"Eldar Dəhnəvi" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 79: | Sətir 79: | ||
| ref = | | ref = | ||
}} | }} | ||
+ | |||
+ | ==Videolar== | ||
+ | <youtube width="300" height="180">Nf49bLqS43M</youtube> | ||
{{Yoxlanılmış məqalə}} | {{Yoxlanılmış məqalə}} | ||
[[az:Eldar Dəhnəvi]] | [[az:Eldar Dəhnəvi]] |
14:36, 17 may 2022 versiyası
Eldar Dəhnəvi | |
---|---|
Dəhnəvi Eldar Musa oğlu Дахнави Эльдар Муса оглы | |
Eldar Dəhnəvi, 2014-cü il. | |
Doğum tarixi | 17 may 1966 |
Doğum yeri | Kiçik Dəhnə, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Rusiya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Kazan Kimya-Texnologiya İnstitutu |
facebook səhifəsi |
Eldar Dəhnəvi — kimya elmləri doktoru, Kazan Dövlət Texnologiya Universitetinin ümumi kimya texnologiyaları kafedrasının professoru, SİBUR Holdinqin (Tomsk, Rusiya Federasiyası) “NOST” riyazi modelləşdirmə və layihələrin texnoloji ekspertizası şöbəsinin rəisi.
Haqqında məlumatlar
17 may 1966-cı il tarixdə Nuxa (indiki Şəki) rayonunun Kiçik Dəhnə kəndində anadan olub.
Təhsili
1988-ci ildə Kazan Kimya-Texnologiya İnstitutunu bitirib və həmin institutun aspiranturasına daxil olub.
2008 – 2010-cu illərdə Tatarıstan Respublikası Hökumətinin qrantı ilə Əmək və Sosial Münasibətlər Akademiyasında (Moskva) “korporativ menecment” ixtisası üzrə MBA proqramı (Master of Business Administration - Biznes Administrasiyası Magistri) çərçivəsində iqtisadiyyat üzrə təhsil alıb.
Elmi fəaliyyəti
1993-cü ildə “Əridicilərin köməyi ilə hidroperoksid kumolun turşu-katalitik parçalanması prosesinin idarə olunması” mövzusunda namizədlik dissertasiyasını,
2011-ci ildə isə “Fenol və asetonun birgə istehsalının optimallaşdırılması, əlavə məhsulların neft hasilatı reagentində kompleks emalı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Əmək fəaliyyəti
2001-ci ildə neft-kimya sahəsində araşdırmalar üçün “EDXİM elmi istehsal mərkəzi” MMC-ni təsis edib. Sonra neft quyularının və yeraltı anbarların hidroizolyasiyasında istifadə edilən “Smola PM-14” texnologiyasını hazırlayıb. Bu qətran Tatarıstanın neft və tikinti şirkətlərinin obyektlərində natura sınaqlarından uğurla keçib.
2003-cü ildə “Speskauçuk” ETİ-nin (Kazan) direktor müavini təyin edilib, institutda tiokol, poliefir və polieuretanların hazırlanmasına rəhbərlik edib, habelə onların əsasında məhsullar istehsal edib.
2005 – 2011-ci illərdə Kazan Texnologiya Universitetinin ümumi kimya texnologiyası kafedrasında pedaqoji fəaliyyətlə məşğul olub. Doktorluq dissertasiyasının müdafiəsindən sonra kafedranın professoru seçilib.
İctimai fəaliyyəti
1988-ci ilin noyabrında həmfikirləri ilə postsovet məkanında ilk azərbaycanlı həmyerlilər cəmiyyətlərindən birini yaratmış və ona sədrlik etmişdir.
Ədəbiyyat
- Bağıyeva M. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası. — Bakı, 2016. — ISBN 978-9952-8299-1-4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 21 oktyabr 2017.
Videolar
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |