhim Məmmədov. | |
Doğum tarixi | 8 mart 1925 |
Doğum yeri | Orta Zəyzid, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 30 dekabr 1998 (73 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili |
Nuxa Pedaqoji Texnikumu (1937 – 1940) Nuxa İkiillik Müəllimlər İnstitutu (1940 – 1942) 1945 – 1946-ci illərdə Azərbaycan KP MK yanında Birillik Respublika Təbliğatçılar Məktəbi (1945 – 1946) 1962-ci ildə Moskvada Sov.İKP MK yanında Ali Partiya Məktəbini(ru) (? – 1962 ) |
Təltifləri |
Əbdülrəhim Məmmədov (1925 – 1998) — Azərbaycan sovet partiya və dövlət məmuru; Azərbaycan SSR Nazirlər Sovetinin sovet orqanları şöbəsində baş referent, Azərbaycan Kommunist Partiyası Nuxa Şəhər Komitəsinin birinci katibi və s. vəzifələrdə çalışıb.
Haqqında daha ətraflı
8 mart 1925-ci il tarixdə Şəki qəzasının Orta Zəyzid kəndində anadan olub.
Təhsili
1931 – 1937-ci illərdə Orta Zəyzid kənd yeddiillik məktəbində,
1937 – 1940-ci illərdə Nuxa Pedaqoji Texnikumunda,
1940 – 1942-ci illərdə Nuxa İkiillik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb.
1945 – 1946-ci illərdə Azərbaycan KP MK nəzdində Birillik Respublika Təbliğatçılar Məktəbinin dinləyicisi olub.
1962-ci ildə Moskvada Sov.İKP MK yanında Ali Partiya Məktəbini(ru) qiyabi bitirib.
İş yerləri
1942 – 1943-cü illərdə Orta Zəyzit kənd məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini,
1946 – 1951-ci illərdə Azərbaycan LKGİ Nuxa şəhər komitəsinin birinci və ikinci katibi,
1951 – 1952-ci illərdə Azərbaycan LKGİ MK-da şöbə müdirinin müavini, şöbə müdiri,
1952 – 1953-cü illərdə Azərbaycan KP Bakı Vilayət Komitəsində və Azərbaycan KP MK-da bölmə müdiri və inspektor,
1954-cü ildə Azərbaycan KP Qusar Rayon Komitəsinin ikinci katibi,
1955 – 1959-cu illərdə Azərbaycan KP Nuxa Şəhər Komitəsinin ikinci katibi,
1959 – 1960-ci illərdə əvvəl iki ay Azərbaycan SSR Nazirlər Sovetində sovet orqanları şöbəsinin müdiri, sonra isə bir il Azərbaycan KP MK İmişli Rayon Komitəsinin birinci katibi,
1960 – 1967-ci illərdə Azərbaycan KP Nuxa Şəhər Komitəsinin birinci katibi,
1967 – 1986-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sovet orqanları şöbəsində baş referent vəzifəsində çalşıb.
1986-cı ildə təqaüdə çıxıb.
Hərbi xidmət
1943 – 1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib, 1945-ci ildə kapitan hərbi rütbəsi ilə sovet ordusundan tərxis olunub.
İctimai-siyasi aktivliyi
1945-ci ildən ÜİK(b)P-nın üzvü olub.
Azərbaycan LKGİ MK və Azərbaycan KP MK-ya üzv, II çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.
Mükafatları
- “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ);
- medallar.
Vəfatı
30 dekabr 1998-ci il tarixdə – 73 yaşında, Bakıda vəfat edib.
Digər
Ölümündən sonra – 2007-ci ildə, “Ömürdən yadda qalan bəzi xatirələr” adlı kitabı çap olunub.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Məmmədov Əbdülrəhim // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 373 – 375. — 1.000 nüsx.
Həmçinin, bax:
Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri.
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1925-ci ildə doğulanlar
- 8 martda doğulanlar
- Martda doğulanlar
- 30 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1998-ci ildə vəfat edənlər
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr