Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Əliyar Əmircanov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 23: Sətir 23:
 
|İmzası        =  
 
|İmzası        =  
 
}}
 
}}
'''Əliyar Əmircanov''' (''Əmircanov Əliyar bəy  Hacı bəy oğlu''; {{d.}} 17 may 1897-ci il, [[Nuxa]], [[Nuxa qəzası]], Yelizavetpol quberniyası, Rusiya İmperiyası – {{ö.}} + 1945, Zaparojye, Ukarayna SSR, SSRİ) — Berlin Ali Texniki Məktəbinin məzunu  (1922 – 1927), Leninqrad Elmi-Tədqiqat Dizel İnstitutunda avtomobil dizellərinin layihələndirilməsi işi üzrə mühəndis vəzifəsində işləyib. 1935-ci ildə siyasi ittihamla həbs edilsə də ittiham sübuta yetirilmədiyinə görə həbsdən azad edilib və Leninqradda işləməyə davam edib; 1945-ci ildən sonra Zaporojyeyə ezamiyyətdə olarkən orada xəstələnib vəfat edib orada da dəfn edilib. Məhəmmədəmin Rəsulzadə 1922-ci ildə yazdığı məktubunda Əliyar Əmircanovun Berlində təhsil almasından məlumatlı olduğunu və ona etibar etdiyini göstərib. General-polkovnik [[Tofiq Ağahüseynov|Tofiq Ağahüseynovun]] dayısıdır.
+
'''Əliyar Əmircanov''' (''Əmircanov Əliyar bəy  Hacı bəy oğlu''; {{d.}} 17 may 1897-ci il, [[Nuxa]], [[Nuxa qəzası]], Yelizavetpol quberniyası, Rusiya İmperiyası – {{ö.}} + 1945, Zaparojye, Ukarayna SSR, SSRİ) — Berlin Ali Texniki Məktəbinin məzunu  (1922 – 1927), Leninqrad Elmi-Tədqiqat Dizel İnstitutunda avtomobil dizellərinin layihələndirilməsi işi üzrə mühəndis vəzifəsində işləyib. 1935-ci ildə siyasi ittihamla həbs edilsə də ittiham sübuta yetirilmədiyinə görə həbsdən azad edilib və Leninqradda işləməyə davam edib; 1945-ci ildən sonra Zaporojyeyə ezamiyyətdə olarkən orada xəstələnib vəfat edib, orada da dəfn edilib. Məhəmmədəmin Rəsulzadə 1922-ci ildə yazdığı məktubunda Əliyar Əmircanovun Berlində təhsil almasından məlumatlı olduğunu və ona etibar etdiyini göstərib. General-polkovnik [[Tofiq Ağahüseynov|Tofiq Ağahüseynovun]] dayısıdır.
  
== Haqqında məlumatlar ==
 
== Haqqında məlumatlar ==
1897-ci ildə Nuxada anadan olub.
+
1897-ci ildə Nuxada anadan olub.  
  
===Təhsili===
 
===Təhsili===
Sətir 34: Sətir 34:
 
1915-ci ildə attestatların müsabiqəsi üzrə Petroqrad Politexnik İnstitutunun elektromexanika bölümünə qəbul olunmuş, lakin arzusuna uyğun olaraq Moskva Ali Texniki Məktəbinin mexanika şöbəsində təhsil almağa başlayıb.
 
1917-ci ilin 7 noyabrında Rusiyada baş vermiş Oktyabr inqilabından sonra təhsilini yarımçıq buraxaraq geri qayıtmağa məcbur olub.
+
1917-ci ilin 7 noyabrında Rusiyada baş vermiş Oktyabr nqilabından sonra təhsilini yarımçıq buraxaraq geri qayıtmağa məcbur olub.
  
2 avqust 1919-cu ildə Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin adına məktub yazaraq ona ali təhsilini İsveçrədəki məşhur Sürix Politexnikumunun mexanika bölməsində dövlət hesabına bitirməyə imkan yaradılmasını xahiş etmişdir.
+
2 avqust 1919-cu ildə Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin adına məktub yazaraq ali təhsilini İsveçrədəki məşhur Sürix Politexnikumunun mexanika bölməsində dövlət hesabına bitirməyə ona imkan yaradılmasını xahiş edib.
  
Azərbaycan Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarında isə təhsilini dövlət hesabına davam etdirməsi üçün onun İsveçrəyə yox, Rusiya göndərilməsi məqbul sayılmışdır.
 
Azərbaycan Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarında isə təhsilini dövlət hesabına davam etdirməsi üçün onun İsveçrəyə yox, Rusiya göndərilməsi məqbul sayılmışdır.
  
5 noyabr 1919-cu il tarixdə Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin adına ikinci məktub yazaraq Rusiya əvəzinə İsveçrəyə göndərilməsini xahiş etmişdir.  
+
5 noyabr 1919-cu il tarixdə Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin adına ikinci məktubunu yazaraq Rusiya əvəzinə İsveçrəyə göndərilməsini xahiş etmişdir.  
  
25 noyabr 1919-cu il tarixdə Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin adına yazdığı məktubda isə ərizəsində təhsilini Xarkov şəhərində davam etdirməkdən ötrü Rusiyaya getmək üçün ona çatası pulların verilməsini xahiş edib.
+
25 noyabr 1919-cu il tarixdə Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin adına yazdığı ərizəsində  isə təhsilini Xarkov şəhərində davam etdirməkdən ötrü Rusiyaya getmək üçün ona çatası pulların verilməsini xahiş edib.
  
29 noyabr 1919-cu il tarixli Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin təliqəsində göstərilir ki,  “Rusiyaya ali təhsilini davam etdirmək üçün getməkdən ötrü tələbə Əliyar bəy Əmircanova 21 min manat yazmağınızı təklif edirəm; həmin məbləğdən 18 min manat bugünkü gündən 6 aylıq dolanışıq üçün və 3 min manat yolpuludur”.
+
29 noyabr 1919-cu il tarixli Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin təliqəsində göstərilir ki,  “''Rusiyaya ali təhsilini davam etdirmək üçün getməkdən ötrü tələbə Əliyar bəy Əmircanova 21 min manat yazmağınızı təklif edirəm; həmin məbləğdən 18 min manat bugünkü gündən 6 aylıq dolanışıq üçün və 3 min manat yolpuludur''”.
  
Lakin Rusiyaya getməli olan başqa tələbələr kimi, pulu alsa da həmin vaxt oxumağa gedə bilməyib və Bakıda qalıb.
+
Lakin pulu alsa da həmin vaxt oxumağa gedə bilməyib və Bakıda qalıb.
  
1922-ci ilin fevral ayında RSFSR XXİK-dan ali təhsilini davam etdirmək məqsədi ilə xaricə getmək üçün rəsmi icazə alıb.  
 
1922-ci ilin fevral ayında RSFSR XXİK-dan ali təhsilini davam etdirmək məqsədi ilə xaricə getmək üçün rəsmi icazə alıb.  
  
1922 – 1927-ci illərdə Berlin Ali Texniki Məktəbində təhsil alıb. İlk iki ili orada yaşayan dayısı İsmayıl Əlizadənin hesabına yaşayıb və oxuyib. Sonradan isə Azərbaycan SSR Xalq Maarif Komissarlığından təqaüd almağa başlayıb.
+
1922 – 1927-ci illərdə Berlin Ali Texniki Məktəbində təhsil alıb. İlk iki ili orada yaşayan dayısı İsmayıl Əlizadənin hesabına yaşayıb və oxuyub. Sonradan isə Azərbaycan SSR Xalq Maarif Komissarlığından təqaüd almağa başlayıb.
  
===İş yerləri===
 
===İş yerləri===
Sətir 59: Sətir 59:
 
12 aprel 1919-cu il tarixdə Azərbaycan Cümhuriyyəti Ticarət, Sənaye və Ərzaq Nəzarəti dəftərxanasının ümumi şöbə kargüzarının müavini təyin edib.   
 
12 aprel 1919-cu il tarixdə Azərbaycan Cümhuriyyəti Ticarət, Sənaye və Ərzaq Nəzarəti dəftərxanasının ümumi şöbə kargüzarının müavini təyin edib.   
  
1920-ci ilin mart ayında Azərbaycan Cümhuriyyəti Xariciyyə Nəzarətinin ümumi şöbədəsində,  Azərbaycan sovetləşdikdən sonra siə Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığının Şərq şöbəsində 1921-ci ilədək kargüzar vəzifəsində işləyib.  
+
1920-ci ilin mart ayında Azərbaycan Cümhuriyyəti Xariciyyə Nəzarətinin ümumi şöbədəsində,  Azərbaycan sovetləşdikdən sonra isə Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığının Şərq şöbəsində 1921-ci ilədək kargüzar vəzifəsində çalışıb.  
  
1927-ci ilin iyun – dekabr aylarında Almaniyadakı  “Yunkers” zavodunda sürətli daxiliyanma mühərrikləri üzrə təcrübəçi-mühəndis işləyib.
+
1927-ci ilin iyun – dekabr aylarında Almaniyadakı  “Yunkers” zavodunda sürətli daxiliyanma mühərrikləri üzrə təcrübəçi-mühəndis,
  
1928-ci ilin yanvar – sentyabr aylarında XTŞ Azərdövlətmetalsənaye 5-ci zavodunda mühəndis-konstruktor,
 
1928-ci ilin yanvar – sentyabr aylarında XTŞ Azərdövlətmetalsənaye 5-ci zavodunda mühəndis-konstruktor,
Sətir 101: Sətir 101:
 
6 fevral 1935-ci ildə əks-inqilabçı “Qafqaz-Türk Xalq Partiyası”nın üzvü olması ittihamı ilə Leninqradda həbs edilib.
 
6 fevral 1935-ci ildə əks-inqilabçı “Qafqaz-Türk Xalq Partiyası”nın üzvü olması ittihamı ilə Leninqradda həbs edilib.
  
21 may 1935-ci ildə əks-inqilabi təşkilata mənsubluğu ittihanı sübuta yetirilmədiyinə görə həbsdən azad edilib.
+
21 may 1935-ci ildə əks-inqilabi təşkilata mənsubluğu ittihamı sübuta yetirilmədiyinə görə həbsdən azad edilib.
  
===Vəfatı===
 
===Vəfatı===
Həbsdən azad edildikdən sonra Leninqradda işləməyə davam edib, Zaporojyeyə ezamiyyətdə olarkən orada xəstələnib və vəfat edib, orada da dəfn edilib.
+
Həbsdən azad edildikdən sonra Leninqradda işinə davam edib, Zaporojyeyə ezamiyyətdə olarkən orada ağır xəstələnib və vəfat edib, orada da dəfn edilib.
  
==Ailəsi==
 
==Ailəsi==
Sətir 118: Sətir 118:
 
* Əmircanova Şövkət, 21 yaş, makinaçı, Bakı.  
 
* Əmircanova Şövkət, 21 yaş, makinaçı, Bakı.  
  
Həyat yoldaşı: Heydər Əliyevin  bacısı Səkinə.
+
Həyat yoldaşı: Səkinə.
  
Oğlu: Fərid; çox gec evlənib, 49 yaşında, evladı olmatyıb.
+
Oğlu: Fərid; çox gec evlənib, 49 yaşında, evladı olmayıb.
  
==Ədəbiyyat==
 
==Ədəbiyyat==

19:39, 17 may 2020 versiyası

Əliyar Əmircanov
Əmircanov Əliyar bəy Hacı bəy oğlu
Əliyar Əmircanov
Əliyar Əmircanov
Doğum tarixi 17 may 1897(1897-05-17)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi +1945
Vəfat yeri Zaparojye, Flag of the Ukrainian Soviet Socialist Republic (1949–1991).svg Ukrayna SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili Bakı kişi realnı məktəbi (1907/1908 – 1915); Moskva Ali Texniki Məktəbi (1915 – 1917, natamam), Berlin Ali Texniki Məktəbi (1922 – 1927)

Əliyar Əmircanov (Əmircanov Əliyar bəy Hacı bəy oğlu; d.  17 may 1897-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö.  + 1945, Zaparojye, Ukarayna SSR, SSRİ) — Berlin Ali Texniki Məktəbinin məzunu (1922 – 1927), Leninqrad Elmi-Tədqiqat Dizel İnstitutunda avtomobil dizellərinin layihələndirilməsi işi üzrə mühəndis vəzifəsində işləyib. 1935-ci ildə siyasi ittihamla həbs edilsə də ittiham sübuta yetirilmədiyinə görə həbsdən azad edilib və Leninqradda işləməyə davam edib; 1945-ci ildən sonra Zaporojyeyə ezamiyyətdə olarkən orada xəstələnib və vəfat edib, orada da dəfn edilib. Məhəmmədəmin Rəsulzadə 1922-ci ildə yazdığı məktubunda Əliyar Əmircanovun Berlində təhsil almasından məlumatlı olduğunu və ona etibar etdiyini göstərib. General-polkovnik Tofiq Ağahüseynovun dayısıdır.

Haqqında məlumatlar

1897-ci ildə Nuxada anadan olub.

Təhsili

Əliyar bəy Əmircanov Moskvada təhsil alarkən, 1917-ci il.

1907/1908 – 1915-ci ilərdə 1-ci Bakı kişi realnı məktəbində oxuyub.

1915-ci ildə attestatların müsabiqəsi üzrə Petroqrad Politexnik İnstitutunun elektromexanika bölümünə qəbul olunmuş, lakin arzusuna uyğun olaraq Moskva Ali Texniki Məktəbinin mexanika şöbəsində təhsil almağa başlayıb.

1917-ci ilin 7 noyabrında Rusiyada baş vermiş Oktyabr nqilabından sonra təhsilini yarımçıq buraxaraq geri qayıtmağa məcbur olub.

2 avqust 1919-cu ildə Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin adına məktub yazaraq ali təhsilini İsveçrədəki məşhur Sürix Politexnikumunun mexanika bölməsində dövlət hesabına bitirməyə ona imkan yaradılmasını xahiş edib.

Azərbaycan Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarında isə təhsilini dövlət hesabına davam etdirməsi üçün onun İsveçrəyə yox, Rusiya göndərilməsi məqbul sayılmışdır.

5 noyabr 1919-cu il tarixdə Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin adına ikinci məktubunu yazaraq Rusiya əvəzinə İsveçrəyə göndərilməsini xahiş etmişdir.

25 noyabr 1919-cu il tarixdə Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin adına yazdığı ərizəsində isə təhsilini Xarkov şəhərində davam etdirməkdən ötrü Rusiyaya getmək üçün ona çatası pulların verilməsini xahiş edib.

29 noyabr 1919-cu il tarixli Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin təliqəsində göstərilir ki, “Rusiyaya ali təhsilini davam etdirmək üçün getməkdən ötrü tələbə Əliyar bəy Əmircanova 21 min manat yazmağınızı təklif edirəm; həmin məbləğdən 18 min manat bugünkü gündən 6 aylıq dolanışıq üçün və 3 min manat yolpuludur”.

Lakin pulu alsa da həmin vaxt oxumağa gedə bilməyib və Bakıda qalıb.

1922-ci ilin fevral ayında RSFSR XXİK-dan ali təhsilini davam etdirmək məqsədi ilə xaricə getmək üçün rəsmi icazə alıb.

1922 – 1927-ci illərdə Berlin Ali Texniki Məktəbində təhsil alıb. İlk iki ili orada yaşayan dayısı İsmayıl Əlizadənin hesabına yaşayıb və oxuyub. Sonradan isə Azərbaycan SSR Xalq Maarif Komissarlığından təqaüd almağa başlayıb.

İş yerləri

1918-ci ildə qısa müddət ərzində türk hərbçilərinin sürücüsü,

1919-cu ildə Bakıda təcrübəçi tələbə kimi əvvəl 2 ay dəmiryol emalatxanasında, sonra isə avtomobil təmiri emalatxanasında işləyib.

12 aprel 1919-cu il tarixdə Azərbaycan Cümhuriyyəti Ticarət, Sənaye və Ərzaq Nəzarəti dəftərxanasının ümumi şöbə kargüzarının müavini təyin edib.

1920-ci ilin mart ayında Azərbaycan Cümhuriyyəti Xariciyyə Nəzarətinin ümumi şöbədəsində, Azərbaycan sovetləşdikdən sonra isə Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığının Şərq şöbəsində 1921-ci ilədək kargüzar vəzifəsində çalışıb.

1927-ci ilin iyun – dekabr aylarında Almaniyadakı “Yunkers” zavodunda sürətli daxiliyanma mühərrikləri üzrə təcrübəçi-mühəndis,

1928-ci ilin yanvar – sentyabr aylarında XTŞ Azərdövlətmetalsənaye 5-ci zavodunda mühəndis-konstruktor,

1928-ci ilin oktyabr ayından 1932-ci ilin noyabr ayınadək Azərneftin avtomobil təmiri zavoduna mühəndis-konstruktor işləyib

1932-ci ilin noyabr ayından Leninqrad Elmi-Tədqiqat Dizel İnstitutunun dəvəti ilə Leninqrad şəhərinə köçmüş və həmin institutda avtomobil dizellərinin layihələndirilməsi üzrə mühəndis vəzifəsində işləməyə başlayıb.

Siyasi ittihamlarla həbsləri

Əliyar Əmircanov həbsdə olarkən, 1935-ci il.

1922-ci ildə Məhəmmədəmin Rəsulzadə Finlandiyada olarkən Sədri Maqsudi Arsala yazdığı məktubunda Əliyar Əmircanovun adını çəkib və onun həmin vaxt Berlində təhsil aldığndan məlumatlı olduğunu və ona etibar etdiyini göstərib[1].

6 fevral 1935-ci ildə əks-inqilabçı “Qafqaz-Türk Xalq Partiyası”nın üzvü olması ittihamı ilə Leninqradda həbs edilib.

21 may 1935-ci ildə əks-inqilabi təşkilata mənsubluğu ittihamı sübuta yetirilmədiyinə görə həbsdən azad edilib.

Vəfatı

Həbsdən azad edildikdən sonra Leninqradda işinə davam edib, Zaporojyeyə ezamiyyətdə olarkən orada ağır xəstələnib və vəfat edib, orada da dəfn edilib.

Ailəsi

Atası Hacı bəy Əmircanov Nuxa rus-tatar ibtidai məktəbinin müəllimi, Bakı 4-cü rus-türk məktəbinin müdiri olub (1907/1908-ci ilədək). Sonra oğlu Musa bəy Əmircanovun konturunda hesabdar işləyib (1920-ci ilin mayınadək).

1935-ci ildə Leninqradda həbs edilərkən istintaq materiallarında bacıları haqqında aşağıdakı məlumatlar daxil edilib:

  • Ağahüseynova Hüsniyyə, 40 yaş, evdar, Bakı şəhəri;
  • Əmircanova Hökumə, 33 yaş, Bakı şəhəri, XMK, katibə;
  • Dadanova Zivər, 29 yaş, evdar, Bakı şəhəri;
  • İbrahimova Cavahir, 27 yaş, Bakı, Azərneft, kimyaçı mühəndis;
  • Əmircanova İsmət, 24 yaş, Bakı, teleqrafçı;
  • Əmircanova Şövkət, 21 yaş, makinaçı, Bakı.

Həyat yoldaşı: Səkinə.

Oğlu: Fərid; çox gec evlənib, 49 yaşında, evladı olmayıb.

Ədəbiyyat

  • Mərdanov M., Tahirzadə Ə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı), Bakı, 2018, 479 s.
  • Tahirzadə Ə. Azərbaycan Cümhuriyyəti tələbələri: tarixi arayış, bəlgələr, yaşamlar / Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli; red. Ə.M.Quliyev; ön sözün müəl. K.K.Şükürov; Avropa-Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzi.- Bakı : TEAS Press, 2016. - 1222 s.

İstinadlar

  1. Tanyeri C. M.E.Resulzade'nin Sadri Maksud Arsal'a Hitaben yazdığı Iki Mektub (türk) // Kardaş Edebiyatlar : rüblük jurnal. — 1995. — № 30. — Səh. 30.

Şablon:Yaxşı məqalə