"Əli Əliyev" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya:Ə{{Şəxs |Adı = Əli Əliyev |Orijinal adı = Əliyev Əli Yusif oğlu |Şəkil = Əli Əliyev.png |Şəklin ölçüsü...' ilə yarat) |
|||
Sətir 45: | Sətir 45: | ||
1964-cü ildə isə yeni yaradılmış Nuxa Elektrik Şəbəkəsi idarəsinə direktor təyin olunub. | 1964-cü ildə isə yeni yaradılmış Nuxa Elektrik Şəbəkəsi idarəsinə direktor təyin olunub. | ||
− | |||
− | |||
1985-ci ildən əmək fəaliyyətini V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində davam etdirib; əvvəl baş energetikin müavini, sonra isə mexanika və energetika şöbəsinin rəisi vəzifəsində işləyib. | 1985-ci ildən əmək fəaliyyətini V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində davam etdirib; əvvəl baş energetikin müavini, sonra isə mexanika və energetika şöbəsinin rəisi vəzifəsində işləyib. |
01:27, 8 may 2020 versiyası
Əli Əliyev | |
---|---|
Əliyev Əli Yusif oğlu | |
Əli Əliyev | |
Əli Əliyev, 1975-ci il | |
Anadan olub | 10 oktyabr 1930 |
Anadan olduğu yer | Nuxa, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 6 noyabr 2001 (71 yaşında) |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | Azərbaycan Sənaye İnstitutu (1947 – 1953) |
Mükafatları |
Əli Əliyev (Əliyev Əli Yusif oğlu; d. 10 oktyabr 1930-cu il, Nuxa, Azərbabaycan SSR, ZSFSR, SSRİ – 6 noyabr 2001-ci il, Şəki, Azərbaycan Respublikası) – energetik-mühəndis, 1957 – 1985-ci illərdə fasiləsiz olaraq Azərenerjidə işləmiş, o cümlədən, 1964-cü ildən Nuxa/Şəki Elektrik Şəbəkəsi İdarəsinin rəisi olmuşdur; 1985-ci ildə Şəki Şəhər Partiya Komitəsinin birinci katibi Hadi Rəcəbli Finlandiya Respublikası prezidentinin Marxala gözlənilən gəlişi ilə əlaqədar, Əli Əliyevdən 24 saat ərzində ora şəhərdən ikinci ehtiyat elektrik xəttinin çəkilməsini tələb etdikdə, Əli Əliyev bu işin 24 saat ərzində həyata keçirilməsininin texniki cəhətdən mümkün olmadığını bildirərək işdən çıxmaq ərizəsini yazmışdır. Bundan sonra əmək fəaliyyətini Şəki İstehsal İpək Birliyində davam etdirib.
Haqqında məlumatlar
1930-cu ildə Nuxada anadan olub.
1947 – 1953-cü illərdə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində təhsil alıb.
1953-cü ildə təyinatla Mingəçevir SES-in tikintisinə göndərilib; əvvəl enerqokombinatın elektrik laboratoriyasının rəisi, sonra 35 kv-luq yarımstansiyanın rəisi, elektrik şəbəkəsi rəisi, 1955-ci ildə SES istismara verildikdən sonra isə bir müddət istismar şöbəsində böyük mühəndis vəzifəsində işləyib.
1955-ci ildə Azərenerjinin Nuxa Rayonlararası İstismar Şöbəsinə texniki rəhbər (texnoruk),
1957-ci ildə Azərenerjinin Qərb Elektrik Şəbəkəsindəki 110 kv-luq Nuxa yarımstansiyasına rəis,
1964-cü ildə isə yeni yaradılmış Nuxa Elektrik Şəbəkəsi idarəsinə direktor təyin olunub.
1985-ci ildən əmək fəaliyyətini V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində davam etdirib; əvvəl baş energetikin müavini, sonra isə mexanika və energetika şöbəsinin rəisi vəzifəsində işləyib.
2001-ci ildə Şəkidə vəfat edib.
Ailəsi
Bir qızı, iki oğlu var. Qızı və bir oğlu həkim, digər oğlu isə energetik-mühəndisdir.
Mükafatları
- “Şərəf nişanı” ordeni;
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı;
- SSRİ Energetika Nazirliyinin Fəxri fərmanı.
- Ə
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1930-cu ildə doğulanlar
- 10 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 6 noyabrda vəfat edənlər
- Noyabrda vəfat edənlər
- 2001-ci ildə vəfat edənlər
- "Şərəf Nişanı" ordeni laureatları
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)