Şirəli bəy Əmircanov
Şirəli bəy Əmircanov | |
---|---|
Əmircanov Şirləli bəy Əliəşrəf bəy oğlu | |
1860-cı ildə tərtib olunmuş Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı, Şirəli bəyin adı olan hissə. | |
Anadan olub | (15) 27 mart 1843 |
Vəfat edib | 1822 | (71 yaşında)
Həyat yoldaşı | Fatma xanım (Mustafa ağa Şəkixanovun qızı) |
Uşaqları | Əbdüləli bəy, Lütfəli bəy və Haşım bəy, Bilqeyis, Dilaram, Xanım. |
Mükafatları |
Şirəli bəy Əmircanov (1843–1922) — 20-ci əsrin birinci rübündə indiki Azərbaycanın bir sıra bölgələrdə məsul vəzifələr tutmuş dövlət məmuru. Rusiya İmperiyası dövründə Cavanşir qəzasının rəisi, Nuxa şəhərinin başçısı və s. vəzifələrdə çalışmışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə Nuxa Sülh Bölməsinin sülh hakimi olmuşdur. Rusiya İmperiyasının kollej katibi(ru) mülki rütbəsi daşımışdır. Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü, həmçinin, cümhuriyyətin ikinci nazirlər kabinetində maliyyə naziri postunu tutmuş Əbdüləli bəy Əmircanovun atasıdır.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
27 (15) mart 1843-cü il tarixdə anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
Nuxa qəza məktəbinin tam kursunu bitirib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
Bakı Quberniya İdarəsinin 22 (10) mart 1864-cü il tarixli qərarı ilə Nuxa Qəza İdarəsində kiçik dəftərxana işçisi vəzifəsində qulluğa götürülüb.
11 oktyabr (29 sentyabr) 1868-ci il tarixdə Nuxa Qəza İdarəsində tərcüməçi vəzifəsinə təyin edilib.
25 (13) iyul 1875-ci il tarixdən Nuxa şəhər 2-ci hissəsinin pristavı,
26 (14 oktyabr) 1877-ci il tarixdən Nuxa qəzasının polis pristavı (icraçısı),
18 (6) fevral 1879-cu il tarixdən Yelizavetpol qubernatorunun tərcüməçisi,
19 (7) noyabr 1880-ci il tarixdən Nuxa qəzasının polis pristavı (icraçısı),
10 oktyabr (28 sentyabr) 1881-ci il tarixdən Cavanşir qəzasının rəis müavini əvəzi,
25 (13) aprel 1883-cü il tarixdən Cavanşir qəzası rəisinin əvəzi,
1895-ci ilədək Cavanşir qəzasının rəisi,
1895-ci ildən Nuxa şəhərinin başçısı,
1917-ci ilin yanvarından Nuxa qəzası 1-ci sahəsinin sülh hakimi,
14 sentyabr 1918-ci il tarixdən Nuxa Sülh Bölməsinin sülh hakimi vəzifəsində işləyib.
Mülki rütbələri[Vizual/Mobil redaktə | HTML redaktə]
- 1884-cü ilin iyun ayında kollej katibi(ru) mülki rütbəsinə malik idi.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- III dərəcəli Müqəddəs Anna ordeni;
- III dərəcəli Müqəddəs Stanislav ordeni.
Digər[Vizual/Mobil redaktə | HTML redaktə]
10 iyun (29 may) 1884-cü il tarixli sənəddə Nuxa şəhərində 2 evinin olması, Suçma kəndinin əkin, biçin və otlaq yerlərinin yarısının ona məxsus olması, həmçinin Nuxa qəzasının başqa yerlərində onun əkin və otlaq yerlərinin olması, həmin vaxta qədər hər hansısa bir hərbi yürüş və döyüşdə iştirak etməməsi qeyd olunub.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
1922-ci ildə – 71 yaşında, vəfat edib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı = Список беков и чиновников мусульманского вероисповедения гор. Нухи. — Azərbaycan Respublikası Dövlət Tarix arxivi, fond 10, op. 1, s/v 79, 1860.
- Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Əbdüləli bəy Şirəli bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 455-463. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 may 2021.
Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]
Əmircanovların nəsil şəcərəsi [HTML redaktə]
Abdulla bəy Əmircan bəy oğlu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mustafa ağa Şəkixanov | Əliəşrəf bəy | Əliəkbər bəy | Süleyman bəy | Dostuxanım | Əliəsgər bəy | Qafar bəy | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bala bəy Əlibəyov | Fatma xanım | Şirəli bəy | Lütfəli bəy | Firuzə | Cavad bəy | Nazəli | Vahid bəy | Nəsrulla bəy | Rüstəm bəy | Sitarə | Möhsün bəy | Yusif | Abdulla | Musa | Əzizə | Hacı bəy | Abbas bəy | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səltənət xanım | Əbdüləli bəy | Lütfəli bəy | Haşım bəy | Bilqeyis xanım | Dilaram xanım | Xanım xanım | Əliyə | Dostan | Rübabə | Pərviz | Xosrov | Allahyar Əmircanov | Hüsniyyə Ağahüseynova | Səkinə | Əliyar Əmircanov | Yaqub Ağahüseynov | Hökumə Əmircanova | Zivər Dadanova | Cavahir İbrahimova | İsmət Əmircanova | Şövkət Əmircanova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rüstəm | Belma | Fuad | Məhəmməd | Valiyə | Ziyad Ebüzziya | Məryəm | Emil Qurr | Rəşid | Murad | Zemfira | Fərid | Tofiq Ağahüseynov | Rəhim Ağahüseynov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tülin | Talha | Alev Ebuzziya-Siesbye | Sevil Axundova | Elmira Ağahüseynova | Leyla Ağahüseynova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər[HTML redaktə]
-
1860–cı ildə tərtib olunmuş Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı, Əmircanovların adları olan hissə.
-
Hacı bəy Əmircanov (?–?).
-
Əbdüləli bəy Əmircanov (1874–1948).
-
Haşım bəy Əmircanov (1879–1918)
-
Səltənət xanım (1884–1974).
-
Əliyar Əmircanov (1897–+1945).
-
Fuad Əmircan (1910–1995).
-
Mehmet (Məhəmməd) Əmircan (1912–1979).
-
Alevin uşaqlıq şəkli, qardaşı Talha, atası və anası.
-
Əmircanovların ailəvi qəbiri, – Fəriköy məzarlığı, İstanbul, Türfkiyə.
-
Tofiq Ağahüseynov (1923–2021).
-
Fərid Əliyar oğlu Əmircanov (1935–1986).
-
Elmira Tofiq qızı Ağahüseynova (solda) və Leyla Rəhim qızı Ağahüseynova. Şəkli Ə.Tahirzadə çəkib, 29 may 2014-cü il.
-
Sevil Murad qızı Axundova.
Nəsil şəcərəsinnin mənbələri[HTML redaktə]
- Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Əbdüləli bəy Şirəli bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 455–463. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 may 2021.
- Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Əliyar bəy Hacı bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 464-472. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 18 may 2021.
- Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Haşım bəy Şirəli bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 473–476. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.
- Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Möhsün bəy Süleyman bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 477–482. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 22 aprel 2021.
- Əhməd D. Əmircan ailəsi – İstiqlal uğrunda bir əsr (azərb.) // Teleqraf.com : sayt. — 22 Aprel 2019. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 19 Feb 2020 - 12 Apr 2021.
- Alev Ebüzziya Siesbye : [arx. 18 Sep 2013 - 8 Jan 2022] : [tur.] // [istanbulkadinmuzesi.org İstanbul Kadın Müzes]. — 2016. — 13 Şubat. — Müraciət tarixi: 17.01.2022.
- Исмаилов Э.Э. Азербайджанцы в конвое российских императоров. — Библиотека «Старого Цейхгауза». — Москва: Фонд «Русские Витязи», 2018. — Səh.: 223 – 224.
- Samet Ağaoğlu ile bir çocukluk arkadaşını ziyaret (türk.). https://mahmuttolon.wordpress.com/. Mahmut Tolon. Arxivləşdirilib (1 iyul 2021).
- Məzarı tapılmayan azərbaycanlı azadlıq fədailəri və repressiya qurbanları // Şəki Ensiklopediyası. — Müraciət tarixi: 17.01.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ş
- Şəxslər (familiya sırası ilə)
- 1843-cü ildə doğulanlar
- 27 martda doğulanlar
- Martda doğulanlar
- 1822-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- III dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- III dərəcəli Müqəddəs Stanislav ordeninin kavalerləri
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə