Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...

"Ruslan İbrahimov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 75: Sətir 75:
 
====“Karaca” şirkətlər qrupunda işlədiyi müddətdə layihələri (2015-2016)====
 
====“Karaca” şirkətlər qrupunda işlədiyi müddətdə layihələri (2015-2016)====
 
#Türkiyədə “Tubitak” binasının konsepti;
 
#Türkiyədə “Tubitak” binasının konsepti;
#Türkiyədə “Tubitak” Otelinin konsepti;
+
#Türkiyədə “Tubitak” hotelinin konsepti;
#Türkiyədə “Martek Kulucka mərkəzi”nin dizayn konsepti.
+
#Türkiyədə “Martek Kulucka Mərkəzi”nin dizayn konsepti.
  
 
<gallery mode= packed-hover heights= "150px" widths= "200px" >
 
<gallery mode= packed-hover heights= "150px" widths= "200px" >

15:29, 10 iyun 2020 versiyası

Ruslan İbrahimov
İbrahimov Ruslan Xeyrəddin oğlu
Ruslan İbrahimov
Ruslan İbrahimov, 2019-cu il
Doğum tarixi 9 fevral 1986 (1986-02-09) (38 yaş)
Doğum yeri Aravan rayunu, Flag of the Kirghiz Soviet Socialist Republic.svg Qırğızıstan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili
  • Şəki Pedaqoji Texnikumu, incəsənət fakültəsi (2003 – 2006)
  • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, memar-dizayner ixtisası (2006 – 2010)

Ruslan İbrahimov (İbrahimov Ruslan Xeyrəddin oğlu; d.  9 fevral 1986-cı ildə, Aravan rayonu, Qırğızıstan SSR, SSRİ) – ali təhsilli rəssam, memar-dizayner, “Eliteja” şirkətlər qrupunun baş memar-dizayneri. Azərbaycanda binaların dizayn işləri, dizayn konsepti, daxili memarlıq həlli layihələrini hazırlayıb.

Haqqında məlumatlar

1986-cı ildə Qırğızıstan SSR-nin Aravan rayonunda anadan olub.

1990-cı ildə ailəsi ilə birlikdə Şəki rayonunun Aydınbulaq kəndinə köçüb.

Təhsili

1992 – 2003-cü illərdə Aydınbulaq kənd orta məktəbində oxuyub.

2003 – 2006-cı illərdə həm Şəki Pedaqoji Texnikumunun incəsənət fakültəsində təhsil alıb, həm də Fuad Abdurrəhmanov adına Şəki 1 saylı Uşaq İncəsənət məktəbində Səbuhi Məmmədovdan rəssamlığın sirlərini öyrənib.

2006 – 2010-cu illərdə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb.

İş təcrübəsi

2006 – 2010-cu illərdə “Perfect duha” kurslarında qrafik proqramlarından (3D max, V-Ray, Autocad, Photoshop) müəllim;

2009 – 2011-ci illərdə “Həsənoğlu” LTD şirkətində memar-dizayner və rəssam;

2011 – 2013-cü illərdə “Arch Style” MMC-də dizayner;

2013 – 2015-ci illərdə “PLZ” MMC-də baş memar-dizayner;

2015 – 2016-cı illərdə “Karaca” şirkətlər qrupunda dizayner;

2016-cı ildən “Eliteja” şirkətlər qrupunda baş memar-dizayner.

Yaradıcılığı

“Arch Style” MMC-də işlədiyi müddətdə layihələri (2011-2013)

  1. Bakı şəhəri Günəşli qəsəbəsində Şahmat məktəbinin dizayn işləri;
  2. Qax İdman Olimpiya Kompleksinin giriş hissəsinin dizaynı;
  3. Göyçay rayonunda “Gənclər Mərkəzi”nin dizayn işləri;
  4. Tofiq Bəhramov adına stadionun VİP kabineti və yan kabinetlərinin dizaynı;
  5. Şamaxı Gənclər Mərkəzinin dizaynı;
  6. Tərtər İdman Olimpiya Kompleksinin dizayn konsepti;
  7. Tərtər Mehmanxanasının dizaynı.

“PLZ” MMC-də işlədiyi müddətdə layihələri (2013-2015)

  1. Mərdəkanda fərdi yaşayış villaların memarlıq həlli;
  2. Kürdəmirdə ATS binasının daxili memarlıq həlli;
  3. Bakıda 28 mayda Poçt binasının giriş hissəsinin eskizi.

“Karaca” şirkətlər qrupunda işlədiyi müddətdə layihələri (2015-2016)

  1. Türkiyədə “Tubitak” binasının konsepti;
  2. Türkiyədə “Tubitak” hotelinin konsepti;
  3. Türkiyədə “Martek Kulucka Mərkəzi”nin dizayn konsepti.