"Pərvin Muradova-Dilbazi" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 29: | Sətir 29: | ||
| Commons = | | Commons = | ||
}} | }} | ||
− | '''Pərvin Muradova-Dilbazi'''- azərbaycanlı kompozitor, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru, Florida ştatının “Azərbaycan-Amerika Mədəniyyəti Cəmiyyəti”nin mədəniyyət işləri üzrə direktoru | + | '''Pərvin Muradova-Dilbazi'''- azərbaycanlı kompozitor, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru, Florida ştatının “Azərbaycan-Amerika Mədəniyyəti Cəmiyyəti”nin mədəniyyət işləri üzrə direktoru, xeyriyyəçi<ref>[http://www.anl.az/down/meqale/medeniyyet/2017/iyul/550587.htm '''Cövdət Hacıyevin yubiley tədbirlərinə Vyana Konservatoriyası da qoşulub''']</ref><ref>[http://modern.az/az/news/196484#gsc.tab=0 Cövdət Hacıyevlə Əminə Dilbazinin ABŞ-da yaşayan canlı əsəri - Pərvin Muradova- Dilbazi]</ref>. |
==Haqqında məlumatları== | ==Haqqında məlumatları== | ||
Sətir 50: | Sətir 50: | ||
1995-ci ildə “Muradov Piano Studio” təsis edib. Bir müddət yaratdığı studiyada fərdi piano dərsləri keçib. | 1995-ci ildə “Muradov Piano Studio” təsis edib. Bir müddət yaratdığı studiyada fərdi piano dərsləri keçib. | ||
− | 1996 – 1998-ci illərdə orta məktəb şagirdlərinə xarici dil kimi rus dilini tədris edib (müəllimlərin ali | + | 1996 – 1998-ci illərdə orta məktəb şagirdlərinə xarici dil kimi rus dilini tədris edib (müəllimlərin ali attestasiya müsabiqəsindən yüksək balla keçdiyindən ABŞ-ın hər yerində müəllim işləmək hüququ əldə etmişdir). |
− | 2013-cü ildə Florida Texnologiya Universitetinə dəvət olunub və orada | + | 2013-cü ildə Florida Texnologiya Universitetinə dəvət olunub və orada fortepiano kafedrasını yaradıb. |
− | 2018-ci ildə atası Cövdət Hacıyevin yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlmiş, o cümlədən ata yurdu Şəkini də ziyarət etmişdir<ref>[http://lent.ipekchi.info/news/coevdethaciyevinqiziatayurdunu-sekiniziyaretetditelebelerlegoeruesdue Cövdət Hacıyevin qızı Pərvin Muradova-Dilbazi ata | + | 2018-ci ildə atası Cövdət Hacıyevin yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlmiş, o cümlədən ata yurdu Şəkini də ziyarət etmişdir<ref>[http://lent.ipekchi.info/news/coevdethaciyevinqiziatayurdunu-sekiniziyaretetditelebelerlegoeruesdue Cövdət Hacıyevin qızı Pərvin Muradova-Dilbazi ata yurdunu - Şəkini, ziyarət etdi, tələbələrlə görüşdü (ipekchi.info)]</ref>. |
==Xeyriyyəçilik fəaliyyəti== | ==Xeyriyyəçilik fəaliyyəti== | ||
Sətir 67: | Sətir 67: | ||
* Atası – “[[Cövdət Hacıyev]]”, Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Konservatoriyasının rektoru və professoru, Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR əməkdar incəsənət xadimi. | * Atası – “[[Cövdət Hacıyev]]”, Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Konservatoriyasının rektoru və professoru, Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR əməkdar incəsənət xadimi. | ||
− | * Anası - '''Əminə Dilbazi''', məşhur azərbaycanlı | + | * Anası - '''Əminə Dilbazi''', məşhur azərbaycanlı rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti |
Evlidir, 2 övladı var. | Evlidir, 2 övladı var. |
18:00, 2 aprel 2020 versiyası
Pərvin Muradova-Dilbazi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum yeri | Bakı |
Vətəndaşlığı | ABŞ |
Peşəsi | Florida Texnologiya Universitetinin fortepiano üzrə professoru |
|
|
Musiqi aləti | fortepiano |
Pərvin Muradova-Dilbazi- azərbaycanlı kompozitor, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru, Florida ştatının “Azərbaycan-Amerika Mədəniyyəti Cəmiyyəti”nin mədəniyyət işləri üzrə direktoru, xeyriyyəçi[1][2].
Haqqında məlumatları
Bakı şəhərində anadan olub.
1972-ci ildə Bülbül adına orta ixtisas məktəbini bitirib. Eyni zamanda Bakı Xoreoqrafiya Məktəbində də təhsil alıb.
1972 – 1977-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında fortopiano ifaçısı və müəllimi ixtisasına yiyələnib.
Fəaliyyəti
.
1977 – 1981-ci illərdə indiki Sumqayıt Musiqi Məktəbində fortopianodan dərs deyib.
1981 – 1990-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləyib.
1990-cı ildə ailəsi ilə birlikdə Amerika Birləşmiş Ştatlarına köçüblər. Elə o vaxtdan da fərdi musiqi dərsləri keçməyə başlayıb.
1994 – 1995-ci illərdə Melburndakı icma kolleclərindən birində oxuyaraq ingilis dili biliklərini artırıb.
1995-ci ildə “Muradov Piano Studio” təsis edib. Bir müddət yaratdığı studiyada fərdi piano dərsləri keçib.
1996 – 1998-ci illərdə orta məktəb şagirdlərinə xarici dil kimi rus dilini tədris edib (müəllimlərin ali attestasiya müsabiqəsindən yüksək balla keçdiyindən ABŞ-ın hər yerində müəllim işləmək hüququ əldə etmişdir).
2013-cü ildə Florida Texnologiya Universitetinə dəvət olunub və orada fortepiano kafedrasını yaradıb.
2018-ci ildə atası Cövdət Hacıyevin yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlmiş, o cümlədən ata yurdu Şəkini də ziyarət etmişdir[3].
Xeyriyyəçilik fəaliyyəti
ABŞ-ın bir sıra ştatlarında, o cümlədən, İsveç, İspaniya, Almaniya, İngiltərə və Avstriyada xeyriyyə konsertləri verib. Əldə olunan vəsaiti autizmdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldib.
2017-ci ildə “Musiqi, Təhsil və Autizm Fondu”nu təsis edib. Bu fondun xətti ilə bir sıra xeyriyyə işlərinin həyata keçirib. 2018-ci ildə Nyu-Yorkda Azərbaycan bəstəkarlarının musiqi əsərlərindən ibarət beynəlxalq müsabiqə təşkil edib. Bu tədbirdə sağlamlığı məhdud imkanlı uşaqlar da iştirak ediblər. 2017-ci ildə Londonda atası Cövdət Hacıyevin əsərlərindən ibarət ingilis dilində kitab nəşr etdirib və həmin il orada konsert verib.
Xeyriyyə işlərinə görə adı 1999-2000-ci illər üzrə ABŞ-da dərc olunmuş məşhur “Kim kimdir?” kitabına salınıb.
Ailəsi
- Atası – “Cövdət Hacıyev”, Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Konservatoriyasının rektoru və professoru, Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR əməkdar incəsənət xadimi.
- Anası - Əminə Dilbazi, məşhur azərbaycanlı rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti
Evlidir, 2 övladı var.