Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Ruslan İbrahimov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Ruslan İbrahimov
İbrahimov Ruslan Xeyrəddin oğlu
Ruslan İbrahimov
Ruslan İbrahimov, 2019-cu il.
Doğum tarixi 9 fevral 1986 (1986-02-09) (35 yaş)
Doğum yeri Aravan rayunu, Flag of the Kyrgyz Soviet Socialist Republic.svg Qırğızıstan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Şəki Pedaqoji Texnikumu, incəsənət fakültəsi (2003 – 2006)

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (2006 – 2010)

Ruslan İbrahimov – ali təhsilli rəssam, memar-dizayner, “Eliteja” şirkətlər qrupunun baş memar-dizayneri. Azərbaycanda bir sıra görkəmli, dövlət əhəmiyyətli binaların dizayn, dizayn konsepti, daxili memarlıq həlli layihələrini hazırlayıb.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

9 fevral 1986-cı il tarixdə Qırğızıstan SSR-nin Aravan rayonunda anadan olub.

1990-cı ildə ailəsi ilə birlikdə Şəki rayonunun Aydınbulaq kəndinə köçüb.

Təhsili[redaktə | HTML redaktə]

1992 – 2003-cü illərdə Aydınbulaq kənd orta məktəbində oxuyub.

2003 – 2006-cı illərdə həm Şəki Pedaqoji Texnikumunun incəsənət fakültəsində təhsil alıb, həm də Fuad Abdurrəhmanov adına Şəki 1 saylı Uşaq İncəsənət məktəbində Səbuhi Məmmədovdan rəssamlığın sirlərini öyrənib.

2006 – 2010-cu illərdə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb.

İş təcrübəsi[redaktə | HTML redaktə]

2006 – 2010-cu illərdə “Perfect duha” kurslarında qrafik proqramlarından (3D max, V-Ray, Autocad, Photoshop) müəllim;

2009 – 2011-ci illərdə “Həsənoğlu” LTD şirkətində memar-dizayner və rəssam;

2011 – 2013-cü illərdə “Arch Style” MMC-də dizayner;

2013 – 2015-ci illərdə “PLZ” MMC-də baş memar-dizayner;

2015 – 2016-cı illərdə “Karaca” şirkətlər qrupunda dizayner;

2016-cı ildən “Eliteja” şirkətlər qrupunda baş memar-dizayner.

Yaradıcılığı[redaktə | HTML redaktə]

“Arch Style” MMC-də işlədiyi müddətdə layihələri (2011-2013)[redaktə | HTML redaktə]

  1. Bakı şəhəri Günəşli qəsəbəsində Şahmat məktəbinin dizayn işləri;
  2. Qax İdman Olimpiya Kompleksinin giriş hissəsinin dizaynı;
  3. Göyçay rayonunda “Gənclər Mərkəzi”nin dizayn işləri;
  4. Tofiq Bəhramov adına stadionun VİP kabineti və yan kabinetlərinin dizaynı;
  5. Şamaxı Gənclər Mərkəzinin dizaynı;
  6. Tərtər İdman Olimpiya Kompleksinin dizayn konsepti;
  7. Tərtər Mehmanxanasının dizaynı.

“PLZ” MMC-də işlədiyi müddətdə layihələri (2013-2015)[redaktə | HTML redaktə]

  1. Mərdəkanda fərdi yaşayış villaların memarlıq həlli;
  2. Kürdəmirdə ATS binasının daxili memarlıq həlli;
  3. Bakıda 28 mayda Poçt binasının giriş hissəsinin eskizi.

“Karaca” şirkətlər qrupunda işlədiyi müddətdə layihələri (2015-2016)[redaktə | HTML redaktə]

  1. Türkiyədə “Tubitak” binasının konsepti;
  2. Türkiyədə “Tubitak” hotelinin konsepti;
  3. Türkiyədə “Martek Kulucka Mərkəzi”nin dizayn konsepti.