"Binyət Abdullayeva" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 65: | Sətir 65: | ||
Azərbaycan Pedaqoji İnstitutunda tələbə Komsomol Komitəsinin büro üzvü, Nuxa şəhər 11 №-li orta məktəbdə və Şəki Pedaqoji Texnikumunda ilk partiya təşkilatının katibi kimi ictimai iş aparıb. Böyük Dəhnə kənd və Nuxa rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. | Azərbaycan Pedaqoji İnstitutunda tələbə Komsomol Komitəsinin büro üzvü, Nuxa şəhər 11 №-li orta məktəbdə və Şəki Pedaqoji Texnikumunda ilk partiya təşkilatının katibi kimi ictimai iş aparıb. Böyük Dəhnə kənd və Nuxa rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. | ||
− | Vaxtaşırı olaraq yerli və respublika mətbuatında kiçik publisistik məqalələrlə çıxış edib. II Dünya Müharibəsi illərində arxa cəbhədə insanların fədakar əməyindən bəhs edən “O illəri xatırlayıram” | + | Vaxtaşırı olaraq yerli və respublika mətbuatında kiçik publisistik məqalələrlə çıxış edib. II Dünya Müharibəsi illərində arxa cəbhədə insanların fədakar əməyindən bəhs edən “O illəri xatırlayıram” xatirə-hekayəsi kitabça şəklində dərc olunmuş,Şəki yerli radio verilişləri redaksiyası tərəfindən faşizm üzərində Qələbənin ildönümü günlərində 1995-ci ildə efirdə radiooçerk şəklində səsləndirilmişdir. |
===Mükafatları=== | ===Mükafatları=== | ||
Sətir 76: | Sətir 76: | ||
=== Ədəbiyyat=== | === Ədəbiyyat=== | ||
− | * ''Alxaslı A.'' Ziyalı qadınlarımız | + | * ''Alxaslı A.'' Ziyalı qadınlarımız haqqında-Binyət Abdullayeva, “Şəkinin səsi” qəzeti, 03 iyun 1994-cü il; |
* ''Qədirli P.'' Şam kimi yanan ömür,"Maarifçi" qəzeti, 12 sentyabr 1996-cı il; | * ''Qədirli P.'' Şam kimi yanan ömür,"Maarifçi" qəzeti, 12 sentyabr 1996-cı il; | ||
* ''Süleymanov B.'' Unudulmaz insan, “Şəki təhsili” qəzeti, 27 yanvar 2011-ci il; | * ''Süleymanov B.'' Unudulmaz insan, “Şəki təhsili” qəzeti, 27 yanvar 2011-ci il; | ||
* Almaz Qeysər qızı. Nurlu həyat yolu//Mənəviyyatımızın memarları, “Sumqayıt” nəşriyyatı, 2002; | * Almaz Qeysər qızı. Nurlu həyat yolu//Mənəviyyatımızın memarları, “Sumqayıt” nəşriyyatı, 2002; | ||
+ | * Mais Əmrah,Məhsəti Mais qızı,Şəkidə Təhsil:tarix,inkişaf yolu,Bakı-1914,səh.281-282 | ||
* {{İM|Abdullayeva Binyət İbrahimxəlil qızı|195}} | * {{İM|Abdullayeva Binyət İbrahimxəlil qızı|195}} | ||
{{Yaxşı məqalə}} | {{Yaxşı məqalə}} |
07:13, 11 iyun 2020 versiyası
Binyət Abdullayeva | |
---|---|
Abdullayeva Binyət İbrahimxəlil qızı | |
Binyət Abdullayeva,1974-cü il | |
Anadan olub | 26 fevral 1931 |
Anadan olduğu yer | Nuxa, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 10 fevral 1994 (62 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan |
Həyat yoldaşı | Soltan Abdullayev |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
|
Mükafatları |
Binyət Abdullayeva (Abdullayeva Binyət İbrahimxəlil qızı; d. 26 fevral 1931-ci ildə, Nuxa, Azərbaycan SSR – ö. 10 fevral 1994-cü ildə, Şəki, Azərbaycan Respublikası) – pedaqoq, partiya və komsomol fəalı, Azərbaycan LKGİ Nuxa rayon Komitəsinin ikinci katibi (1959 – 1961), orta məktəb direktoru və pedaqoji sahədə bir sıra digər vəzifələrdə işləmişdir.
Haqqında məlumatlar
1931-ci ildə Nuxada anadan olub.
1938 – 1946-cı illərdə Nuxa şəhər 16 №-li ibtidai və 11 №-li orta məktəblərdə oxuyub.
1947 – 1950-ci illərdə Nuxa Pedaqoji Texnikumunda,
1951 – 1954-cü illərdə isə V.İ.lenin adına Azərbaycan Pedaqoji İnstitutunun azərbaycan dili, məntiq və psixologiya fakültəsində təhsil alıb.
1955-ci ildə təyinatla Yevlax rayonunun Malbinəsi kəndində müəllim kimi əmək fəaliyyətinə başlayıb.
1957-ci ildə iş yeri Nuxa rayonuna dəyişdirilib və Daşüz kəndində uşaq bağçası-körpələr evinə müdir təyin edilib.
1957 – 1959-cu illərdə Suçma kənd yeddiillik məktəbinin direktoru vəzifəsində işləyib.
1959 – 1961-ci illərdə Nuxa rayon Komsomol Komitəsinin ikinci katibi olub.
1961 – 1963-cü illərdə əvvəl 11 №-li orta məktəbdə azərbaycan dili və ədəbiyyatı müəllimi, sonra isə 12 №-li orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib.
1963 – 1988-ci illərdə Nuxa/Şəki Pedaqoji Texnikumunda pedaqogika, psixologiya və uşaq ədəbiyyatı fənlərindən dərs deyib, burada müxtəlif illərdə Pedaqoji Kabinetin və Tələbə Elmi Cəmiyyətinin rəhbəri olub.
1988-ci ildə təqaüdə çıxıb.
1994-cü ildə Şəki şəhərində vəfat edib və burada dəfn olunub.
İctimai fəaliyyəti
Azərbaycan Pedaqoji İnstitutunda tələbə Komsomol Komitəsinin büro üzvü, Nuxa şəhər 11 №-li orta məktəbdə və Şəki Pedaqoji Texnikumunda ilk partiya təşkilatının katibi kimi ictimai iş aparıb. Böyük Dəhnə kənd və Nuxa rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.
Vaxtaşırı olaraq yerli və respublika mətbuatında kiçik publisistik məqalələrlə çıxış edib. II Dünya Müharibəsi illərində arxa cəbhədə insanların fədakar əməyindən bəhs edən “O illəri xatırlayıram” xatirə-hekayəsi kitabça şəklində dərc olunmuş,Şəki yerli radio verilişləri redaksiyası tərəfindən faşizm üzərində Qələbənin ildönümü günlərində 1995-ci ildə efirdə radiooçerk şəklində səsləndirilmişdir.
Mükafatları
- ÜİLKGİ MK-nın, Azərbaycan LKGİ MK-nın, Azərbaycan SSR Maarif Nazirliyinin, Azərbaycan SSR Ali və Orta İxtisas Nazirliyinin, Nuxa rayon Xalq Maarif Şöbəsinin, Nuxa/Şəki Pedaqoji Texnikumu rəhbərliyinin fəxri fərman və təşəkkürnamələri.
- "Əmək veteranı" medalı
Ailəsi
- Həyat yoldaşı:Abdullayev Soltan Məmməd oğlu Şablon:(d.1930 – ö. 2002)
- Övladları: Xatirə (vəfat edib), Elxan, Elçin, Cavanşir
Ədəbiyyat
- Alxaslı A. Ziyalı qadınlarımız haqqında-Binyət Abdullayeva, “Şəkinin səsi” qəzeti, 03 iyun 1994-cü il;
- Qədirli P. Şam kimi yanan ömür,"Maarifçi" qəzeti, 12 sentyabr 1996-cı il;
- Süleymanov B. Unudulmaz insan, “Şəki təhsili” qəzeti, 27 yanvar 2011-ci il;
- Almaz Qeysər qızı. Nurlu həyat yolu//Mənəviyyatımızın memarları, “Sumqayıt” nəşriyyatı, 2002;
- Mais Əmrah,Məhsəti Mais qızı,Şəkidə Təhsil:tarix,inkişaf yolu,Bakı-1914,səh.281-282
- Şükürov R., Orsər R. Abdullayeva Binyət İbrahimxəlil qızı // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 195. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.