Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7413 0538 5039 (08/22 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Elnur İsmayılov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Elnur İsmayılov
İsmayılov Elnur Arif oğlu
Elnur İsmayılov
Elnur İsmayılov.
Doğum tarixi 24 fevral 2001(2001-02-24)
Doğum yeri Baş Küngüt, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat tarixi 22 oktyabr 2020 (19 yaşında)
Vəfat yeri Cəbrayıl rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Dovşan düzü qəbiristanlığı, Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Atası Arif İsmayılov
Anası Elnarə
Hərbi fəaliyyəti
Xidmət illəri 2019–2020
Rütbə 1.AzLF-PV.png Əsgər
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Füzulinin azad olunmasına görə" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2021

Elnur İsmayılov (2001–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

24 fevral 2001-ci il tarixdə Şəki rayonunun Baş Küngüt kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

2007-ci ildən Şəki rayonu Baş Küngüt kənd tam orta məktəbində,

2008 – 2011-cı illərdə Şəki şəhər 19 saylı tam orta məktəbində,

2011 – 2016-cı illərdə Səki şəhər 8 saylı beynəlmiləl tam orta məktəbində təhsil alıb.

Hərbi xidmətdə[redaktə | HTML redaktə]

5 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə başlayıb. Əvvəlcə Cəlilabaddakı «N» saylı hərbi hissədə, sonra isə Beyləqanda yerləşən «N» saylı hərbi hissədə xidmət keçib. Hərbidə baş atıcı olub, rütbəsi sıravi idi.

27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində Füzuli, Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.

Şəhid olması[redaktə | HTML redaktə]

22 oktyabr 2020-ci il tarixdə – 19 yaşında, Cəbrayıl istiqamətində gedən ağır döyüşdə qəhrəmancasına həlak olub. Şəkidəki Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Ailəsi[redaktə | HTML redaktə]

Subay idi. Ailədə 2 bacı, 1 qardaş olublar. Atası Arif İsmayılov Birinci Qarabağ müharibəsi qazisidir. Tərtər istiqamətində gedən ağır döyüşlərdə yaralanmışdır və hazırda 2-ci qrup əlildir.

İstinadlar[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (25 DEKABR 2020). Arxivləşdirilib (15 yanvar 2021).
  3. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 09.12.2021.
  4. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : ELNUR Arif oğlu İsmayılov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.

Video-çarxlar[redaktə | HTML redaktə]