Səbinə Hacıyeva: Redaktələr arasındakı fərq
Sətir 72: | Sətir 72: | ||
150-yə yaxın elmi əsərin, o cümlədən Azərbaycanın memarlıq irsinin tədqiqinə və qorunmasına həsr edilmiş 5 kitabın həmmüləlifi, 2 monoqrafiyanın müəllifidir. | 150-yə yaxın elmi əsərin, o cümlədən Azərbaycanın memarlıq irsinin tədqiqinə və qorunmasına həsr edilmiş 5 kitabın həmmüləlifi, 2 monoqrafiyanın müəllifidir. | ||
===Həmmüəllif olduğu bərpa layihələri === | ====Həmmüəllif olduğu bərpa layihələri ==== | ||
*Şəki rayonunun Kiş kəndindəki kilsənin bərpası və muzeyləşdirilməsinə həsr edilmiş Azərbaycan – Norveç “KİŞ” layihəsi (2001 – 2003, G.H.Məmmədova və T.H.Abdullayev ilə birlikdə); | *Şəki rayonunun Kiş kəndindəki kilsənin bərpası və muzeyləşdirilməsinə həsr edilmiş Azərbaycan – Norveç “KİŞ” layihəsi (2001 – 2003, G.H.Məmmədova və T.H.Abdullayev ilə birlikdə); | ||
*Qəbələ rayonunun Nic kəndindəki kilsənin bərpasına həsr edilmiş Azərbaycan – Norveç “NİC” layihəsi (2003 – 2005, G.H.Məmmədova və T.H.Abdullayev ilə birlikdə); | *Qəbələ rayonunun Nic kəndindəki kilsənin bərpasına həsr edilmiş Azərbaycan – Norveç “NİC” layihəsi (2003 – 2005, G.H.Məmmədova və T.H.Abdullayev ilə birlikdə); |
01:42, 5 iyun 2020 versiyası
Səbinə Hacıyeva | |
---|---|
Hacıyeva Səbinə Xalid qızı | |
Səbinə Hacıyeva, 2014 | |
Doğum tarixi | 13 oktyabr 1971 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | Azərbaycan Memarlıq və İnşaat Universiteti, memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrası, müdir (2015-ci ildən) |
Elmi dərəcəsi | memarlıq üzrə elmlər doktoru (2014) |
Elmi adı | professor (2019) |
Təhsili | Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, memarlıq fakültəsi (1994) |
Atası | Xalid Hacıyev |
Mükafatları |
Səbinə Hacıyeva (Hacıyeva Səbinə Xalid qızı; d. 13 oktyabr 1971-ci il, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı memar-alim, memarlıq üzrə elmlər doktoru (2014), Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru (2019) və memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri (2015), Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü (2012), Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü.
Haqqında məlumatlar
1971-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.
Təhsili
1994-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini fərqləmmə diplomu ilə bitirib.
1997-ci ildə ay yarım Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyində(en) (JCIA) “Yaşayış tikintilərinin qanunları” (“Housing policy”) mövzusunda ixtisasartıra kursunda,
2001-ci ildə dörd ay Oksford Universitetində (Mayami, ABŞ) ACTR/ACCELS(en) – ABŞ beynəlxalq təhsil təşkilatı, tərəfindən təşkil edilmiş proqramda (RSEP) iştirak edərək ixitasını artırıb.
İş yerləri
1994 – 2003-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin landşaft memarlığı kafedrasında müəllim,
2001 – 2017-ci illərdə abidələrin bərpası və mühafizəsi laboratoriyasının müdiri olub.
2005-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasında çalışır,
2015-ci ildən həmin kafedrasının müdiridir.
Elmi fəaliyyəti
1998-ci ildə “Azərbaycanın xristian və müsəlman memarlıq abidələrinin qarşılıqlı əlaqəsi” mövzusundə namizədlik dissertasiyası müdafiə edib və elmlər namizədi elmi dərəcəsi alıb.
2004-cü ildə dosent elmi adını alıb.
2013-cü ildə “Azərbaycanın Şimal-Qərb regionunun memarlıq irsi, onun qorunma və istifadəsi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib,
2014-cü ildə memarlıq üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
2019-cu ildə professor elmi adını alıb.
150-yə yaxın elmi əsərin, o cümlədən Azərbaycanın memarlıq irsinin tədqiqinə və qorunmasına həsr edilmiş 5 kitabın həmmüləlifi, 2 monoqrafiyanın müəllifidir.
Həmmüəllif olduğu bərpa layihələri
- Şəki rayonunun Kiş kəndindəki kilsənin bərpası və muzeyləşdirilməsinə həsr edilmiş Azərbaycan – Norveç “KİŞ” layihəsi (2001 – 2003, G.H.Məmmədova və T.H.Abdullayev ilə birlikdə);
- Qəbələ rayonunun Nic kəndindəki kilsənin bərpasına həsr edilmiş Azərbaycan – Norveç “NİC” layihəsi (2003 – 2005, G.H.Məmmədova və T.H.Abdullayev ilə birlikdə);
- Qax rayonunun Qum kəndindəki kilsənin konservasiyasına həsr edilmiş Azərbaycan – ABŞ “Qum” layihəsinin (2005 – 2006, G.H.Məmmədova ilə birlikdə).
Azərbaycan Memarlar İttifaqında
1999-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür.
2012-ci ildə İdarə Heyətinin üzvü seçilib.
Beynəlxalq Memarlıq Akademiyasında
2015-ci ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professoru,
2016-ci ildən Azərbaycan Akademik Mərkəzinin elmi katibi,
2017-ci ildən Moskva bölməsinin müxbir üzvüdür.
Mükafatları
- “Tərəqqi” medalı (25 noyabr 2016-cı il).
İstifadə edilmiş mənbələr
- Azərbaycan Memarlar İttifaqı (12 Fevral, 2018). "Hacıyeva Səbinə Xalid qızı". www.uaa.az (azərb.). Azərbaycan Memarlar İttifaqı. 29 May 2020 tarixində arxivləşdirilib.