Məmmədhənifə Musayev: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası materialı
Redaktənin izahı yoxdur
Sətir 87: Sətir 87:


===Ailəsi===
===Ailəsi===
*''Atası'': '''Ramazan Musayev''' [[Oxud]] kəndində yaşayıb.
*''Atası'': '''Ramazan Musayev''' Şəki rayonunun [[Oxud]] kəndində yaşayıb.
*''Anası'': '''Səfruz Musayeva''' Oxud kəndində yaşayıb.
*''Anası'': '''Səfruz Musayeva''' Şəki rayonunun Oxud kəndində yaşayıb.
*''Oğlu'': '''[[Elşən Musayev]]'''  Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədridir.
*''Oğlu'': '''[[Elşən Musayev]]'''  Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədridir.



02:23, 31 avqust 2020 versiyası

Məmmədhənifə Musayev
Musayev Məmmədhənifə Ramazan oğlu
Məmmədhənifə Musayev
Məmmədhənifə Musayev
Doğum tarixi 1941(1941-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Oxud, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 2004(2004-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Elm sahəsi pedaqigika
Elmi dərəcəsi elmlər namizədi
Elmi adı professor
Təhsili

V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu (1958 – 1962)

Azərbaycan Elmi-Tədqiqat pedaqoji Elmlər İnstitutu, aspirantura (1969 – 1972)
Evladı Elşən Musayev
Atası Ramazan Musayev
Anası Səfruz Musayeva

Məmmədhənifə Musayev – pedaqoq-alim, professor; müxtəlif illərdə Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktoru, Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutun rektoru, Azərbaycan Müəllimlər İnstitutunun rektor əvəzi vəzifələrində çalışıb. 2015 və 2020-ci illərdə 110 saylı Zaqatala Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş Elşən Musayevin atasıdır.

Haqqında məlumatlar

1941-ci ildə Nuxa rayonunun Oxud kəndində anadan olub.

Təhsili

Oxud kənd məktəbində oxuyub.

1958 – 1962-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda,

1969 – 1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat pedaqoji Elmlər İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti

1962 – 1963-cü illərdə Vartaşen rayonunda ibtidai sinif müəllimləri hazırlayan birillik kursun rəhbər-müəllimi olub.

1964 – 1969-cu illərdə Vartaşen rayon təhsil şöbəsində inspektor işləyib.

1972-ci ildən Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun pedaqogika-psixologiya kafedrasında baş müəllim.

1978 – 1984-cü illərdə direktor və pedaqogika-psixologiya kafedrasının müdiri olub.

1984 – 1999-cu illərdə təhsil nazirliyində işləmişdir.

1999-cu ilin iyul ayında Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutuna rektor təyin olunub.

Həyatının son illərində Azərbaycan Müəllimlər İnstitutunun rektor əvəzi idi.

Elmi fəaliyyəti

1974-cü ildən elmlər namizədi,

1997-ci ildən professordur.

“Azərbaycan dili” dərsliyinin, bir çox dərsliklərin, dərs vəsaitlərinin, 500-dək elmi, metodik, bədii, publisistik məqalənin müəllifidir.

İctimai fəaliyyəti

1980 – 1985-ci illərdə SSRİ Maarif Nazirliyinin Elmi Şurasının üzvü olub.

“Şəki” Xeyriyyə Cəmiyyətinin təsisçisi,

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri idi.

Azərbaycanın radio və televiziya kanallarında təhsil proqramları üzrə verilişlərin aparıcısı olub.

Təltif və mükafatları

  • Azərbaycan SSR Maarif Nazirliyinin “Qabaqcıl maarif xadimi” döş nişanı.
  • “SSRİ Maarif əlaçısı” döş nişanı.

Ailəsi

  • Atası: Ramazan Musayev Şəki rayonunun Oxud kəndində yaşayıb.
  • Anası: Səfruz Musayeva Şəki rayonunun Oxud kəndində yaşayıb.
  • Oğlu: Elşən Musayev Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədridir.

İstifadə edilmiş əsas mənbə

Şablon:Yaxşı məqalə