Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

"Yusif xan Şəkinski" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 33: Sətir 33:
  
 
== Həyatı ==
 
== Həyatı ==
1887-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini məhəllə mollaxanasında almışdı. Sonra Şuşa Real məktəbində oxumuşdu. Daha sonra gimnaziyada təhsilini davam etdirmişdi. 1900-cü ildən 1907-ci Peterburq Texnologiya institutunda oxumuşdu. Bir müddət Petroqraddakı Putilov zavodunda mühəndis kimi çalışmışdı.
+
1887-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini məhəllə mollaxanasında almışdır. Sonra Şuşa Real məktəbində oxumuşdur. Daha sonra gimnaziyada təhsilini davam etdirmişdir. 1900-cü ildən 1907-ci Peterburq Texnologiya institutunda oxumuşdur. Bir müddət Petroqraddakı Putilov zavodunda mühəndis kimi çalışmışdır.
  
 
Yusif xan Şəkinski Lütfəli bəy Behbudovla dostluq edirdi.
 
Yusif xan Şəkinski Lütfəli bəy Behbudovla dostluq edirdi.

11:26, 26 noyabr 2020 versiyası

Yusif xan Şəkinski
Şəkinski Yusif xan Həsən ağa oğlu
Yusif xan Şəkinski
Şəki xanları, yaxud xanzadələri (şərti)
Anadan olub 1887(1887-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Atası Həsən ağa Süleyman xan oğlu

Şəkinski Yusif xan Həsən ağa oğlu-(1887-?), — Qarabağda, Şuşada məşhur olan şəkinskilər soyuna mənsubdur. Bu soy Qarabağa Şəki xanlığından gəlib. Şəki hakimi Səlim xan Qacarlar dövlətinə qaçarkən oğlu Süleyman xanı xalası Gövhərnisə ağa bəyim İbrahimxəlil xan qızı Sarıcalı-Cavanşirin yanında qoymalı oldu. Süleyman xan çar ordusunda xidmət etmiş, podpolkovnik rütbəsinədək yüksəlmişdi. Polşada üsyanın yatırılmasında iştirak etmişdi. Təqaüdə çıxandan sonra İran qaçmış, Təbriz şəhərində rus alayı tərəfindən tutulmuş, Rusiyaya qaytarılmışdı. O, Tambov şəhərində həbsxanada yatmışdı.

Həyatı

1887-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini məhəllə mollaxanasında almışdır. Sonra Şuşa Real məktəbində oxumuşdur. Daha sonra gimnaziyada təhsilini davam etdirmişdir. 1900-cü ildən 1907-ci Peterburq Texnologiya institutunda oxumuşdur. Bir müddət Petroqraddakı Putilov zavodunda mühəndis kimi çalışmışdır.

Yusif xan Şəkinski Lütfəli bəy Behbudovla dostluq edirdi.

Yusif xan Şəkinski 1912-ci ildən 1918-ci ilədək Hacı Zeynalabdin Tağıyevin mədənlərində mühəndis işləmişdi. Sonra özü şirkət yaratmışdı.

Yusif xan Şəkinski 1920-ci ildən sonra İrana qaçıb. (Yusif xan Şəkinskiyə aid fotonun və bəzi faktların dəqiqləşdirilməsinə görə məşhur tədqiqatçı, professor Ədalət Tahirzadəyə minnətdarıq. - Ənvər Çingizoğlu, jurnalist-etnoqraf)

Ailəsi

Atası Həsən ağa Süleyman xan oğlu 1842-ci ildə Şuşa şəhərində anadan olmuşdu. atası Süleyman xan Şəkinski tutulandan sonra Gövhərağa bəyim İbrahimxəlil xan qızı Cavanşirin himayəsində böyümüşdü. Şuşa qəza məktəbində oxumuşdu. Çar ordusunda xidmət etmişdi. Praporşik rütbəsi almışdı.

Həsən ağa Şəkinski böyük mülkədar idi. Həm atasından, həm də atasının xalası Gövhər ağadan ona xeyli mülk miras qalmışdı. Miraslardan biri də karvansara idi.

Həsən ağa Şəkinski Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinin qəhrəmanlarındandır.

Həsən ağa 14 iyul 1898-ci ildə vəfat edib.

Həsən ağanın Süleyman xan, Əziz xan, Yusif xan adlı oğlanları, Sitarə bəyim adlı qızı vardı.

İstinadlar

Mənbə

  • Ənvər Çingizoğlu, "Yusif xan Şəkinski: Şəkidən Şuşaya qədər həyat yolu"
  • [1]

Həmçinin bax

Xarici keçidlər