Məhəmməd Zahid: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 36: | Sətir 36: | ||
}} | }} | ||
'''Məhəmməd Zahid''' (1897–1980) — islam alimi, yazıçı, din xadimi, vaiz, nəqşibəndiyyə şeyxi və Fateh İsgəndərpaşa məscidinin (İstanbul, Türkiyə) imamı. Məhəmməd Zahidin imam olduğu məscidin icma üzvləri arasında Türkiyənin bir sıra görkəmli dövlət xadimləri, o cümlədən Turqut Özal, Nəcməddin Ərbakan və başqa görkəmli şəxslər də olub. | '''Məhəmməd Zahid''' (1897–1980) — tanınmış islam alimi, yazıçı, din xadimi, vaiz, nəqşibəndiyyə şeyxi və Fateh İsgəndərpaşa məscidinin (İstanbul, Türkiyə) imamı. Məhəmməd Zahidin imam olduğu məscidin icma üzvləri arasında Türkiyənin bir sıra görkəmli dövlət xadimləri, o cümlədən Turqut Özal, Nəcməddin Ərbakan və başqa görkəmli şəxslər də olub. | ||
== Haqqında məlumatlar == | == Haqqında məlumatlar == |
19:49, 12 noyabr 2022 versiyası
Məhəmməd Zahid | |
---|---|
türk.: Kotku Mehmed Zahid | |
Məhəmməd Zahid. | |
Doğum tarixi | 1897 |
Doğum yeri | Bursa, Osmanlı dövləti |
Vəfat tarixi | 13 noyabr 1980 (83 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Vətəndaşlıq | Türkiyə |
Məhəmməd Zahid (1897–1980) — tanınmış islam alimi, yazıçı, din xadimi, vaiz, nəqşibəndiyyə şeyxi və Fateh İsgəndərpaşa məscidinin (İstanbul, Türkiyə) imamı. Məhəmməd Zahidin imam olduğu məscidin icma üzvləri arasında Türkiyənin bir sıra görkəmli dövlət xadimləri, o cümlədən Turqut Özal, Nəcməddin Ərbakan və başqa görkəmli şəxslər də olub.
Haqqında məlumatlar
1897-ci ildə Bursada anadan olub.
Təhsili
Bursada ibtidai və orta təhsil alıb.
Hərbi xidmətdə
Birinci Dünya müharibəsi dövründə – 1915-ci ildə, on səkkiz yaşı olarkən, Osmanlı ordusuna çağırılıb və Suriya cəbhəsinə göndərilib. Osmanlı ordusu Suriyadan çıxdıqdan sonra İstanbula qayıtsa da, 1919-cu ilin iyul ayından hərbi qərargahda katib olaraq hərbi xidmətini davam etdirib. Xatirələrdəki qeydlərdən aydın olur ki, o, 1922-ci ilin martınadək həmin vəzifədə çalışıb.
Dini fəaliyyəti
1920-ci ildə − hələ İstanbulda hərbi xidmətdə olarkən, İstanbulun Cağaloğlu məhəlləsində Fatma Sultan məscidinin yanındakı Gümüşxanəvi təkyəyə getmiş, əvvəl Şeyx Dağıstanlı Ömər Ziyaəddin əfəndidən dini dərs almağa başlamış, sonra isə Mustafa Feyzi əfəndinin şagirdi olmuşdur. İyirmi yeddi yaşında xilafət almışdır. Bu illərdə Bəyazit, Fateh və Ayasofya məscidlərində və bir çox mədrəsələrdə dini dərslərə qatılmaqla hafizliyini tamamlamış, həmçinin, Mustafa Feyzi Əfəndinin istəyi ilə müxtəlif şəhər və kəndlərdə dini xidmətlər icra etmişdir.
1925-ci ildə Türkiyədə təkyələrin fəaliyyətinin qadağan edilməsindən sonra Bursaya geri dönmüş, atasının imam olduğu İzvat kəndində yaşamağa başlamışdır. Atasının vəfatından sonra 1946-cı ilə qədər İzvat kənd məscidinin imamı olmuş, 1946-cı ildə Üftadə məscidinə, 1952-ci ilin dekabr ayında Zeyrekdəki Ümmu Gülsüm Məscidinə, 1958-ci ildə isə Fateh İsgəndərpaşa Məscidinə imam təyin edilmişdir və ömrünün sonunadək sonuncu məscidin imamı olmuşdur.
1979-cu ilin əvvəlində Hicaza getmiş, lakin 1980-cı ilin fevralında ağır xəstə vəziyyətdə İstanbula geri dönmüşdür. Əməliyyat olunduqdan sonra növbəti həcc mövsümündə təkrarən həccə gedib-qayıtmışdır.
Vəfatı
13 noyabr 1980-ci il tarixdə – 83 yaşında, İstanbulda vəfat edib. Cənazə namazı 14 noyabr tarixdə Süleymaniyə Məscidində qılındıqdan sonra nəşi Qanuni Sultan Süleyman Türbəsi məzarlığında dəfn edilmişdir.
Ailəsi
Valideynləri 1880-cı ildə Nuxadan Anadoluya köçərək Bursada məskunlaşmışdılar.
Atası: İbrahim əfəndi – Nuxadan Bursaya köçərkən 16 yaşı vardı, müxtəlif məscidlərdə imamlıq etmiş, 1929-cu ildə Bursa düzənliyindəki İzvat kəndində vəfat etmişdir.
Anası: Sabirə – 1900-cu ildə, Məhəmməd Zahid 3 yaşında olarkən vəfat edib.
Böyük qardaşı: Əhməd Şakir əfəndi – Birinci Dünya müharibəsi dövründə Osmanlı ordusuna çağırılmış, Qüds və Çanaqqala cəbhələrində vuruşmuş, cəbhədə xəstələnərək, 28 yaşında şəhid olmuşdur.
Ədəbiyyat
- Mahmud Esad Coşan (2002). "Kotku, Mehmet Zahit". islamansiklopedisi.org.tr (Türkçe). İslâm Ansiklopedisi. 28 Jun 2019 tarixində arxivləşdirilib.
- Ramin Sadıqov (13.09. 2013). "Məhməd Zahid Qutqu (1897-1980)". shrem.io.ua (azərb.). "Şəki bələdiyysi" qəzeti. 28 Jun 2015 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış din xadimləri
- 1897-ci ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 13 noyabrda vəfat edənlər
- Noyabrda vəfat edənlər
- 1980-ci ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə