Səlim xan 1813-cü ilədək – Rusiya ilə İran arasında Gülüstan sülh müqaviləsinin bağlanmasınadək, bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etməyə cəhd göstərmiş, lakin bütün cəhdləri uğursuz başa çatmışdır. Buna baxmayaraq, 1812-ci ildə Osmanlı sultanına məktub yazaraq, Dağıstan əmirləri ilə ittifaq yaratdığını və rus qoşunlarını Şirvandan tamamilə çıxartdığını bildirmişdir{{Sfnaz|Şükürov Q.|2018|p=116}}. İddia etmişdir ki, əgər sultandan fərman sadir olarsa, rusların Tiflisdən də tamam xaric edilməsi imkan daxilindədir. Osmanlı sultanına yazdığı bu və sonrakı ildəki digər məktublarının və həmin məktublarda göstərdiyi tələblərinin qarşılığında ona “Dağıstan sərəsgəri” rütbəsi verilir. | Səlim xan 1813-cü ilədək – Rusiya ilə İran arasında Gülüstan sülh müqaviləsinin bağlanmasınadək, bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etməyə cəhd göstərmiş, lakin bütün cəhdləri uğursuz başa çatmışdır. Buna baxmayaraq, 1812-ci ildə Osmanlı sultanına məktub yazaraq, Dağıstan əmirləri ilə ittifaq yaratdığını və rus qoşunlarını Şirvandan tamamilə çıxartdığını bildirmişdir{{Sfnaz|Şükürov Q.|2018|p=116}}. İddia etmişdir ki, əgər sultandan fərman sadir olarsa, rusların Tiflisdən də tamam xaric edilməsi imkan daxilindədir. Osmanlı sultanına yazdığı bu və sonrakı ildəki digər məktublarının və həmin məktublarda göstərdiyi tələblərinin qarşılığında ona “Dağıstan sərəsgəri” rütbəsi verilir. |