"Mahmud Xəlilov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 4: | Sətir 4: | ||
|Adı = Mahmud Xəlilov | |Adı = Mahmud Xəlilov | ||
|Tam adı = ''Xəlilov Mahmud Yusif oğlu'' | |Tam adı = ''Xəlilov Mahmud Yusif oğlu'' | ||
− | |Şəkil = Mahmud Xəlilov. | + | |Şəkil = Mahmud Xəlilov.png |
− | |Şəklin ölçüsü = | + | |Şəklin ölçüsü = |
|Şəklin izahı = Mahmud Xəlilov. | |Şəklin izahı = Mahmud Xəlilov. | ||
|Doğum tarixi = {{Doğum tarixi və yaşı|1931|4|19}} | |Doğum tarixi = {{Doğum tarixi və yaşı|1931|4|19}} |
Səhifəsinin 19:05, 18 oktyabr 2024 tarixinə olan son halı
Mahmud Xəlilov | |
---|---|
Xəlilov Mahmud Yusif oğlu | |
Mahmud Xəlilov. | |
Doğum tarixi | 19 aprel 1931 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | coğrafiya elmlər doktoru |
Təhsili | Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, meşə təsərrüfatı fakültəsi |
Atası | Yusif Xəlilov |
Mahmud Xəlilov — coğrafiya elmləri doktoru, AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş elmi işçisi.
Haqqında məlumatlar
19 aprel 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1949-cu ildə Qazax şəhərində orta məktəbi bitirib.
1949 – 1954-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meşə təsərrüfatı fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1954 – 1958-ci illərdə Moskva Aerofoto-Meşəquruluşu Trestinin ikinci ekspedisiyasında taksator kimi Uzaq Şərq, Ural, Sibir və Moskva ətrafı meşələrində meşəquruluşu işləri aparıb.
1959-cu ildə Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutu torpaq eroziyası stansiyasında kiçik elmi işçi vəzifəsinə götürülüb.
1964 – 1969-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Meşə Təsərrüfatı və Aqromeşəmeliorasiya İnstitutunda şöbə müdiri,
1969 – 1975-ci illərdə Azərbaycan SSR EA Coğrafiya institutunda baş elmi işçi,
1976 – 1982-ci illərdə Azərbaycan SSR EA Botanika İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.
1982-ci ildən isə Azərbaycan SSR EA/AMEA Coğrafiya İnstitutunun baş elmi işçisi olub.
Elmi fəaliyyəti
1964-cü ildə Novoçerkask Mühəndis-Meliorasiya İnstitutunda «Qutqaşen rayonunda torpaq eroziyası və onunla mübarizənin elmi əsasları» mövzusunda namizədlik dissertasiyasını,
1990-cı ildə isə Azərbaycan SSR EA Coğrafiya İnstitutunda «Azərbaycanın meşə ekosistemləri və onların antropogen dinamikası» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
185-dən artıq elmi əsərin, o cümlədən 10 monoqrafiya və kitabçanın müəllifidir.
Ədəbiyyat
- Haqverdiyev H.T., Həsənov M .S., Məmmədova E.T. Azərbaycanın coğrafiyaçı alimləri. — Azərbaycan МЕA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. — Bakı: Elm, 2013. — Səhifələrin sayı: 204. — Səh.: 58 – 59. — 300 nüsx. — ISBN 978-9952-453-15-7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 Mar 2018 - 30 Jan 2020.
- "Coğrafiya İnstitutunun elmlər doktorları/Xəlilov Mahmud Yusif oğlu". http://www.science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 31 Jul 2017 – 3 May 2020 tarixində arxivləşdirilib.
- "Xəlilov Mahmud Yusif oğlu". http://old.igaz.az/ (azərb.). AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. 27 Nov 2020 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |