Elnur İsmayılov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası materialı
Redaktənin izahı yoxdur
Sətir 38: Sətir 38:
|Commons              =
|Commons              =
}}
}}
'''Elnur İsmayılov'''(2001–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
'''Elnur İsmayılov''' (2001–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.


==Haqqında məlumatlar==
==Haqqında məlumatlar==

17:42, 23 fevral 2022 versiyası

Elnur İsmayılov
İsmayılov Elnur Arif oğlu
Elnur İsmayılov
Elnur İsmayılov.
Doğum tarixi 24 fevral 2001(2001-02-24)
Doğum yeri Baş Küngüt, Şəki rayonu, Azərbaycan
Vəfat tarixi 22 oktyabr 2020 (19 yaşında)
Vəfat yeri Cəbrayıl rayonu, Azərbaycan
Dəfn yeri Dovşan düzü qəbiristanlığı, Şəki, Azərbaycan
Vətəndaşlıq Azərbaycan
Atası Arif İsmayılov
Anası Elnarə
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Ordusu
Xidmət illəri 2019–2020
Rütbə sıravi
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Füzulinin azad olunmasına görə" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2021

Elnur İsmayılov (2001–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Haqqında məlumatlar

24 fevral 2001-ci il tarixdə Şəki rayonunun Baş Küngüt kəndində anadan olub.

Təhsili

2007-ci ildən Şəki rayonu Baş Küngüt kənd tam orta məktəbində,

2008 – 2011-cı illərdə Şəki şəhər 19 saylı tam orta məktəbində,

2011 – 2016-cı illərdə Səki şəhər 8 saylı beynəlmiləl tam orta məktəbində təhsil alıb.

Hərbi xidmətdə

2019-cu il aprel ayının 5-də Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə başlayıb. Əvvəlcə Cəlilabaddakı «N» saylı hərbi hissədə, sonra isə Beyləqanda yerləşən «N» saylı hərbi hissədə xidmət keçib. Hərbidə baş atıcı olub. Hərbi rütbəsi sıravi idi.

27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində Füzuli, Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.

Şəhid olması

22 oktyabr 2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən ağır döyüşdə qəhrəmancasına həlak olub. Şəkidəki Dövşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.

Təltif və mükafatları

Ailəsi

Subay idi. Ailədə 2 bacı, 1 qardaş olublar. Atası Arif İsmayılov Birinci Qarabağ müharibəsi qazisidir. Tərtər istiqamətində gedən ağır döyüşlərdə yaralanmışdır və hazırda 2-ci qrup əlildir.

İstinadlar

Ədəbiyyat

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (25 DEKABR 2020). Arxivləşdirilib (15 yanvar 2021).
  3. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 09.12.2021.
  4. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : ELNUR Arif oğlu İsmayılov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.