"Əbülfət Məmmədrəhimov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 3: | Sətir 3: | ||
| Adı = Əbülfət Məmmədrəhimov | | Adı = Əbülfət Məmmədrəhimov | ||
| Orijinal adı = ''Məmmədrəhimov Əbülfət Yaqub oğlu'' | | Orijinal adı = ''Məmmədrəhimov Əbülfət Yaqub oğlu'' | ||
− | | Şəkil = | + | | Şəkil = Əbülfət_Məmmədrəhimov.jpg |
| Şəkil başlığı = Əbülfət Məmmədrəhimov | | Şəkil başlığı = Əbülfət Məmmədrəhimov | ||
| Şəkil ölçüsü = | | Şəkil ölçüsü = |
18:54, 9 yanvar 2021 versiyası
Əbülfət Məmmədrəhimov | |
---|---|
Məmmədrəhimov Əbülfət Yaqub oğlu | |
Əbülfət Məmmədrəhimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 yanvar 1952 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 27 yanvar 2016 (64 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Şəki |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Peşəsi | tarzən |
|
|
Musiqi alətləri | tar, saz, ud, gitara, qarmon, nağara, qoşa nağara |
Əbülfət Məmmədrəhimov (Əbülfət Şəkili; 1952 – 2016) — tanınmış tarzən, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti. Tarla yanaşı, sazın və udun da əvəzsiz ifaçısı hesab edilirdi.
Haqqında məlumatlar
10 yanvar 1952-ci il tarixdə Nuxada anadan olub. Ələfsər Rəhimovun (Ələfsər Şəkilinin) qardaşı oğlu idi. Uşaq yaşlarından nağara çalmağı öyrənib, hətta toylara da gedib. Sonra qarmon, daha sonra tar çalmağa başlayıb.
Təhsili
Nuxa şəhər Uşaq Musiqi Məktəbində,
Şəki Orta İxtisas Musiqi Məktəbində musiqi təhsili alıb.
1980-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri fakültəsində daxil olub.
Əmək fəaliyyəti
Muğam Mərkəzində, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında çalışmaqla yanaşı, Asəf Zeynallı adına Musiqi Kollecində və Bakı 6 saylı İncəsənət Məktəbində tar ixtisası üzrə müəllimlik də edib.
Vəfatı
Ömrünün sonuna yaxın ağciyər xərçəngindən əziyyət çəkib.
27 yanvar 2016-cı il tarixdə Bakıda vəfat edib, 28 yanvar 2016-cı il tarixdə Şəkidə dəfn olunub.
İstifadə edilmiş əsas mənbələr
- Qvami Məhəbbətoğlu. “Belə getsə, elə nəzərdə tutula-tutula qalacağam”. Zaman.– 2015.– 4 noyabr.– S. 9.
- "Şəki bələdiyyəsi"/Tanınmış musiqiçi Şəkidə son mənzilə yola salındı (video)
- Kərimov V. Yaddaşlarda yaşayan el sənətkarı. Mədəniyyət – 2012. – 21 dekabr – S. 12.