Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Babək İsgəndərov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 5: Sətir 5:
 
|şəklin ölçüsü    = 290
 
|şəklin ölçüsü    = 290
 
|şəklin izahı      = Babək İsgəndərov Böyük Qafqaz dağlarında.
 
|şəklin izahı      = Babək İsgəndərov Böyük Qafqaz dağlarında.
|tam adı          =  
+
|tam adı          = İsgəndərov Babək Ağabala oğlu
 
|ləqəbi            =   
 
|ləqəbi            =   
 
|milliyyət        =  
 
|milliyyət        =  

14:50, 1 iyun 2023 versiyası

Babək İsgəndərov
İsgəndərov Babək Ağabala oğlu
Babək İsgəndərov
Babək İsgəndərov Böyük Qafqaz dağlarında.
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyun 1986 (1986-06-01) (38 yaş)
Doğum yeri Oravan (indiki Oraban), Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (2006–2011)

 • Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Dağçılıq Məktəbi (2011)

Babək İsgəndərov — tanınmış alpinist, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Dağçılıq Məktəbinin tədris bölməsinin rəhbəri.

Haqqında məlumatlar

1 iyun 1986-cı il tarixdə Şəki rayonunun Oravan (indiki Oraban) kəndində anadan olub.

Təhsili

2006 – 2011-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman turizmi ixtisası üzrə təhsil alıb.

2011-ci ildə həm də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Dağçılıq Məktəbini bitirib.

Əmək və idman fəaliyyəti

2011-ci ildən sonra Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasında (FAIREX) çalışır; o cümlədən, əvvəl təlimçi, sonra isə federasiyanın Dağçılıq Məktəbinin tədris bölməsinin rəhbəri olub.

2017-ci ilin avqust ayında Avrasiya Alpinizm və Qayayadırmanma Assosiasiyası və Rusiyanın Milli və Qeyri-Olimpiya İdman Növləri Birliyinin təşkilatçılığı ilə keçirilmiş Beynəlxalq Alpiniada yarışlarında iştirak etmiş və bu yarışlar çərçivəsində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dağçılarından ibarət ekspedisiya qrupunun digər üzvü Rinat Rəhimxanovla birlikdə Qafqaz dağlarının ən hündür zirvəsi olan Elbrusa (5642 m) qalxmışdır.