"Atrnerseh" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 42: | Sətir 42: | ||
{{Yer xəritəsi~|Gürcüstan|lat_deg=42|lat_min=14|lon_deg=44|lon_min=02|mark =|marksize=6||label_size=100|position=left|label=Eredvi}} | {{Yer xəritəsi~|Gürcüstan|lat_deg=42|lat_min=14|lon_deg=44|lon_min=02|mark =|marksize=6||label_size=100|position=left|label=Eredvi}} | ||
}} | }} | ||
− | 906-cı ildə Abxaz çarı III Konstantin və Kaxeti xorepiskopu<ref name= | + | 906-cı ildə Abxaz çarı III Konstantin və Kaxeti xorepiskopu<ref name=Q1 group=qeyd/> I Kvirike Şəki ərazisinə daxil olaraq Vecini qalasını mühasirəyə aldılar. Vecini qalası Şəkinin Kaxetiya ilə sərhəddəki ilk qalalarından biri hesab olunurdu<ref name=Q2 group=qeyd/> |
Eredvi kəndindəki kilsənin kitabəsində göstərilir ki, 906-cı ilin yayında abxaz çarı III Konstantin | Eredvi kəndindəki kilsənin kitabəsində göstərilir ki, 906-cı ilin yayında abxaz çarı III Konstantin | ||
Sətir 66: | Sətir 66: | ||
===944-cü ildə “şəkililərin hökmdarı Atrnerseh” (adının mənbələrdə son dəfə çəkilməsi)=== | ===944-cü ildə “şəkililərin hökmdarı Atrnerseh” (adının mənbələrdə son dəfə çəkilməsi)=== | ||
− | X əsr ərəb tarıxçisi və coğrafiyaşünas-səyyahı Məsudi isə Şəki vilayətinin Sanariya ilə Qəbələ arasında yerləşdiyini, vilayət əhalisinin xristian olduğunu, lakin vilayətdə ticarət və s. işlərlə məşğul olan müsəlmanların da yaşadığını göstərməklə yanaşı həm də qeyd edir ki, onun kitabının yazıldığı vaxt – 944-cü ildə, şəkililərin hökmdarı Atrnerseh ibn Hamam idi<ref name= | + | X əsr ərəb tarıxçisi və coğrafiyaşünas-səyyahı Məsudi isə Şəki vilayətinin Sanariya ilə Qəbələ arasında yerləşdiyini, vilayət əhalisinin xristian olduğunu, lakin vilayətdə ticarət və s. işlərlə məşğul olan müsəlmanların da yaşadığını göstərməklə yanaşı həm də qeyd edir ki, onun kitabının yazıldığı vaxt – 944-cü ildə, şəkililərin hökmdarı Atrnerseh ibn Hamam idi<ref name=Q3 group=qeyd/>. |
Bununla da tarixi mənbələrin Atrnerseh haqqında 38 illik (906–944) dövrü əhatə edən məlumatları bitir, Məsudidən sonra mənbələrdə Atrnersehin 944-cü ildən sonrakı həyatı və fəaliyyəti barədə heç bir məlumat yoxdur. | Bununla da tarixi mənbələrin Atrnerseh haqqında 38 illik (906–944) dövrü əhatə edən məlumatları bitir, Məsudidən sonra mənbələrdə Atrnersehin 944-cü ildən sonrakı həyatı və fəaliyyəti barədə heç bir məlumat yoxdur. | ||
Sətir 82: | Sətir 82: | ||
Sevadanı” Adarnersehin qardaşı, II Qriqor Hammamın oğlu olduğunu yazırdı (31, s. 203; , III, 19).}}</ref>. | Sevadanı” Adarnersehin qardaşı, II Qriqor Hammamın oğlu olduğunu yazırdı (31, s. 203; , III, 19).}}</ref>. | ||
− | “Albaniya tarixi”ndə Qriqor Hammamın yalnız bir oğlunun – Saak Sevadanın, övlad və nəvə-nəticələrinin adlarının açıqlanmasının səbəbi isə bu ola bilər ki, kitabın son cildi yazılarkən, Saak Sevadanın nəticəsi İoan Senekerim hələ sağ idi{{sfn|Əliyev Ş. H.|2007|p=99}} və hansısa ərazinin<ref name= | + | “Albaniya tarixi”ndə Qriqor Hammamın yalnız bir oğlunun – Saak Sevadanın, övlad və nəvə-nəticələrinin adlarının açıqlanmasının səbəbi isə bu ola bilər ki, kitabın son cildi yazılarkən, Saak Sevadanın nəticəsi İoan Senekerim hələ sağ idi{{sfn|Əliyev Ş. H.|2007|p=99}} və hansısa ərazinin<ref name=Q4 group=qeyd/> hakimi idi. Məhz bu amil “Albaniya tarixi”ndə onun nəsil şəcərəsinə daha çox diqqət yetirilməsinə, özünün isə padşah kimi təqdim edilməsinə səbəb ola bilərdi<ref>{{Harvnb|Moisey Kalankatuklu.|2006|p=336}}{{oq|ru|Sevadanın iki oğlu var idi – Qriqor və Davud. Qriqor dünyaya İşxan adlanan Sevadanı və Adarnersehi gətirdi. İşxan dünyaya dörd oğul gətirdi: Yovhannesi, Qriqoru, Adarnersehi və Filippi. Allah – təala İşxanın böyük oğlu Senekərim adlanan Yovhannesi seçib onu çarlığa layiq gördü. Allah – təalanın buyruğu ilə Senekərimin vasitəsilə çoxdan yox olmuş çarlığı bərpa etdirdi. İran şahı onu təmtəraqlı və qiymətli hədiyyələrlə təltif etdi və ona öz atasının tacını və atını göndərdi. Elə həmin il Davud adlı Yunan magistir (A.Y.Krımski “Davud adlı Yunan magistri”ni gürcü mənbəsi “Kartlis tsxovreba”ya görə 966-cı ildə vəfat etmiş David Magistros ilə eyniləşdirir və buna sasən Senekərimin 960-965-ci illər arasında “çoxdan yox olmuş çarlığı” bərpa etdiyini müəyyənləşdirir, – {{Harvnb|Əliyev Ş. H.|2007|p=93}} ) və allahsevər ərə gözəl tac və çar əbasını göndərib, ona hörmət göstərdi və katolikos onun çarlığına öz razılığını verdi.}}</ref>. |
===Həmçinin, bax:=== | ===Həmçinin, bax:=== | ||
Sətir 91: | Sətir 91: | ||
|group=qeyd | |group=qeyd | ||
|refs= | |refs= | ||
− | <ref name= | + | <ref name=Q1>''Xorepiskop''— sanar hakimlərinin titulu. İlk dövrlərdə Sanariya xorepiskopları dini hakimiyyətlə yanaşı, dünyəvi hakimiyyəti də əllərinə almış, bundan sonra sanarlara rəhbərlik edərək Kaxetiyanın birləşdirilməsinə və erkənfeodal gürcü dövlətinin – Kaxeti knyazlığının yaranmasına nail olmuşlar. Nəticədə bu dövlətin başında duran knyazlar ənənəvi qaydada xorepiskop titulu qəbul edirdilər. Xorepiskop titulu artıq teokratik funksiyasını itirmiş, feodal dövlətinin dünyəvi başçısının tituluna çevrilmişdir. {{Harvnb|Картлис Цховреба|2008|p=167, qeyd 33}}</ref> |
− | <ref name= | + | <ref name=Q2>{{Harvnb|Мусхелишвили Д. Л.|1982|p=37|loc={{oq|ru|C запада Шеки, как мы уже знаем, граничил с Санарией, т. е. Кахетским княжеством. Приблизительную линию границы в IХ – первой половине Х века можно представить по данным грузинских историков: в Алазанской долине она проходила немного западнее сел. Веджини и Гавази (Ахалсопели); на Иорском плато − немного восточное Гареджийского монастря и сел. Бодбе. С востока Шаки граничил с маленьким царством Кабалой. Так как местоположение Кабалы, древный столицы Алвании, известно (около сел. Чухур_Кабала Куткашенского р-на Аз. ССР), то приблизительно можно считат, что граница между Кабалой и Шаки проходила где-то в зоне р. Алджиган-чая (Гюрджа-даг? – хребет и гора)... На севере границей служил, конечно, Кавказский хребет, причем, нет сомнения, что и юго-западный район Дагестана входил в состав этого царства. Что касается южной границы, то, учитывая сведения Иcтахри (933 г.) и Худуд ал-алама (983 г.), можно было бы предположить, что она проходила по Куре.}}}}</ref> |
− | <ref name= | + | <ref name=Q3>Məsudidən azərbaycan dilinə edilən bir tərcümədə: Azər ibn Nəbih ibn Məhacir, — {{Harvnb|Vəlixanlı N. M.|1974|p=61}}</ref> |
+ | <ref name=Q4>İbn Havqəl X əsrin ortaları üçün öz kitabında həm Əbu Əbdülməlik adı ilə tanınan Şəki hökmdarı Asxasın adını və həm də ətraf vilayətlərin Sanxarib adlı 3 hakiminin adını çəkir. Bunlardan birincisi Rab ərazisini idarə edən ibn Suvar adı ilə tanınan Sanxarib, ikincisi Xacin hakimi Sanxarib. 941-957-cü illər arasında Şəki hakimi Salarilər dövlətinə bac olaraq ildə 1 milyon dirhəm, Rab ərazisini idarə edən Sanxarib 300 min dirhəm və əlavə hədiyyələr, Xacın hakimi isə 100 min dirhəm və əlavə olaraq 50 min dirhəm dəyərində atlar və hədyyələr verirdi (səh.:105). Bunlar – Şəki hakimi Asxas və 2 Sanxarib eyni dövrdə yaşamışlar. 3-cü Sanxarib isə Sanariya hakimi kimi təqdim olunur (səh.: 99) {{Harvnb|Караулова П. А.|1903|p=99,105}} və bunun hakimiyyətdə olduğu dövr İbn Havqəlin kitabının yazıldığı illərə – X əsrin 70-ci illərinə, gedib çıxa bilər. Buna görə də Rub ərazilərinin hakimi Sanxaribi Sanariya çarı Sanxariblə eyniləşdirmək mümkündür. Aqafangel Krımski də İbn Həvqəldəki Rab ərazisini Sanariya ilə, Rab ərazisini idarə edən Sanxaribi, Sanariya çarı kimi təqdim edilən İbn Suvar Sanxarib ilə və “Albaniya tarixi”ndəki Sevadanın oğlu Sənəkərim ilə eyniləşdirir {{Harvnb|Əliyev Ş. H.|2007|p=94}}. Çatışmayan yalnız bir şey qalır, o da Sənəkərim adlı çarın Sanariyada hakimiyyətdə olmasını təsdiqləyən digər mənbələrdir.</ref> | ||
}} | }} | ||
13:34, 8 sentyabr 2022 versiyası
Atrnerseh | |||||
---|---|---|---|---|---|
Atrnerseh Qriqor Hammam oğlu | |||||
Şəki-Kaxeti sərhəddi IX – X əsrlərdə — Atrnersehin hakimiyyətdə olduğu dövrdə (gürcü mənbələrinə əsasən və müasir xəritə üzərində). | |||||
|
|||||
Sələfi | Qriqor Hammam | ||||
Xələfi | İşxan Əbu Əbdülmalik | ||||
Sülalə | Mehranilər | ||||
Atası | Qriqor Hammam | ||||
Həyat yoldaşı | Dinar | ||||
Uşağı | İşxan Əbu Əbdülmalik |
Atrnerseh, yaxud Adarnerse (?–+944) — Şəki hökmdarı və Albaniya çarı. Mənbələrdə adı ilk dəfə 906-cı, sonuncu dəfə isə 944-cü ildə baş vermiş hadisələrlə bağlı olaraq çəkilib. Albaniya çarı Qriqor Hammamın oğlu, Girdman knyazı Sahak Sevadanın qardaşı, Tao-Klarceti hakimi, eristavlar-eristavı III Adarnersenin qızı Dinarın əri, özündən sonra Şəki hökmdarı olmuş İşxan Əbu Əbdülmalikin atası idi.
Həyatı və siyasi fəaliyyəti
906/907-ci il tarixli Tatev monastırının mülki haqqında sənəddə adının çəkilməsi
Stepanos Orbelyanın “Sünik vilayətinin tarixi”ndə Atrnersehin Albaniya knyazları Saak və Qriqor Yesaye ilə birlikdə və Albaniya katolikosu II Simeonun (902-923) iştirakı ilə 906/907-ci ildə təsdiq etdiyi Tatev monastırının mülki haqqında sənəddən bəhs edilir[2].
906-cı il hadisələrində “heretilərin çarı", yaxud "patrik Adarnerse”
906-cı ildə Abxaz çarı III Konstantin və Kaxeti xorepiskopu[qeyd 1] I Kvirike Şəki ərazisinə daxil olaraq Vecini qalasını mühasirəyə aldılar. Vecini qalası Şəkinin Kaxetiya ilə sərhəddəki ilk qalalarından biri hesab olunurdu[qeyd 2]
Eredvi kəndindəki kilsənin kitabəsində göstərilir ki, 906-cı ilin yayında abxaz çarı III Konstantin
Heretiyə daxil oldu, heretilərin çarını qaçmağa məcbur etdi, oradan sülhlə geri döndü, Alavedidə ibadət etdi, Bredzada gecələdi, bir daha qalxdı və Vecini qalasını dağıtdı[3]. |
Bu hadisə “Kartli salnaməsi”ndə (“Matiane kartlisay”da) aşağıdakı şəkildə təsvir edilir:
Xorepiskop Kvirike abxaz çarı Kostantini çağırdı; Heretiyə daxil oldular və Vecini qalasını mühasirə etdilər. Abxaz çarı yuxarı tərəfdən, Kvirike isə aşağıdan qalaya doğru hərəkət etdi. Az qalmışdı ki qalanı ələ keçirələr, onda patrik Adarnerse gəldi, cümə günü Cvaridə sülh bağladılar; (Adarnerse) abxaz çarına Arişi və Qavazanini, Kvirikeyə isə Orçobini verdi. Barışıqdan sonra geri döndülər. Abxaz çarı Kostanti Alaverdiyə gedib Müqəddəs Georgiyə dua etdi və onun ikonasını qızıla tutdu[4]. |
Alaverdi monastırı — ХI əsrdə Böyük Kvirike köhnə Müqəddəs Georgi kilsəsinin yerində tikdirmişdir. Hansı ki 906-cı ildə abxaz çarı III Konistantin Şəkidən sülhlə geri döndükdən sonra həmin Müqəddəs Georgi kilsəsində dini ayinləri icra etmiş, sabahı gün Vecini qalasını yola düşüb, Vecini qalasını dağıtdırmışdır.
909-cu il hadisələrində “Albaniya çarı Atrnerseh”
Erməni katolikosu və tarixçisi Ohanes Drasxanakertli müəllifi olduğu “Ermənistan tarixi”ndə Albaniya çarı Atrnersehin adını çəkir; Ovanes Drasxanakertli 909-cu ilin yayında Ermənistandan baş götürüb “Qafqazın şimal-şərqinə” – Albaniya knyazı Saakın (Sevedanın) və Albaniya çarı Atrnersexin yanına qaçmışdır[5].
Xayzan şəhərindəki “çar Adzarnarse”
X əsr ərəb müəllifi İbn Rüstənin əsərində (yazılma tarixi ən geci 930-cu il hesab olunur) göstərilir ki,
(Sərir) hökmdarının qalasının sağından uca dağlar və sıx meşəliklər arasında yol uzanır. Bu yol ilə 12 mərhələyə Xayzan adlı şəhərə yetişmək olar. Bu şəhərdə Adzarnarse adlanan çar var, o, üç dinə sitayiş edir – cümə günü müsəlmanlarla, şənbə günü yəhudilərlə, bazar günü isə xristianlarla ibadət edir. Hər kimsə, kimə çar olmaq nəsib olsa, qərar verir: «Bu dinlərin bütün tərəfdarları başqalarını öz dininə dəvət edir və hər biri hesab edir ki, məhz, o haqq yolundadır, onun sitayiş etmədiyi din isə yalandır; mən isə bütün dinlərə sitayiş edirəm, deməli bütün dinləri doğru hesab edirəm[6]. |
Mənbəni ruscaya tərcümə edən Karaulova Adzarnarseni Məsudidə adı çəkilən Şəki hökmdarı Adernerse olduğunu qeyd edir. IX əsr ərəb coğrafiyaşünası İbn Xordadbeh 846 – 886-cı illər arasında yazdığı “Yollar və ölkələr” əsərində Cənubi Qafqaz ərazisini təsvir edərkən Sanariyadan sonra qərbə doğru ardıcıllıqla əl-Baq, Kisal (Kasak), Абхаз, Qələ'ət əl-Cərdiman, Xayzan və Şəkkinin gəldiyini göstərir[7]. Buradan da aydın olur ki, İbn Rüstədə adı çəkilən Xayzan Şəkidən bir qədər qərbdə yerləşirmiş. Şirinbəy Hacıəli mənbələrdə buna qədər hələ Şəki şəhərinin adının çəkilmədiyini əsas götürərək, Şəkinin ilk paytaxtının Xayzan şəhəri olması ehtimalını irəli sürür və hesab edir ki, Xayzan şəhəri ən azından Şəki dövlətinin yay iqamətgahı hesab edilə bilər[8].
944-cü ildə “şəkililərin hökmdarı Atrnerseh” (adının mənbələrdə son dəfə çəkilməsi)
X əsr ərəb tarıxçisi və coğrafiyaşünas-səyyahı Məsudi isə Şəki vilayətinin Sanariya ilə Qəbələ arasında yerləşdiyini, vilayət əhalisinin xristian olduğunu, lakin vilayətdə ticarət və s. işlərlə məşğul olan müsəlmanların da yaşadığını göstərməklə yanaşı həm də qeyd edir ki, onun kitabının yazıldığı vaxt – 944-cü ildə, şəkililərin hökmdarı Atrnerseh ibn Hamam idi[qeyd 3].
Bununla da tarixi mənbələrin Atrnerseh haqqında 38 illik (906–944) dövrü əhatə edən məlumatları bitir, Məsudidən sonra mənbələrdə Atrnersehin 944-cü ildən sonrakı həyatı və fəaliyyəti barədə heç bir məlumat yoxdur.
Adının “Albaniya tarixi”ndə çəkilməməsi və bunun ehtimal olunan səbəbi
“Albaniya tarixi”nə görə Qriqor Hammamdan sonra hakimiyyətə oğlu Sahaq Sevada gəlmişdir:
Sevada adlanan Sahaq igid və bacarıqlı olduğu üçün Girdıman və Parisos vilayətlərini özünə tabe etdi və quldurları ram edərək Coraygetin ağası oldu. O, maarifin tərəfdarı idi və öz evində müəllim saxlayırdı. Erməni çarı Smbat dəfələrlə onunla döyüşürdü, lakin onu özünə tabe edə bilmədi[9]. |
Yuxarıda 906/907-ci il tarixli Tatev monastırının mülki haqqında sənəddə və 909-cu il hadisələrində Sahak Sevedanın adının çəkilməsi, ikincidə “Albaniyanın böyük knyazı” kimi təqdim edilməsi barədə məlumat verildi. Onun həqiqətən, Girdimana hakim olması, Coraygeti tutması, erməni çarı ilə mübarizə etməsi erməni mənbələri tərəfindən də təsdiqlənir. Bununla yanaşı, erməni mənbələrində Saak barədə daha dəqiq və daha ətraflı məlumatlar var. Məsələn, Ovanes Drasxanakertli Saakın erməni çarı II Aşotun (914—928/929) qayınatası və müttəfiqi olduğunu göstərir. Bununla yanaşı Ovanes Drasxanakertli məlumat verir ki, Saakın Coraygetdəki (Ağstafaçay ətrafı) qalaları tutması, bu mahalı öz knyazlığının ərazisinə qatması kürəkəninin xoşuna gəlməmiş, qayınatasının üzərinə qoşun yeritmiş, sonda təslim olan Saakın və Saakın oğlu Qriqorun gözlərini çıxartdırmışdır[10].
“Albaniya tarixi”ndə Qriqor Hammamın 5 oğlunun olması göstərilsə də, onlardan yalnız 3-nün adı çəkilir; böyük oğlu Əbu Əlinin digər oğlu Smbat tərəfindən öldürülməsi qeyd edildikdən sonra, yalnız bir oğlunun – Saak Sevadanın övladlarının, nəvə-nəticələrinin adları açıqlanır, Atrnersex və 5-ci oğlu barədə isə heç nə deyilmir, nəinki, onların övladları barədə. Buna diqqət yetirməyən bəzi tədqiqatçılar, çox vaxt Şəki hakimi Atrnersexi və onun oğlu İşxan Əbu Əbdülmaliki müvafiq olaraq, “Albaniya tarixi”ndə adları çəkilən Saak Sevedanın nəvələri Atrnersex və Seveda İşxanla eyniləşdirməyə cəhd edirlər, bəzən isə Moisey Kalankatuklunun “qeyri-dəqiqliyə” yol verməkdə günahlandırmağa çalışırlar[11].
“Albaniya tarixi”ndə Qriqor Hammamın yalnız bir oğlunun – Saak Sevadanın, övlad və nəvə-nəticələrinin adlarının açıqlanmasının səbəbi isə bu ola bilər ki, kitabın son cildi yazılarkən, Saak Sevadanın nəticəsi İoan Senekerim hələ sağ idi[12] və hansısa ərazinin[qeyd 4] hakimi idi. Məhz bu amil “Albaniya tarixi”ndə onun nəsil şəcərəsinə daha çox diqqət yetirilməsinə, özünün isə padşah kimi təqdim edilməsinə səbəb ola bilərdi[13].
Həmçinin, bax:
Qeydlər
- ↑ Xorepiskop— sanar hakimlərinin titulu. İlk dövrlərdə Sanariya xorepiskopları dini hakimiyyətlə yanaşı, dünyəvi hakimiyyəti də əllərinə almış, bundan sonra sanarlara rəhbərlik edərək Kaxetiyanın birləşdirilməsinə və erkənfeodal gürcü dövlətinin – Kaxeti knyazlığının yaranmasına nail olmuşlar. Nəticədə bu dövlətin başında duran knyazlar ənənəvi qaydada xorepiskop titulu qəbul edirdilər. Xorepiskop titulu artıq teokratik funksiyasını itirmiş, feodal dövlətinin dünyəvi başçısının tituluna çevrilmişdir. (Картлис Цховреба, 2008, s. 167, qeyd 33)
- ↑ (Мусхелишвили Д. Л., 1982, Orijinal mətn (rus.)
C запада Шеки, как мы уже знаем, граничил с Санарией, т. е. Кахетским княжеством. Приблизительную линию границы в IХ – первой половине Х века можно представить по данным грузинских историков: в Алазанской долине она проходила немного западнее сел. Веджини и Гавази (Ахалсопели); на Иорском плато − немного восточное Гареджийского монастря и сел. Бодбе. С востока Шаки граничил с маленьким царством Кабалой. Так как местоположение Кабалы, древный столицы Алвании, известно (около сел. Чухур_Кабала Куткашенского р-на Аз. ССР), то приблизительно можно считат, что граница между Кабалой и Шаки проходила где-то в зоне р. Алджиган-чая (Гюрджа-даг? – хребет и гора)... На севере границей служил, конечно, Кавказский хребет, причем, нет сомнения, что и юго-западный район Дагестана входил в состав этого царства. Что касается южной границы, то, учитывая сведения Иcтахри (933 г.) и Худуд ал-алама (983 г.), можно было бы предположить, что она проходила по Куре.
- ↑ Məsudidən azərbaycan dilinə edilən bir tərcümədə: Azər ibn Nəbih ibn Məhacir, — (Vəlixanlı N. M., 1974, s. 61)
- ↑ İbn Havqəl X əsrin ortaları üçün öz kitabında həm Əbu Əbdülməlik adı ilə tanınan Şəki hökmdarı Asxasın adını və həm də ətraf vilayətlərin Sanxarib adlı 3 hakiminin adını çəkir. Bunlardan birincisi Rab ərazisini idarə edən ibn Suvar adı ilə tanınan Sanxarib, ikincisi Xacin hakimi Sanxarib. 941-957-cü illər arasında Şəki hakimi Salarilər dövlətinə bac olaraq ildə 1 milyon dirhəm, Rab ərazisini idarə edən Sanxarib 300 min dirhəm və əlavə hədiyyələr, Xacın hakimi isə 100 min dirhəm və əlavə olaraq 50 min dirhəm dəyərində atlar və hədyyələr verirdi (səh.:105). Bunlar – Şəki hakimi Asxas və 2 Sanxarib eyni dövrdə yaşamışlar. 3-cü Sanxarib isə Sanariya hakimi kimi təqdim olunur (səh.: 99) (Караулова П. А., 1903, s. 99,105) və bunun hakimiyyətdə olduğu dövr İbn Havqəlin kitabının yazıldığı illərə – X əsrin 70-ci illərinə, gedib çıxa bilər. Buna görə də Rub ərazilərinin hakimi Sanxaribi Sanariya çarı Sanxariblə eyniləşdirmək mümkündür. Aqafangel Krımski də İbn Həvqəldəki Rab ərazisini Sanariya ilə, Rab ərazisini idarə edən Sanxaribi, Sanariya çarı kimi təqdim edilən İbn Suvar Sanxarib ilə və “Albaniya tarixi”ndəki Sevadanın oğlu Sənəkərim ilə eyniləşdirir (Əliyev Ş. H., 2007, s. 94). Çatışmayan yalnız bir şey qalır, o da Sənəkərim adlı çarın Sanariyada hakimiyyətdə olmasını təsdiqləyən digər mənbələrdir.
İstinadlar
- ↑ Мусхелишвили Д. Л., 1982, p. 41.
- ↑ Moisey Kalankatuklu., 2006, p. 378.
- ↑ Гунба М. М., 2012.
- ↑ Картлис Цховреба, 2008, p. 144.
- ↑ (Иованнес Драсханакертци., 1986)Orijinal mətn (rus.)
И так как злые набежники коварных поработителей продолжали наводнять нашу страну, поэтому я, повелением господа скитаясь из города в город, прибыл в край Восточный – Алванк к великому ишхану Сааку и к царю их Атрнерсеху, что на северо-востоке Кавказа, ибо и они из нашего народа и паства пажити нашей.
- ↑ (Ибн Рустэ., 1903)Orijinal mətn (rus.)
По правую сторону крепости тянется дорога из этой крепости между высокими горами и многочисленными лесами. Путь по этой дороге в 12 остановок до города по имени Хайзан (a: Cod.: «Хайдан». Cf. Beladh: 204 ann., a; Istakhri 186 ann., Ibn-Khord. 125 seq.). В этом городе есть царь называемый Адзарнарсе (b: Konstant. 1.1. 199, 209, 218, Andranase Mas'oudi II, 68 таким именем (адернерсе) называет царя страны «Шакин» (Шекки)), исповедующий три религии: в пятницу он молится с мусульманами, в субботу с евреями, а в воскресенье с христианами. Всякий, кому придется быть царем, решает: «Все последователи этих религий призывают к своей вере, и каждый считает, что истина в руках его, а вне его религии ложь; а я исповедую все религии, так что и постигаю истину всех религий».
- ↑ Ибн Хордадбех., 1986, p. 165.
- ↑ Əliyev Ş. H., 2007, p. 165.
- ↑ Moisey Kalankatuklu., 2006, p. 336.
- ↑ Иованнес Драсханакертци, ГЛАВА LI, 1986, p. 336.
- ↑ (Əliyev Ş. H., 2007, s. 85, 90)Orijinal mətn (rus.)
Bəzi müasir tədqiqatçılar bu məlumatlara, habelə Məsudinin “şekinlər şahı Adarnerse ibn Hammam” haqqında məlumatına istinad edərək Adarnersehin I Qriqor Hammamın oğlu və varisi hesab etmişlər. Əslində isə A.Y.Krımskinin qeyd etdiyi (109, s. 376) və yuxarıda göstərdiyimiz kimi, Adarnerseh II Qriqor Hammamın oğlu, Sahaqın nəvəsi, I Qriqor Hammamın nəticəsi idi... M.Kalankatuklu isə öz konsepsiyasında qeyri-dəqiqliyə yol verərək “İşxan adlanan Sevadanı” Adarnersehin qardaşı, II Qriqor Hammamın oğlu olduğunu yazırdı (31, s. 203; , III, 19).
- ↑ Əliyev Ş. H., 2007, p. 99.
- ↑ (Moisey Kalankatuklu., 2006, s. 336)Orijinal mətn (rus.)
Sevadanın iki oğlu var idi – Qriqor və Davud. Qriqor dünyaya İşxan adlanan Sevadanı və Adarnersehi gətirdi. İşxan dünyaya dörd oğul gətirdi: Yovhannesi, Qriqoru, Adarnersehi və Filippi. Allah – təala İşxanın böyük oğlu Senekərim adlanan Yovhannesi seçib onu çarlığa layiq gördü. Allah – təalanın buyruğu ilə Senekərimin vasitəsilə çoxdan yox olmuş çarlığı bərpa etdirdi. İran şahı onu təmtəraqlı və qiymətli hədiyyələrlə təltif etdi və ona öz atasının tacını və atını göndərdi. Elə həmin il Davud adlı Yunan magistir (A.Y.Krımski “Davud adlı Yunan magistri”ni gürcü mənbəsi “Kartlis tsxovreba”ya görə 966-cı ildə vəfat etmiş David Magistros ilə eyniləşdirir və buna sasən Senekərimin 960-965-ci illər arasında “çoxdan yox olmuş çarlığı” bərpa etdiyini müəyyənləşdirir, – (Əliyev Ş. H., 2007, s. 93) ) və allahsevər ərə gözəl tac və çar əbasını göndərib, ona hörmət göstərdi və katolikos onun çarlığına öz razılığını verdi.
Ədəbiyyat
- Мусхелишвили Д. Л. Из исторической географии восточной Грузии (Шаки и Гогорена). — Тбилиси: Мацниереба, 1982.
- Moisey Kalankatuklu. Albaniya tarixi. — Bakı: Avrasiya - Press, 2006. — 10.000 nüsx. — ISBN 978-9952-421-52-1.
- Гунба М. М. Ередвская надпись - О походе царя абхазов Константина в Эрети (rus.). — М.: Аква-Абаза, 2012.
- Картлис Цховреба / Главный редактор академик Роин Метревели. — Тбилиси: Артануджи, 2008.
- Иованнес Драсханакертци. История Армении. — Ереван, 1986.
Иованнес Драсханакертци. ГЛАВА LI // История Армении. — Ереван, 1986. - Ибн Рустэ. Сведения арабских писателей о Кавказе, Армении и Адербейджане: V. Ибн Рустэ // Книга драгоценных камней = Китaб-ал-а'лaк-ан-нефuса / пер. Н. А. Караулова. — Сборник материалов для описания местностей и племен Кавказа. — Тифлис, 1903. — Т. 32.
- Ибн Хордадбех. Книга путей и стран. = Китаб ал-масалик ва-л-мамалик / пер. Н. М. Велихановой. — М., 1986.
- Əliyev Ş. H. Şimal-Qərbi Azərbaycan: ingiloylar (I kitab: Ən qədim zamanlardan XIII əsrin ortalarınadək). — Bakı: Təhsil, 2007. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |