"Vaqif İbrahim" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 24: | Sətir 24: | ||
|Fəaliyyəti = | |Fəaliyyəti = | ||
|Fəaliyyət illəri = | |Fəaliyyət illəri = | ||
− | |Əsərlərinin dili = | + | |Əsərlərinin dili = |
|İstiqamət = | |İstiqamət = | ||
|Janr = | |Janr = |
22:28, 28 sentyabr 2021 versiyası
Vaqif İbrahim | |
---|---|
İbrahimov Vaqif Əliyar oğlu | |
Vaqif İbrahim. | |
Doğum tarixi | 30 sentyabr 1945 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfatı | 29 oktyabr 1983 (38 yaşında) |
Vəfat yeri | Sumqayıt |
Vəfat səbəbi | avtomobil qəzası |
Dəfn yeri | Saray qəsəbəsi, Abşeron rayonu |
Vətəndaşlığı | SSRİ |
Təhsili | M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu |
Mükafatları |
Vaqif İbrahim (1945–1983) — tanınmış şair və jurnalist, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı, Azərbaycan LKGİ MK-nə üzvü, “Göyərçin” jurnalının məsul katibi.
Haqında məlumatlar
30 sentyabr 1945-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
Nuxada orta təhsil alıb.
M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.
Əmək fəaliyyəti
1968 – 1970-ci illərdə Sumqayıt şəhər radio verilişləri redaksiyasında redaktor,
1971 – 1975-ci illərdə isə məsul redaktor vəzifəsində çalışıb.
1970 – 1971-ci illərdə Əli Kərim adına Sumqayıt gənclik poeziya klubunun sədri,
1975 – 1976-cı illərdə “Ulduz” jurnalı redaksiyasında ədəbi işçi,
1976 – 1983-cü illərdə “Göyərçin” jurnalının məsul katibi olub.
İctimai aktivliyi
1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
1980 – 1983-cü illərdə Azərbaycan LKGİ MK nəzdində gənc yazıçıların respublika ədəbi birliyinə rəhbərlik edib.
Azərbaycan komsomolunun XXX-XXXI qurultaylarının nümayəndəsi olub (XXXI qurultayında Azərbaycan LKGİ MK-nə üzv seçilib).
SSRİ – Bolqarıstan “Drujba” jurnalı redaksiya heyətinin üzvü idi.
Ədəbi yaradıcılığı
7 şeir kitabı sağlığında, nəşrə təqdim etdiyi “Taleyimə yazılanlar” adlı kitabı isə ölümündən sonra çap olunub.
Kitablarının siyahısı (çap olunduğu illər)
- Bu torpaqda doğulanlar (1970);
- Ömür balladası (1970);
- Dünyanın keşiyində (1974);
- Baykal-Amur magistralında (1975);
- Mehribanlıq işığı (1981);
- Vaxtla üz-üzə (1982);
- Taleyimə yazılanlar (1985).
Təltif və mükafatları
- “Baykal Amur magistralının fəxri inşaatçısı” adı (1975);
- Azərbaycan SSR Lenin komsomolu mükafatı (1976);
- M.Qorki adına Ümumittifaq mükafatı (1978).
Vəfatı
29 oktyabr 1983-cü il tarixdə – 38 yaşında, avtomobil qəzasında həlak olub.
Xatirəsi
M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin tabeliyində olan klublardan biri Vaqif İbrahimin adını daşıyır.
Ədəbiyyat
- Əhmədov T. Azərbaycan yazıçıları XX–XXI yüzillikdə. — Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011. — Səhifələrin sayı: 1056. — Səh.: 962. — 1.000 nüsx. — ISBN 978-9952-460-06-3. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 sentyabr 2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- V
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1945-ci ildə doğulanlar
- 30 sentyabrda doğulanlar
- Sentyabrda doğulanlar
- 29 oktyabrda vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- 1983-cü ildə vəfat edənlər
- Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatları
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə