"Nurəddin Həbibullahzadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 31: | Sətir 31: | ||
|Commons = | |Commons = | ||
}} | }} | ||
− | '''Nurəddin Həbibullahzadə''' — sənaye və mülki tikinti sahəsi üzrə tanınmış mühəndis və rəhbər kadr. | + | '''Nurəddin Həbibullahzadə''' (1933–2021) — sənaye və mülki tikinti sahəsi üzrə tanınmış mühəndis və rəhbər kadr. |
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== |
15:26, 7 noyabr 2021 versiyası
Nurəddin Həbibullahzadə (1933–2021) — sənaye və mülki tikinti sahəsi üzrə tanınmış mühəndis və rəhbər kadr.
Haqqında məlumatlar
16 fevral 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1940 – 1950-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,
1950 – 1955-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft Sənayesi İnstitutunda və Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda[1] təhsil alıb.
Əmək fəaliyyəti
1956-cı ildə Nuxa şəhər sovetində Dövlət Tikinti Memarlıq şöbəsində baş nəzarətçi (qoskontrol), eyni zamanda 10 nömrəli məktəbdə rəsmxət müəllimi,
1957 – 1962-ci illərdə Nuxa şəhərinin baş memarı,
1962 – 1966-cı illərdə əvvəl Nuxa şəhər 5 nömrəli tikinti idarəsində prorab, daha sonra isə baş mühəndis,
1968 – 1972-ci illərdə Şəki şəhər məişət xidməti kombinatının direktoru,
1972 – 1973-cü illərdə Şəki şəhər kommunal təsərrüfatı idarəsinin müdiri,
1973 – 1980-ci illərdə 55 nömrəli Şəki şəhər tikinti idarəsinin direktoru,
1980 – 1995-ci illər Şəki şəhər qaz-istismar kontorunun rəisi vəzifəsində çalışıb.
1995-ci ildən əmək təqaüdündədir.
Ailəsi
Ailəlidir, 4 övladı, nəvə və nəticələri var.
Qeydlər
- ↑ 1955-ci ildə oxuduğu fakültə Politexnik İnstitutuna köçürülüb.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |