"Fuad Abdurahmanlı" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 89: | Sətir 89: | ||
|language = | |language = | ||
}}</ref> | }}</ref> | ||
− | |||
− | |||
− | |||
− | |||
== İstinadlar == | == İstinadlar == |
19:16, 22 sentyabr 2020 versiyası
Fuad Abdurahmanlı | |
---|---|
Anadan olub | 10 oktyabr 1986 |
Anadan olduğu yer | Şəki |
Vəfat edib | 22 sentyabr 2014 |
Vəfat etdiyi yer | Şamaxı Mirikənd |
Vəfat səbəbi | avtomobil qəzası |
Həyat yoldaşı | Lalə Abdurahmanlı |
Atası | Şahin Abdurahmanlı |
Vətəndaşlıq | Azərbaycan |
Milliyyəti | türk |
Təhsili |
Sumqayıt Dövlət Universiteti Ankara Universiteti |
Tanınır | Fuad Turan Abdurahmanlı |
Fuad Abdurahmanlı — jurnalist, araşdırmaçı, Türküstan qəzeti saytının redaktoru, milli fəal.[1][2]
Həyat və təhsili
Fuad Şahin oğlu Abdurahmanlı 1986-cı ildə Şəkidə anadan olub. 1993-cü ildə Şəki şəhər 8 saylı məktəbdə ibtidai təhsil almağa başlayıb. 1997-ci ildən isə Bakıda yerləşən 17 saylı orta məktəbdə təhsilini davam etdirib. 2004-cü ildə Sumqayıt Dövlət Universitetinin Politologiya fakültəsinə daxil olub. 2008-ci ildə universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2012-ci il sentyabr ayının 16-da Lalə Abdurahmanlı ilə ailə həyatı qurub. 2013-cü ildə Ankara Universitetinin Siyasi Bilgilər Fakültəsinə magistr pilləsinə daxil olub.[1]
Fəaliyyəti
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Daxili siyasətin təhlili şöbəsində təcrübə proqramını tamamlamışdır. Təcrübə proqramı çərçivəsində "Sol düşüncə sistemi" mövzusunda elmi iş müdafiə etmişdir. Uzun müddət Dünya Azərbaycanlıları Konqresi (DAK) sıralarında təmsil olunub, DAK Gənclər Təşkilatında fəaliyyət göstərib, son illərdə DAK Məşvərət Məclisinin üzvü olub. O, 2012-ci ildən son günədək "Türküstan” qəzetinin eyni adlı saytının redaktoru vəzifəsində çalışırdı.[3]
Vəfatı
Fuad Abdurahmanlı 2014-cü il sentyabrın 21-də Bakı-Şamaxı yolunda baş verən avtomobil qəzasında dünyasını dəyişib.[3] Şəkidə dəfn olunub.[4]
Xatirəsi
Fuad Turan Abdurahmanlının vəfatından 40 gün keçdikdən sonra “Türküstan” qəzeti onun xatirəsinə xüsusi buraxılış həsr edib. “Tanrı dağında bizi gözlə,.. Fuad!” adlı buraxılışda bir sıra ictimai xadimlərin, millət vəkillərinin, aydınların, jurnalistlərin, sənətçilərin, dostların Fuadla bağlı düşüncələri yer alıb.[1]
10 oktyabr 2015-ci ildə Fuad Abdurahmanlının xatirəsinə həsr olunmuş “Fuad Turan Fondu” və bu fondun təsis etdiyi “Fuad Turan” mükafatının təqdimat mərasimi keçirilib. Fondun əsas məqsədi ediləcək şəxsi yardımlar, eləcə də fondun hər il təşkil edəcəyi xeyriyyə aksiyalarından əldə edilən ianələr hesabına azərbaycanlı gənclərin xaricdə təhsil almasına yardım etməkdir. Tədbirdə fondun idarə heyətinin Əminə Əliyevanı “Fuad Turan Fondu”na sədr seçdiyi elan olunub. Fond hər il ənənəvi olaraq, Fuad Turan Abdurahmanlının doğum günündə eyniadlı fond tərəfindən il ərzində öz sahəsində uğur qazanan bir azərbaycanlı gəncə “Fuad Turan” mükafatının təqdim olunmasının nəzərdə tutub. 2015-ci ildə mükafatın ilk sahibi ADA universitetinin tələbəsi İsmayıl Zeynallı olub.[2]
İstinadlar
- ↑ 1,0 1,1 1,2 "Mərhum jurnalistə xüsusi buraxılış həsr olunub". modern.az. 31 oktyabr 2014. 11 aprel 2019 tarixində arxivləşdirilib.
- ↑ 2,0 2,1 "Gənclərin xaricdə təhsilini maliyyələşdirəcək fond təsis edildi". qafqazinfo.az. 12 oktyabr 2015. 11 aprel 2019 tarixində arxivləşdirilib.
- ↑ 3,0 3,1 "Azərbaycanda dəhşətli qəza: 4 nəfər öldü". oxu.az. 22 sentyabr 2014. 11 aprel 2019 tarixində arxivləşdirilib.
- ↑ "Yol qəzasında həlak olmuş jurnalist". modern.az. 22 sentyabr 2014. 11 aprel 2019 tarixində arxivləşdirilib.
Videolar