Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

"Vasim Məmmədəliyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 8: Sətir 8:
 
  |piktoqram            =  
 
  |piktoqram            =  
 
  |doğum tarixi        = 27.08.1942
 
  |doğum tarixi        = 27.08.1942
  |doğum yeri          = [[Bakı]], [[Azərbaycan SSR]], [[SSRİ]]
+
  |doğum yeri          = Bakı, Azərbaycan SSR, SSRİ
 
  |vəfat tarixi        = 13.10.2019
 
  |vəfat tarixi        = 13.10.2019
  |vəfat yeri          = [[Bakı]], [[Azərbaycan]]
+
  |vəfat yeri          = Bakı, Azərbaycan
 
  |vəfat səbəbi        =  
 
  |vəfat səbəbi        =  
 
  |dəfn yeri            =  
 
  |dəfn yeri            =  
 
  |vətəndaşlığı        = {{SSRİ}}→<br>{{AZE}}
 
  |vətəndaşlığı        = {{SSRİ}}→<br>{{AZE}}
  |milliyyəti          = [[Azərbaycanlılar|azərbaycanlı]]
+
  |milliyyəti          = Azərbaycanlılar|azərbaycanlı
 
  |həyat yoldaşı        =  
 
  |həyat yoldaşı        =  
 
  |uşağı                =  
 
  |uşağı                =  
 
  |atası                =  
 
  |atası                =  
 
  |anası                =  
 
  |anası                =  
  |elm sahəsi          = [[şərqşünaslıq]]
+
  |elm sahəsi          = şərqşünaslıq
  |elmi dərəcəsi        = [[Akademik]]
+
  |elmi dərəcəsi        = Akademik
 
  |elmi adı            =  
 
  |elmi adı            =  
  |iş yeri              = [[Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi]]
+
  |iş yeri              = Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi
 
  |alma-mater          =   
 
  |alma-mater          =   
 
  |təhsili              =  
 
  |təhsili              =  

16:36, 24 mart 2021 versiyası

Vasim Məmmədəliyev
Vasim Məmmədəliyev.jpg
Vasim Məmmədəliyev 2011-ci ildə
Doğum tarixi 27.08.1942
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 13.10.2019
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Flag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi şərqşünaslıq
İş yeri Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi
Elmi dərəcəsi Akademik
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 1992
"Şərəf" ordeni — 2009 “Şöhrət” ordeni (Azərbaycan) — 2002
"Qızıl çinar" beynəlxalq mükafatı — 2017

Vasim Məmmədəli oğlu Məmmədəliyev — şərqşünas-alim, professor (1979), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), Azərbaycan (1992), Dağıstanın (2003) əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, BDU-nun ərəb filologiyası kafedrasının müdiri, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri (1997).

Həyatı və fəaliyyəti

Vasim Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olmuşdur . 1949-1959-cu illərdə Bakı şəhər 113 saylı orta məktəbdə təhsil almışdır.

1959-1964 — BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirmişdir. 1965-1968 — Tbilisi Dövlət Universitetində aspirant.

  • 1978-ci ildən professor olmuşdur.
  • 1981-1991 — BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı.
  • 1989 — İraq Elmlər Akademiyası, 1994 — İslam Təşkilatı Konfransı nəzdində İslam Hüququ Akademiyası, 1995 — Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyası, 2003 — Misir Ərəb dili Akademiyasının üzvü seçilmişdir.
  • 1991-1992 — BDU-nun prorektoru.
  • 1992-ci ildən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri.
  • 1992 — Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
  • 1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri.
  • 2001 — AMEA-nın müxbir üzvü seçilmişdir.
  • 2002 — «Şöhrət ordeni» ilə təltif edilmişdir.
  • 2003 — Dağıstan Respublikasının Əməkdar elm xadimi adına layiq görülmüşdür.
  • 2007 — Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilmişdir.
  • 30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik etmişdir. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilmişdir.
  • Türkiyə, İran, İraq, Misir, Liviya, Gürcüstan, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Küveyt və digər ölkələrlə sıx elmi əməkdaşlıq əlaqələri var.
  • Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunmuşdur.

Azərbaycan — İraq Dostluq Cəmiyyətinin sədri olmuşdur.

27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvü olmuşdur.[1]

Uzun illər Azərbaycan Televiziyasında yayımlanan "Haqqın dərgahı" verilişinin aparıcısı olmuşdur.[2]

İki qızı, bir oğlu var.

Vasim Məmmədəliyev 13 oktyabr 2019-cu ildə vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Beynəlxalq seminar, simpozium və konfraslarda iştirakı

  • Rusiya — 1978, 1981
  • Polşa — 1979, 1995
  • ABŞ — 1996
  • İndoneziya — 1998, 1996, 2000
  • İraq — 2000, 2004
  • Türkiyə — 2002, 2004
  • İran — 2002, 2004
  • Gürcüstan — 2005
  • Fransa — 2005
  • Misir — 2006

Seçilmiş əsərləri

  • 2006 — İslam və gənclik
  • 2006 — Mövlana Cəlaləddin Rumi yaradıcılığında Məsnəvi (Q.T. Məmmədəliyeva ilə birlikdə)
  • 2006 — Milli jurnalistikamızın patriarxı. Mətbuatımızm klassiki.
  • 2006 — Ərəb dili proqramı (bakalavr pilləsi üçün) (N. Məmmədovla birlikdə)
  • 2006 — Globalization in Estimation of Muslim Scientists (ingilis dilində)
  • 2005 — İslamda məzhəblərin yaxınlığı və yaxınlaşmanın əsas istiqamətlərinə dair bəzi mülahizələr
  • 2005 — Ərəb dilçiliyi ümumi dilçiliyin əsas qollarından biri kimi
  • 2004 — Dünya şöhrətli alim Rüstəm Əliyev fenomeni
  • 2004 — Ərəb ədəbi dilində şərt budaq cümləli tabeli mürəkkəb cümlələr
  • 2004 — İslam əxlaqı və onun əsas prinsipləri
  • 2004 — Müsəlman alimlərinin qloballaşmaya münasibətinə dair bəzi qeydlər
  • 2004 — S.S.Rəşadinin «Sərf nəhv» kitabı haqqında
  • 2004 — Sibəveyhiyə tutulan iki məşhur irad barəsində bir neçə söz. Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri
  • 2003 — Əbu Həyyanın bəzi dilçilik görüşləri
  • 2003 — Təsəvvüfdə ariflə alimin fərqi. Şərqşünaslığın aktual problemləri.(Q.T. Məmmədəliyeva ilə birlikdə)
  • 2003 — Aida İmanquliyeva Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri kimi
  • 2002 — Islam against terrorism, extremism and aggression. Cooperation for peace in the Caucasus. (Tbilisi)
  • 2002 — Сравнительный анализ индикативных и императивных наклонений в арабском языке и иврите (C. Fərzəliyevlə birlikdə)

Mükafatları

İstinadlar

Şablon:İstinad stili

  1. Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının tərkibi təsdiq edilib. scwra.gov.az, 27.12.2018  (azərb.)
  2. Mədəniyyət TV (13.10.2020). "Akademik Vasim Məmmədəliyevin tarixin bu günü xatırlanır" (azərb.). Youtube.com. İstifadə tarixi: 2020-10-15.
  3. "V. M. Məmmədəliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 avqust 2002-ci il tarixli, 777 nömrəli Fərmanı.[ölü keçid] e-qanun.az  (azərb.)
  4. "V.M.Məmmədəliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli, 541 nömrəli Sərəncamı.[ölü keçid] e-qanun.az  (azərb.)
  5. Vasim Məmmədəliyev “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülüb

Həmçinin bax

Vikianbarda Vasim Məmmədəliyev ilə əlaqəli mediafayllar var.

Xarici keçidlər