"Bilqeys Həşimzadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 51: | Sətir 51: | ||
7 yaşından Nuxanın tanınmış bəylərindən biri olan Rzaqulu bəyin evinə qulluqçu işləyib. | 7 yaşından Nuxanın tanınmış bəylərindən biri olan Rzaqulu bəyin evinə qulluqçu işləyib. | ||
− | Pedaqoji kursu bitirdikdən sonra müəllim, | + | Pedaqoji kursu bitirdikdən sonra əvvəl müəllim, |
1925 – 1928-ci illərdə [[Şəki qəzası|Şəki qəza]] Komitəsində şöbə müdiri, | 1925 – 1928-ci illərdə [[Şəki qəzası|Şəki qəza]] Komitəsində şöbə müdiri, |
13:52, 8 dekabr 2021 versiyası
Bilqeyis Həşimzadə | |
---|---|
Həşimzadə Bilqeyis Əhməd qızı | |
Bilqeyis Həşimzadə | |
Bilqeyis Həşimzadə. | |
Doğum tarixi | 1900 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 1961 | (60 yaşında)
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Elm sahəsi | hüquq |
Elmi dərəcəsi | hüquq elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili |
• fəhlə fakültəsi (1923–1926) • aspirantura |
Bilqeyis Həşimzadə (1900–1961) — hüquq elmləri namizədi, dosent, ilk azərbaycanlı hüquqşünas qadın, ilk azərbaycanlı qadın hüquq elmləri namizədi, ilk azərbaycanlı qadın institut rektoru və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) sabiq rektoru.
Haqqında məlumatlar
1900-cü ildə Nuxada (indiki Şəki) anadan olub.
2 yaşında olarkən atası vəfat edib və o, Qışlaq kəndindəki ipək fabrikində fəhlə işləyən əmisi Lüti Həsən oğlunun himayəsində böyüyüb.
Təhsili
Əvvəl Nuxa şəhərində Rzaqulu bəyin evində fəaliyyət göstərən qız məktəbində[qeyd 1], sonra pedaqoji kursda,
1923 – 1926-cı illərdə fəhlə fakültəsində, daha sonra isə aspiranturada təhsil alıb.
Əmək fəaliyyəti
7 yaşından Nuxanın tanınmış bəylərindən biri olan Rzaqulu bəyin evinə qulluqçu işləyib.
Pedaqoji kursu bitirdikdən sonra əvvəl müəllim,
1925 – 1928-ci illərdə Şəki qəza Komitəsində şöbə müdiri,
1928 – 1938-ci illərdə Azərbaycan SSR prokurorunun müavini,
1938 – 1941-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rektoru,
1941 – 1945-ci illərdə Azərbaycan SSR Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri,
1945 – 1951-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin cinayət hüququ kafedrasında dosent vəzifəsində çalışıb.
Elmi fəaliyyəti
1946-ci ildə hüquq elmləri üzrə namizədlik dissertasiyasını müdafiə edib.
1950-ci ildə dosent elmi adını alıb.
Bir sıra elmi-tədqiqat və publisistik əsərlərin müəllifidir.
Vəfatı
1961-ci ildə – 60 yaşında, Bakıda vəfat edib.
Ailəsi
Həyat yoldaşı Həşimzadə Şükür Məmməd oğlu Qoxmuq kənd məktəbinin direktoru olmuş, Azərbaycan SSR əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.
Xatirəsi
Şəki şəhərindəki bir küçəyə adı verilib.
Qeydlər
- ↑ Həmin məktəbdə gələcəyin tanınmış dövlət xadimi – Nəriman Nərimanovun, bacısı qızı Nabat Nərimanova dərs deyirdi. Nabat Nərimanova Rzaqulu bəyin qız məktəbində dərs deməklə bərabər, həm də onun evində yaşamışdır. Balaca Bilqeyis Nabat xanımla yaxınlaşır, onun otağını təmizləyir, su gətirir və başqa xırda işlərlə məşğul olur. Bunun müqabilində Nabat xanım Bilqeyisin tərbiyəsi ilə məşğul olur və özünün dərs dediyi məktəbi qurtarmasına köməklik edir.
Ədəbiyyat
- Mete Ə. İlk azərbaycanlı hüquqşünas qadın // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 391-392. — 500 nüsx.
- Xanım rektorumuz – Bilqeyis Haşımzadə : [arx. 8 Mar 2017 - 23 Jan 2018] // Azərbaycan Dövlət İqtisad Universiteti. — 2017. — 7 mart. — Müraciət tarixi: 08.12.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- B
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1900-cü ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 1961-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə