"Hikmət Əbdülhəlimov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 27: | Sətir 27: | ||
|Sayt = | |Sayt = | ||
}} | }} | ||
− | '''Hikmət Əbdülhəlimov''' (''Əbdülhəlimov Hikmət Əhməd oğlu''; {{d.}} 17 iyul 1939, Nuxa, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Rabitəçi Veteranlar Şurası İctimai Birliyinin sədr müavini (2014-cü ildən). Sabiq dövlət məmuru, Şəki Şəhər Komsomol Komitəsinin birinci katibibi və bir sıra məsul partiya və dövlət vəzifələrində işləyib. 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Son 33 ildə 243 min nüsxə tirajla nəşr edilmiş 19 kitabın, o cümlədən “Şəkinin gülüş çələngi” (Bakı, 1987/1988), “Saa quzu kəsərəm” (Bakı, 1992), “Şəki lətifələri” (Bakı, 1994), "Şəki gülməçələri "(Bakı, 1998) folklor toplularının, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun buraxdığı Azərbaycan folkloru antologiyası IV kitab, Şəki folkloru I cildinin müəlliflərindən biri, Azərbaycan folkloru antologiyası, VI kitab, Şəki folkloru II cildinin, Azərbaycan folkloru antologiyası, XVIII kitab, Şəki folkloru, III cildinin, Şəki folklor örnəkləri, I cildinin toplayıcısı və tərtibçisidir. " Türk Dünyası" ( Türkiyə) jurnalında," 525 -ci qəzet", “Ədəbiyyat”, “Naxçıvan”, “Zarafat” və s. qəzetlərdə Şəki folkloruna dair materialları dərc edilib, respublika radiosunun “Xeyrə qənşər” xalq yaradıcılığı proqramında çıxışları olub. 40-dan artıq elmi və elmi puplisistik məqalələrin müəllifidir. | + | '''Hikmət Əbdülhəlimov''' (''Əbdülhəlimov Hikmət Əhməd oğlu''; {{d.}} 17 iyul 1939, Nuxa, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Rabitəçi Veteranlar Şurası İctimai Birliyinin sədr müavini (2014-cü ildən). |
+ | |||
+ | Sabiq dövlət məmuru, Şəki Şəhər Komsomol Komitəsinin birinci katibibi və bir sıra məsul partiya və dövlət vəzifələrində işləyib. | ||
+ | |||
+ | 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Son 33 ildə 243 min nüsxə tirajla nəşr edilmiş 19 kitabın, o cümlədən “Şəkinin gülüş çələngi” (Bakı, 1987/1988), “Saa quzu kəsərəm” (Bakı, 1992), “Şəki lətifələri” (Bakı, 1994), "Şəki gülməçələri "(Bakı, 1998) folklor toplularının, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun buraxdığı Azərbaycan folkloru antologiyası IV kitab, Şəki folkloru I cildinin müəlliflərindən biri, Azərbaycan folkloru antologiyası, VI kitab, Şəki folkloru II cildinin, Azərbaycan folkloru antologiyası, XVIII kitab, Şəki folkloru, III cildinin, Şəki folklor örnəkləri, I cildinin toplayıcısı və tərtibçisidir. " Türk Dünyası" ( Türkiyə) jurnalında," 525 -ci qəzet", “Ədəbiyyat”, “Naxçıvan”, “Zarafat” və s. qəzetlərdə Şəki folkloruna dair materialları dərc edilib, respublika radiosunun “Xeyrə qənşər” xalq yaradıcılığı proqramında çıxışları olub. 40-dan artıq elmi və elmi puplisistik məqalələrin müəllifidir. | ||
==Qısa tərcümeyi-halı== | ==Qısa tərcümeyi-halı== |
18:24, 12 aprel 2020 versiyası
Hikmət Əbdülhəlimov | |
---|---|
Hikmət Əbdülhəlimov | |
Anadan olub | 17 iyul 1939 |
Anadan olduğu yer | SSRİ, Azərbaycan SSR, Nuxa |
Həyat yoldaşı | Hüsniyə Qafarova |
Uşaqları | İlqar, Gülnarə |
Atası | Əhməd Abduləlimov |
Anası | Firuzə Abduləlimova |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Peşəsi | dövlət qulluqçuçu |
Milliyyəti | azərbaycanlı |
İxtisası | politoloq |
Təhsili | Ali Partiya Məktəbi |
Mükafatları |
Hikmət Əbdülhəlimov (Əbdülhəlimov Hikmət Əhməd oğlu; d. 17 iyul 1939, Nuxa, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Rabitəçi Veteranlar Şurası İctimai Birliyinin sədr müavini (2014-cü ildən).
Sabiq dövlət məmuru, Şəki Şəhər Komsomol Komitəsinin birinci katibibi və bir sıra məsul partiya və dövlət vəzifələrində işləyib.
2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Son 33 ildə 243 min nüsxə tirajla nəşr edilmiş 19 kitabın, o cümlədən “Şəkinin gülüş çələngi” (Bakı, 1987/1988), “Saa quzu kəsərəm” (Bakı, 1992), “Şəki lətifələri” (Bakı, 1994), "Şəki gülməçələri "(Bakı, 1998) folklor toplularının, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun buraxdığı Azərbaycan folkloru antologiyası IV kitab, Şəki folkloru I cildinin müəlliflərindən biri, Azərbaycan folkloru antologiyası, VI kitab, Şəki folkloru II cildinin, Azərbaycan folkloru antologiyası, XVIII kitab, Şəki folkloru, III cildinin, Şəki folklor örnəkləri, I cildinin toplayıcısı və tərtibçisidir. " Türk Dünyası" ( Türkiyə) jurnalında," 525 -ci qəzet", “Ədəbiyyat”, “Naxçıvan”, “Zarafat” və s. qəzetlərdə Şəki folkloruna dair materialları dərc edilib, respublika radiosunun “Xeyrə qənşər” xalq yaradıcılığı proqramında çıxışları olub. 40-dan artıq elmi və elmi puplisistik məqalələrin müəllifidir.
Qısa tərcümeyi-halı
1939-cu il iyulun 17-də Nuxada anadan olub.
1956-cı ildə 3 saylı Nuxa baramaaçan və ipəkburan fabrikində fəhləliklə əmək fəaliyyətinə başlamışdır.
1958 – 1961-ci illərdə hərbi xidmət borcunu yerinə yetirib.
1962 – 1965-ci illərdə Şəki İpək Kombinatı Komsomol Komitəsinin katibi vəzifəsində işləyib.
1965 – 1969-cu illərdə Bakı Ali Partiya Məktəbində ali siyasi təhsil alıb; məktəbi fərqlənmə diplomu ilə bitirib.
1969-cu ildə Ali Partiya Məktəbini bitirdikdən sonra bir sıra məsul partiya və dövlət vəzifələrində – Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi, Şəki Şəhər Partiya Komitəsinin təbliğat və təşviqat, təşkilat şöbələrinin müdiri, Şəki Şəhər Mədəniyyət şöbəsinin müdiri, Şəki Şəhər İcra hakimiyyətinin ümumi şöbə müdiri, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin kadrlar şöbəsinin rəisi, həmin Birliyinin baş direktorunun müşaviri vəzifələrində çalışıb.
2014-cü ildən Azərbaycan Respublikası Rabitəçi Veteranlar Şurası İctimai Birliyinin sədr müavinidir.
Təltiflər
- "Şöhrət" ordeni
- “Qırmızı Əmək bayrağı” ordeni;
- “Şərəf nişanı” ordeni;
- “Rəşadətli əməyə görə” medalı.
Mukafatlar
- 2003-cü ildə “Azərbaycan folkloru antologiyası” çoxcildliyinin VI kitabına görə Azərbaycan Yazıçılar Birliyinin “Yaddaş” mükafatına layiq görülüb..
İstifadə edilmiş əsas mənbələr
- Ələşrəf Məmmədov, Fikrət Xalıqov. Şəki (alim və ziyalılar), Bakı 2002. Səh. 108-109.