"Zemfira Hacıyeva" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 80: | Sətir 80: | ||
|group=qeyd | |group=qeyd | ||
|refs= | |refs= | ||
− | <ref name=Q1> Vəzifənin əvvəlki adları: AMEA RH yanında Azərbaycanda Elmi İrsin Toplanılması və Sistemləşdirilməsi şöbəsinin rəisi ( | + | <ref name=Q1> Vəzifənin əvvəlki adları: AMEA RH yanında Azərbaycanda Elmi İrsin Toplanılması və Sistemləşdirilməsi şöbəsinin rəisi (2003–2011); AMEA RH yanında Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzinin rəisi (2011–2018); AMEA Rəyasət Heyəti Elmi irs mərkəzinin rəhbəri (2018–2020); AMEA RH Elmi irs şöbəsinin müdiri (2020). |
</ref> | </ref> | ||
}} | }} |
22:05, 4 iyun 2024 versiyası
Zemfira Hacıyeva | |
---|---|
Hacıyeva Zemfira Əli qızı | |
Zemfira Hacıyeva. | |
Doğum tarixi | 2 mart 1955 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | tarix |
İş yeri |
AMEA RH aparatının Elmi irs şöbəsi, müdir A.A.Bakixanov adına Tarix İnstitutu, aparıcı elmi işçi |
Elmi dərəcəsi | tarix üzrə elmlər doktoru |
Elmi adı | dosent |
Təhsili | M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutu (–1982) |
Mükafatları | |
facebook səhifəsi |
Zemfira Hacıyeva — tarix üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatı Elmi irs şöbəsinin müdiri.
Haqqında məlumatlar
2 mart 1955-ci il tarixdə Nuxada (indiki Şəki), ziyalı ailəsində anadan olub.
Təhsili
1982-ci ildə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib.
Əmək fəaliyyəti
1976 – 1977-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının kadrlar və aspirantura şöbəsində makinaçı-katibə,
1987 – 1992-ci illərdə Azərbaycan SSR EA/AMEA Tarix İnstitutunun Arxeologiya və etnoqrafiya sektorunda baş laborant vəzifəsində çalışıb.
1992 – 2001-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda kiçik elmi işçi (0,5 şt.) olub.
2003-cü ildən AMEA Rəyasət Heyəti aparatı Elmi irs şöbəsinin müdiri[qeyd 1] və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisidir (0,5 şt.).
Pedaqoji fəaliyyəti
2000 – 2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim vəzifəsində çalışıb.
Elmi fəaliyyəti
2005-ci ildə “Qarabağ xanlığı: sosial-iqtisadi münasibətlər və dövlət quruluşu” mövzusunda namizədlik dissertasiyasını,
2013-cü ildə “Qarabağ və İrəvan xanlıqlarının tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 84, o cümlədən, onlardan xaricdə çıxanların sayı 17, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrinin sayı 17-dir.
Elmi-ictimai fəaliyyəti
2007-ci ildən AMEA Ekspert Yoxlama Komissiyasının sədri,
2007-ci ildən Azərbaycan Tarix Qurumun üzvü,
2019-cu ildən AMEA Qadınlar Şurası “Dünya gender elmi və beynəlxalq əlaqələr” işçi qrupunun rəhbəridir.
Təltif və mükafatları
- AMEA-nın fəxri fərmanı (2000, 200, 2015);
- “Tərəqqi” medalı – Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibəti ilə (2015);
- “Əmək veteranı” adı (2019).
Qeydlər
- ↑ Vəzifənin əvvəlki adları: AMEA RH yanında Azərbaycanda Elmi İrsin Toplanılması və Sistemləşdirilməsi şöbəsinin rəisi (2003–2011); AMEA RH yanında Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzinin rəisi (2011–2018); AMEA Rəyasət Heyəti Elmi irs mərkəzinin rəhbəri (2018–2020); AMEA RH Elmi irs şöbəsinin müdiri (2020).
Ədəbiyyat
- "Hacıyeva Zemfira Əli qızı". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 6 Nov 2017 – 18 Sep 2020 tarixində arxivləşdirilib.
- "Гаджиева Земфира Али кызы". http://m.science.gov.az/ (русский). Национальная академия наук Азербайджана. 15 Jun 2019 – 5 Aug 2020 tarixində arxivləşdirilib.
- "HACIYEVA ZEMFİRA ƏLİ QIZI". http://tarixinstitutu.az/ (azərb.). AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu. 1 Mar 2021 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |