Changes

Sətir 69: Sətir 69:     
{{Əmircanovlar}}
 
{{Əmircanovlar}}
 +
 +
 +
29 may 1884-cü ildə İmperatorun fərmanı ilə Gəncə Valilik İdarəsindən vali general-mayor knyaz Nakaşidzenin imzası ilə verilmiş attestatdan öyrənirik ki, Cavanşir qəzasının rəisi, kollej katibi[1] Şirəli bəy Əliəşrəf bəy oğlu Əmircanovun 41 yaşı var; qeyri-xristianlar üçün 3-cü dərəcəli Müq. Anna və 3-cü dərəcəli Müq. Stanislav ordenləri var; bəydir; dədə-baba mülkü var: Şəki şəhərində 2 evi, Suçma kəndinin yarısı, əkin, biçin və otlaq yerləri, Şəki qəzasında abad mülkü, əkin və otlaq yerləri var; Şəki qəza məktəbinin tam kursunu bitirib; Bakı Valilik İdarəsinin 10 mart 1864-cü il qərarı ilə kiçik dəftərxana işçisi kimi Şəki Qəza İdarəsində qulluğa başlayıb; 29 sentyabr 1868-ci ildən orada tərcüməçi vəzifəsinə təyin edilib; 13 iyul 1875-ci ildən Şəki şəhər 2-ci hissəsinin pristavı, 14 oktyabr 1877-ci ildən Şəki qəzasının polis pristavı, 6 fevral 1879-cu ildən Gəncə valisinin tərcüməçisi, 7 noyabr 1880-ci ildən Şəki qəzasının polis pristavı, 28 sentyabr 1881-ci ildən Cavanşir qəzasının rəis müavini əvəzi, 13 aprel 1883-cü ildən Cavanşir qəzası rəisinin əvəzi təyin edilib; yürüş və döyüşlərdə olmayıb; kornet Mustafa ağa Şəkixanovun qızı Fatma xanım’la evlənib; oğulları: Əbdüləli bəy (doğ. 18.05.1874), Lütfəli bəy (23.11.1875-1942, İstanbul) və Haşım bəy (doğ. 25.06.1879). [Başqa bir sənəddə bu qızları da göstərilib: Bilqeyis xanım (doğ. 1889), Dilaram xanım (doğ. 1892), Xanım xanım (doğ. 1896)].
 +
 +
 +
İki məsələni xatırlatmağı faydalı bilirik. Birincisi, bu sənəddə adı çəkilən Mustafa ağa Şəkixanov Şəkinin son xanlarından Kərim ağa Fateh’in (1788-13.01.1859) oğlu, məşhur şair Mustafa ağa Şuxidir (?-10.1895). İkincisi, əlimizdəki bir sənəddə Şirəli bəyin doğum tarixi (15.03.1847), 1895-ci ilədək Cavanşir qəzasının rəisi, 1895-ci ildən Şəki şəhərinin başçısı, 1917-ci ilin yanvarından Şəki qəzası 1-ci sahəsinin sülh araçısı, Azərbaycan Cümhuriyyəti dönəmində isə 14 sentyabr 1918-ci ildən Şəki Sülh Bölməsinin sülh hakimi işlədiyi göstərilib
    
==Ədəbiyyat==
 
==Ədəbiyyat==