Səbinə Hacıyeva
Səbinə Hacıyeva | |
---|---|
Hacıyeva Səbinə Xalid qızı | |
Səbinə Hacıyeva, 2014. | |
Doğum tarixi | 13 oktyabr 1971 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (rəis) |
Elmi dərəcəsi | memarlıq üzrə elmlər doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, memarlıq fakültəsi (–1994) |
Atası | Xalid Hacıyev |
Mükafatları |
|
Adının digər versiyaları | Sebine Hacıyeva, Sabina Haciyeva, Sebina Haciyeva, Sebina Hacıyeva, Sabina Hacıyeva, Сабина Гаджиева, Cәбинә Һасыјева |
facebook səhifəsi |
Səbinə Hacıyeva — Azərbaycan Respublikasının əməkdar memarı, memarlıq üzrə elmlər doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin müxbir üzvü, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
13 oktyabr 1971-ci il tarixdə Bakıda, ziyalı ailəsində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1994-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1997-ci ildə ay yarım Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyində(en) (JCIA) “Yaşayış tikintilərinin qanunları” (“Housing policy”) mövzusunda ixtisasartıra kursunda,
2001-ci ildə isə dörd ay Oksford Universitetində (Mayami, ABŞ) ACTR/ACCELS(en) – ABŞ beynəlxalq təhsil təşkilatı, tərəfindən təşkil edilmiş proqramda (RSEP) iştirak edərək ixitasını artırıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1994-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində işləməyə başlayıb; o cümlədən,
1994 – 2003-cü illərdə landşaft memarlığı kafedrasında müəllim,
2001 – 2017-ci illərdə abidələrin bərpası və mühafizəsi laboratoriyasının müdiri olub.
2005-ci ildən memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasında işləyib; o cümlədən,
2015-ci ildən həmin kafedranın müdiri olub.
1 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1998-ci ildə “Azərbaycanın xristian və müsəlman memarlıq abidələrinin qarşılıqlı əlaqəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib və elmlər namizədi elmi dərəcəsi alıb.
2004-cü ildə dosent elmi adını alıb.
2013-cü ildə “Azərbaycanın Şimal-Qərb regionunun memarlıq irsi, onun qorunma və istifadəsi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib,
2014-cü ildə memarlıq üzrə elmlər doktoru elmi dərəcəsi,
2019-cu ildə isə professor elmi adını alıb.
150-yə yaxın elmi əsərin, o cümlədən Azərbaycanın memarlıq irsinin tədqiqinə və qorunmasına həsr edilmiş 5 kitabın həmmüəllifi, 2 monoqrafiyanın müəllifidir.
Həmmüəllifi olduğu bərpa layihələri[redaktə | HTML redaktə]
- Şəki rayonunun Kiş kəndindəki kilsənin bərpası və muzeyləşdirilməsinə həsr edilmiş Azərbaycan – Norveç “KİŞ” layihəsi (2001 – 2003, G.H.Məmmədova və T.H.Abdullayev ilə birlikdə);
- Qəbələ rayonunun Nic kəndindəki kilsənin bərpasına həsr edilmiş Azərbaycan – Norveç “NİC” layihəsi (2003 – 2005, G.H.Məmmədova və T.H.Abdullayev ilə birlikdə);
- Qax rayonunun Qum kəndindəki kilsənin konservasiyasına həsr edilmiş Azərbaycan – ABŞ “Qum” layihəsinin (2005 – 2006, G.H.Məmmədova ilə birlikdə).
Azərbaycan Memarlar İttifaqında[redaktə | HTML redaktə]
1999-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür.
2012-ci ildə İdarə Heyətinin üzvü seçilib.
Beynəlxalq Memarlıq Akademiyasında[redaktə | HTML redaktə]
2015-ci ildən Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professoru,
2016-ci ildən Azərbaycan Akademik Mərkəzinin elmi katibi,
2017-ci ildən Moskva bölməsinin müxbir üzvüdür.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Tərəqqi” medalı (25 noyabr 2016-cı il);
- “Azərbaycan Respublikasının əməkdar memarı” fəxri adı (17 dekabr 2021-ci il).
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Hacıyeva Səbinə Xalid qızı : [arx. 29.05.2020] // Azərbaycan Memarlar İttifaqı. — 2018. — 12 fevral. — Müraciət tarixi: 01.03.2023.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- S
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 13 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 1971-ci ildə doğulanlar
- Azərbaycan Respublikasının əməkdar memarları
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr