"Əbdülhəmid Rəcəbzadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 34: | Sətir 34: | ||
'''Əbdülhəmid Rəcəbzadə''' (1915–1995) — tanınmış hərbçi-həkim, tibb xidməti polkovniki, [[Azərbaycan SSR əməkdar həkimi]]. | '''Əbdülhəmid Rəcəbzadə''' (1915–1995) — tanınmış hərbçi-həkim, tibb xidməti polkovniki, [[Azərbaycan SSR əməkdar həkimi]]. | ||
− | + | ||
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== |
02:33, 17 aprel 2023 versiyası
Əbdülhəmid Rəcəbzadə | |
---|---|
Rəcəbzadə Əbdülhəmid Yunus oğlu | |
Əbdülhəmid Rəcəbzadə, 1980. | |
Anadan olub | 8 mart 1915 |
Anadan olduğu yer | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 1995 |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | Azərbaycan Tibb İnstitutu (1933–1938) |
Mükafatları |
Şablon:"Qırmızı ulduz" ordeni |
Əbdülhəmid Rəcəbzadə (1915–1995) — tanınmış hərbçi-həkim, tibb xidməti polkovniki, Azərbaycan SSR əməkdar həkimi.
Haqqında məlumatlar
8 mart 1915-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
İlk təhsilini Zaqatalada alıb.
1932-ci ildə Bakıda Sənaye Texnikumuna daxil olsa da, xəstəliyi səbəbindən təhsilini yarımçıq buraxaraq Nuxaya qayıdıb və Nuxa radio qovşağında diktor kimi əmək fəaliyyətinə başlayıb.
1933 – 1938-ci illərdə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb.
1938 – 1939 illərdə Nuxa rayonundakı Orconikidze qəsəbəsində həkim,
1939 – 1940 illərdə Nuxa Tibb Texnikumunun direktoru vəzifəsində işləyib.
1940-ci ildə hərbi xidmətə keçib, Böyük Vətən müharibəsində iştirak edib,
1945-ci ildə Tbilisidə – Zaqafqaziya Hərbi Dairəsində həkim,
1950 – 1956-cı illərdə Bakı Ali Zabitlər məktəbində həkim,
1956 – 1973-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin hərbi hissəsində hissə komandirinın tibb üzrə müavini vəzifəsində çalışıb.
1973-ci ildə ordudan tərxis olunub.
1973 – 1979-cu illərdə Bakı Şəhər Səhiyyə Şöbəsi müdirinin birinci müavini,
1979 – 1990-illərdə isə Bakı Şəhər Səhiyyə Şöbəsində birinci şöbənin rəisi vəzifəsində çalışıb.
Təltif və mükafatları
3 orden və 15 medalla təltif olunub; o cümlədən,
- “Qırmızı Ulduz” ordeni (24.08.1945);
- “Döyüş xidmətlərinə görə” medalı (15.11.1950);
- “Qırmızı Ulduz” ordeni (30.12.1956);
- “Azərbaycan SSR əməkdar həkimi” fəxri adı (1962).
- II dərəcəli “Vətən müharibəsi” ordeni (06.04.1985);
Vəfatı
1995-ci ildə Bakıda vəfat edib.
Ədəbiyyat
- Раджабзаде Абдул-Гамид Юнус-оглы : [arx. 16.04.2023] : [rus.] // Память народа. — Müraciət tarixi: 16.04.2023.
- Mete Ə. Mənalı ömür yollarında // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 345. — 500 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- 1915-ci ildə doğulanlar
- 8 martda doğulanlar
- Martda doğulanlar
- Azərbaycan SSR əməkdar həkimləri
- "Qırmızı Ulduz" ordeni laureatları
- "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər
- II dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəkidən çıxmış həkimlər
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə