"Vahid Qəniyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 77: | Sətir 77: | ||
| link = | | link = | ||
| dil = az | | dil = az | ||
− | | cavabdeh = | + | | cavabdeh = [[Salis Məmmədov]] |
| nəşrin müəllifi = | | nəşrin müəllifi = | ||
| nəşr = İpəkçi | | nəşr = İpəkçi |
22:43, 14 sentyabr 2020 versiyası
Vahid Qəniyev | |
---|---|
Qəniyev Vahid Hüseyn oğlu | |
Vahid Qəniyev, 2019-cu il | |
Anadan olub | 26 aprel 1929 |
Anadan olduğu yer | Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Təhsili | Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, hidromeliorasiya fakültəsi (1948 – 1953) |
Vahid Qəniyev – Azərbaycan Ağsaqqallar Şurasının Şəki rayon təşkilatının sədri. 1971 – 1975-ci illərdə Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin, 1975 – 1992-ci illərdə isə Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş, 1985 – 1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Haqqında məlumatlar
26 aprel 1929-cu il tarixdə Nuxa şəhərində anadan olub.
Təhsili
1947-ci ildə Nuxa M.Qorki adına 10 №-li orta məktəbi bitirib.
1948 – 1953-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hidromeliorasiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1953-cü ildə Nuxa Suvarma Sistemləri İdarəsində mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayıb, sonrakı illərdə həmin idarənin baş mühəndisi olub.
1965-ci ilin əvvəllərində bir müddət Qax Suvarma Sistemləri İdarəsinin rəisi,
1965-ci ilin ilin iyul ayından 1971-ci ilin mart ayınadək isə Nuxa/Şəki Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində işləyib.
1971-ci ilin mart ayından Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri,
1975-ci ilin aprel ayında isə Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub və 1992-ci ilədək həmin vəzifədə çalışıb.
İctimai və siyasi fəaliyyəti
1958-ci ildən Sov.İKP üzvü idi.
Azərbaycan KP XXVIII, XXIX, XXX, XXXI qurultaylarının nümayəndəsi olub.
1985 – 1990-cı illərdə XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
1990-cı ildə 330 nömrəli Cəfərabad seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizədliyi irəli sürülmüşdür.
Azərbaycan Ağsaqqallar Şurasının Şəki rayon təşkilatının sədridir.
Təltif və mükafatları
- “Qırmızı Əmək Bayrağı” ordeni, 2 dəfə.
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı (1970).
- Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları.
İstifadə edilmiş əsas mənbə
- Vahid hüseyn oğlu Qəniyev (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 23 sentyabr 1990. — № 25 – 26 (1959 – 1960).