"Anar Əzizsoy" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya:A{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlər{{Alim |Piktoqram...' ilə yarat) |
|||
Sətir 44: | Sətir 44: | ||
1992 − 1995-ci illərdə isə Türkiyənin Konya şəhərindəki liseydə tam orta təhsil alıb. | 1992 − 1995-ci illərdə isə Türkiyənin Konya şəhərindəki liseydə tam orta təhsil alıb. | ||
− | 1995 − 2001-ci illərdə Trakya | + | 1995 − 2001-ci illərdə Trakya Universitetinin (Ədirnə, Türkiyə) bakalavriaturasında, |
− | 2002 − 2005-ci illərdə həmin universitetin incəsənət tarixi kafedrasında | + | 2002 − 2005-ci illərdə isə həmin universitetin incəsənət tarixi kafedrasında maqistraturasında oxuyub. |
===Əmək fəaliyyəti=== | ===Əmək fəaliyyəti=== |
15:40, 18 iyul 2020 versiyası
Anar Əzizsoy | |
---|---|
Azizsoy Anar Fərhad oğlu | |
Anar Əzizsoy, 2019-cu il | |
Doğum tarixi | 13 iyul 1977 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | incəsənət tarixi |
Elmi dərəcəsi | incəsənət tarixi üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
Təhsili | Trakya Universiteti (bakalaviatura, 1995 − 2001; magistratura, 2002 − 2005; Ədirnə, Türkiyə) |
Anar Azizsoy (Azizsoy Anar Fərhad oğlu; d. 13 iyul 1977-ci ildə, Şəki, Azərbaycan SSR, SSRİ) – incəsənət tarixi üzrə fəlsəfə doktoru, dosent. Karabük Universiteti (Türkiyə) incəsənət tarixi kafedrasının qərb incəsənəti və müasir incəsənət şöbəsinin rəhbəri, İslam Ensiklopediyasının bölüm yazarı.
Haqqında məlumatlar
13 iyul 1977-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili
1984 − 1992-ci illərdə Şəki şəhər M.Qorki adına 10 nömrəli orta məktəbdə səkkizillik,
1992 − 1995-ci illərdə isə Türkiyənin Konya şəhərindəki liseydə tam orta təhsil alıb.
1995 − 2001-ci illərdə Trakya Universitetinin (Ədirnə, Türkiyə) bakalavriaturasında,
2002 − 2005-ci illərdə isə həmin universitetin incəsənət tarixi kafedrasında maqistraturasında oxuyub.
Əmək fəaliyyəti
2010 – 2016-cı illərdə Batman universitetinin mədəni irsin qorunması və bərpası kafedrasında dosent köməkçisi,
2014 – 2016-cı illərdə isə həmin kafedrasının rəhbəri olub.
2016-cı ildən Karabük Universiteti (Türkiyə) incəsənət tarixi kafedrasının qərb incəsənəti və müasir incəsənət şöbəsinin rəhbəridir
Elmi fəaliyyəti
2010-cu ildə İstanbul Universitetinin incəsəənət tarixi kafedrasında A“zərbaycanın şimal-qərb bölgəsinin memarlıq üslubu” adlı mövzuda dissertasiya müdafiə edərək incəsənət tarixi üzrə fəlsəfə doktoru adını alıb.
2017-ci ildə dosent elmi adını alıb.
Bakı Milli Elmlər Akademiyası, Arxeologiya və Etnoqrafiya İnstitunun 2007 − 2017-ci illər ərzində apardığı qazıntı və bərpa işlərində, arxeoloq Nəsib Muxtarovun rəhbərliq etdiyi Şimal Qərb Bölgəsi Arxeoloji Ekspedisiyasının üzvü kimi, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Azərbaycanın Şimal Qərb Zonasında Turizmin İnkişafı” layihəsində incəsənət tarixi mütəxəssisi kimi iştirak etmişdir. Azərbaycan, Orta Asiya, Anadolu memarlıq əlaqələrini əhatə edən mövzularda beynəlxalq konfrans və simpoziumlardaki çıxışları ilə yanaşı sənət tarixi sahəsində dərc olunan 40’dan çox elmi əsərin müəllifidir və İslam Ensiklopediyasının bölüm yazarıdır.
Ailəsi
Ailəlidir, iki övladı vardır.