Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Fuad Abdurahmanlı

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Fuad Abdurahmanlı
Abdurahmanlı Fuad Şahin oğlu
Fuad Abdurahmanlı
Fuad Abdurahmanlı
Doğum tarixi 10 oktyabr 1986(1986-10-10)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 22 sentyabr 2014 (27 yaşında)
Vəfat yeri Şamaxı rayonu, Mirikənd, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi avtomobil qəzası
Həyat yoldaşı Lalə Abdurahmanlı
Atası Şahin Abdurahmanlı
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti türk
Təhsili Sumqayıt Dövlət Universiteti
Ankara Universiteti
Tanınır Fuad Turan Abdurahmanlı

Fuad Abdurahmanlı – gənc araşdırmaçı-jurnalist; “Türküstan” qəzeti saytının redaktoru olmuş[1][2], 2014-cü ildə, 27 yaşında, avtomobil qazasında dünyasını dəyişmişdir.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

10 oktyabr 1986-cı il tarixdə Şəkidə anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1993 – 1997-ci illərdə Şəki şəhər 8 saylı orta məktəbdə,

1997 – 2003-cü illərdə isə Bakıdakı 17 saylı orta məktəbdə oxuyub.

2004 – 2008-ci illərdə Sumqayıt Dövlət Universitetinin Politologiya fakültəsində bakalavr təhsili alıb.

2013-cü ildə Ankara Universitetinin siyasi elmlər fakültəsində magistr pilləsinə daxil olub[1].

Jurnalist fəaliyyəti[redaktə | HTML redaktə]

2012-ci ildən ömrünün sonunadək “Türküstan” qəzetinin eyni adlı saytının redaktoru vəzifəsində çalışıb[3].

İctimai aktivliyi[redaktə | HTML redaktə]

Uzun müddət Dünya Azərbaycanlıları Konqresi (DAK) sıralarında təmsil olunub, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatında fəaliyyət göstərib, həyatının son illərində DAK Məşvərət Məclisinin üzvü idi.

Digər[redaktə | HTML redaktə]

2008 – 2009-cu illərdə hərbi xidmətdə olub.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin daxili siyasətin təhlili şöbəsində təcrübə proqramını tamamlayıb. Təcrübə proqramı çərçivəsində “Sol düşüncə sistemi” mövzusunda elmi iş müdafiə edib.

Ailəsi[redaktə | HTML redaktə]

2012-ci ildə Lalə Abdurahmanlı ilə ailə həyatı qurmuşdu.

Vəfatı[redaktə | HTML redaktə]

Fuad Abdurahmanlı 2014-cü il sentyabrın 21-də Bakı – Şamaxı yolunda baş verən avtomobil qəzasında dünyasını dəyişib[3]. Şəkidə dəfn olunub[4].

Xatirəsi[redaktə | HTML redaktə]

Vəfatından 40 gün keçdikdən sonra “Türküstan” qəzeti onun xatirəsinə xüsusi buraxılış həsr edib. “Tanrı dağında bizi gözlə,.. Fuad!” adlı buraxılışda bir sıra ictimai xadimlərin, millət vəkillərinin, ziyalıların, jurnalistlərin və digər şəxslərin onunla bağlı düşüncələri yer alıb[1].

10 oktyabr 2015-ci ildə Fuad Abdurahmanlının xatirəsinə həsr olunmuş “Fuad Turan Fondu” və bu fondun təsis etdiyi “Fuad Turan” mükafatının təqdimat mərasimi keçirilib. Fondun əsas məqsədi ediləcək şəxsi yardımlar, eləcə də fondun hər il təşkil edəcəyi xeyriyyə aksiyalarından əldə edilən ianələr hesabına azərbaycanlı gənclərin xaricdə təhsil almasına yardım etməkdir. Tədbirdə fondun idarə heyətinin Əminə Əliyevanı “Fuad Turan Fondu”na sədr seçdiyi elan olunub. Fond hər il ənənəvi olaraq, Fuad Turan Abdurahmanlının doğum günündə eyniadlı fond tərəfindən il ərzində öz sahəsində uğur qazanan bir azərbaycanlı gəncə “Fuad Turan” mükafatının təqdim olunmasının nəzərdə tutub. 2015-ci ildə mükafatın ilk sahibi ADA universitetinin tələbəsi İsmayıl Zeynallı olub[2].

İstinadlar[redaktə | HTML redaktə]

  1. 1,0 1,1 1,2 "Mərhum jurnalistə xüsusi buraxılış həsr olunub". modern.az. 31 oktyabr 2014. 11 aprel 2019 tarixində arxivləşdirilib.
  2. 2,0 2,1 "Gənclərin xaricdə təhsilini maliyyələşdirəcək fond təsis edildi". qafqazinfo.az. 12 oktyabr 2015. 11 aprel 2019 tarixində arxivləşdirilib.
  3. 3,0 3,1 "Azərbaycanda dəhşətli qəza: 4 nəfər öldü". oxu.az. 22 sentyabr 2014. 11 aprel 2019 tarixində arxivləşdirilib.
  4. "Yol qəzasında həlak olmuş jurnalist". modern.az. 22 sentyabr 2014. 11 aprel 2019 tarixində arxivləşdirilib.

Videolar[redaktə | HTML redaktə]