"Emin Sabitoğlu" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 173: | Sətir 173: | ||
* [https://www.youtube.com/watch?v=y8oM0KiFouw Emin Sabitoğlunun doğum günüdür] | * [https://www.youtube.com/watch?v=y8oM0KiFouw Emin Sabitoğlunun doğum günüdür] | ||
* [https://www.youtube.com/watch?v=KvVSlqXZ46g "Nəğməli könül" tamaşası] | * [https://www.youtube.com/watch?v=KvVSlqXZ46g "Nəğməli könül" tamaşası] | ||
− | + | [[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış musiqiçilər]] | |
− | [[Kateqoriya: | ||
− | [[Kateqoriya: | ||
− | |||
− | |||
− | |||
− | |||
− |
20:54, 18 may 2020 versiyası
Emin Sabitoğlu | |
---|---|
Emin Sabit oğlu Mahmudov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2.11.1937 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 18.11.2000 |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Peşəsi | bəstəkar |
Atası | Sabit Rəhman |
|
|
Mükafatları |
|
Emin Sabitoğlu (doğum adı: Emin Sabit oğlu Mahmudov; ) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti, bir çox məşhur mahnıların müəllifi, çoxsaylı Azərbaycan filmləri musiqilərinin bəstəkarı.
Həyatı
Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı Sabit Rəhmanın ailəsində anadan olub[1]. Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib (1956-1961).
Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakı şəhərində vəfat edib.
Yazıçı Sabit Rəhmanın və İsmət xanım İrəvanskinin oğludur. Musiqişünas Ceyran Mahmudovanın atasıdır. Müğənni Xədicə Abbasovanın həyat yoldaşıdır.
Fəaliyyəti
1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər,Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib.Bəstəkar 1 simfoniya, 3 simfonik poema, 3 kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.
O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Şükriyyə", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Payız gəldi", "Aman ayrılıq" mahnıları çoxsaylı əsərlərindən bəziləridir.Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.Bəstəkar 2000-ci ildə vəfat etməsinə baxmayaraq,hələ də əsərləri ilə yaddaşlarda qalıb.
Mükafatları
- Lenin komsomolu mükafatı — 1968
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1979
- Azərbaycan SSR dövlət mükafatı — 1986
- "Şöhrət" ordeni — 1997
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 28 oktyabr 2000
- Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatı — 2001
Xatirəsi
5 avqust 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[2].
Filmoqrafiya
Səs operatoru kimi
- Dağlarda zavod (film, 1962) (qısametrajlı sənədli film)
Musiqi tərtibatçısı kimi
- 150 il. Mirzə Fətəli Axundov (film, 1962) (qısametrajlı sənədli film)
- Möhtəşəm tikintinin adamları (film, 1962) (qısametrajlı sənədli film)
- Paltar fabriki (film, 1962) (qısametrajlı sənədli film)
- Sənin tərcümeyi-halın (film, 1963) (qısametrajlı sənədli film)
- Sabahın xeyir, Bakı! (film, 1964) (qısametrajlı sənədli film)
- Böyük bostan (film, 1965) (qısametrajlı sənədli film)
- Camışçılıq (film, 1966) (qısametrajlı sənədli film)
- Cəlil Məmmədquluzadə (film, 1966) (qısametrajlı sənədli film)
Bəstəkar kimi
- Azərbaycanın subtropiklərində (film, 1963) (qısametrajlı sənədli film)
- Kür (film, 1963) (qısametrajlı sənədli film)
- Yollar və küçələrlə (film, 1963) (qısametrajlı sənədli film)
- Dağ meşəsindən keçərkən... (film, 1964) (qısametrajlı bədii film)
- Dəniz (film, 1965) (qısametrajlı sənədli film)
- Dostluq məşəli (film, 1965) (qısametrajlı sənədli film)
- Azəri teatrının ustaları (film, 1966) (tammetrajlı sənədli film)
- Dostların ölkəsində (film, 1966) (qısametrajlı sənədli film)
- O geri çəkilməlidir (film, 1966) (qısametrajlı sənədli film)
- Salam, Azərbaycan! (film, 1966) (qısametrajlı sənədli film)
- Səməd Vurğun (film, 1966) (qısametrajlı sənədli film)
- Azərbaycan çayı (film, 1967) (qısametrajlı sənədli film)
- Hünər əbədidir (film, 1967) (qısametrajlı sənədli film)
- Poçt qutusu (film, 1967) (qısametrajlı bədii film)
- Sahil bağı (film, 1967) (qısametrajlı bədii film)
- Bizim Cəbiş müəllim (film, 1969) (tammetrajlı bədii film)
- Çiçək yağışı (film, 1971) (qısametrajlı sənədli film)
- Gün keçdi (film, 1971) (tammetrajlı bədii film)
- Baladadaşın ilk məhəbbəti (film, 1974) (qısametrajlı bədii film)
- Qeyri-adi ov (film, 1974) (qısametrajlı sənədli film)
- Dədə Qorqud (film, 1975) (tammetrajlı bədii film)
- Dörd bazar günü (film, 1975) (tammetrajlı bədii film)
- Ad günü (film, 1977) (tammetrajlı bədii film)
- Bayquş gələndə... (film, 1978) (tammetrajlı bədii film)
- Dantenin yubileyi (film, 1978) (tammetrajlı bədii film)
- Od içində (film, 1978) (tammetrajlı bədii film)
- Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film)
- İstintaq (film, 1979) (tammetrajlı bədii film)
- Onun bəlalı sevgisi (film, 1980) (tammetrajlı bədii film)
- Bağlı qapı (film, 1981) (tammetrajlı bədii film)
- Evləri köndələn yar (film, 1982) (televiziya tamaşası)
- Park (film, 1984) (tammetrajlı bədii film)
- Bəyin oğurlanması (film, 1985) (tammetrajlı bədii film)
- Qanlı zəmi (film, 1985) (tammetrajlı bədii film)
- Özgə ömür (film, 1987) (tammetrajlı bədii film)
- Yaramaz (film, 1988) (tammetrajlı bədii film)
- Gülüş sanatoriyası (film, 1989) (televiziya tamaşası)
- Ölsəm... bağışla (film, 1989) (tammetrajlı bədii film)
- Balıqların harayı (film, 1990) (qısametrajlı sənədli film)
- Qətldən yeddi gün sonra (film, 1991) (tammetrajlı bədii film)
- Mənim çörəkli dünyam (film, 1991) (qısametrajlı sənədli film)
- Təhminə (film, 1993) (tammetrajlı bədii film)
- Həm ziyarət, həm ticarət... (film, 1995) (tammetrajlı bədii film)
- Otel otağı (film, 1998) (tammetrajlı bədii film)
Əsərlərindən istifadə olunan filmlər
- Oxuyur Şövkət Ələkbərova (film, 1970) (qısametrajlı sənədli televiziya film-konserti)
- Payız melodiyaları (film, 1974) (tammetrajlı sənədli televiziya film-konserti)
- Azərbaycan elləri (film, 1976) (qısametrajlı sənədli televiziya film-konserti)
- De ki, məni sevirsən! (film, 1977) (tammetrajlı bədii film)
- Nəğməkar torpaq (film, 1981) (tammetrajlı musiqili film)
- Salam, Zeynəb! (film, 1982) (qısametrajlı sənədli film)
- Dairə (film, 1989) (qısametrajlı bədii film)
- Qayıdış (film, 1992) (qısametrajlı sənədli film)
- Qafqaz (film, 2007) (tammetrajlı bədii film)
- Evləri göydələn yar (film, 2010) (tammetrajlı bədii film)
- Dmitrov küçəsi 86 (film, 2015) (qısametrajlı bədii film)
- Qonşu qadın (film, 2015) (qısametrajlı bədii film)
İştirak etdiyi filmlər
- Aktrisanın təbəssümü (film, 1974) (tammetrajlı bədii-sənədli film)
- Salam, Zeynəb! (film, 1982) (qısametrajlı sənədli film)
Aktyor kimi
- Dantenin yubileyi (film, 1978) (tammetrajlı bədii film)
- Özgə ömür (film, 1987) (tammetrajlı bədii film)
- Təhminə (film, 1993) (tammetrajlı bədii film)
Haqqında çəkilən film
- Gün keçdi (film, 2012) (qısametrajlı sənədli film)
İstinadlar
- ↑ Kayzen.az – Böyük musiqiçilər: Emin Sabitoğlu -kinonun ruhunu duyan bəstəkar
- ↑ president.az (05.08.2017). ""Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında" [[Azərbaycan Respublikası Prezidenti]]nin [[5 avqust]] [[2017-ci il]] tarixli, 3143 nömrəli [[Sərəncam]]ı" (azərb.). e-qanun.az. İstifadə tarixi: 2018-09-30.
Mənbə
- “Bu dənizin gözü yaşlı sənsiz...” //Xalq.- 2002.- 26 noyabr.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.
Xarici keçidlər
- İlhamə Quliyeva - Çiçək yağışı - sözləri: Vaqif Səmədoğlu
- Mirzə Babayev - Düşüsən yadıma yağanda yağışlar - Vaqif Səmədoğlu
- Yalçın Rzazadə - "Gün keçdi" filmindən bayatılar - sözləri: xalq bayatıları
- Mirzə Babayev - Kəpənək sözləri: Bəxtiyar Vahabzadə
- Zeynəb Xanlarova - Əsir payız küləyi (Köçür durna qatarı) - sözləri: Bəxtiyar Vahabzadə
- Zeynəb Xanlarova - Necəsən? - sözləri: Rüfət Əhmədzadə
- Zeynəb Xanlarova - Gözəldir - sözləri: İbrahim Kəbirli
- Zeynəb Xanlarova - Gözümdə Leylisən - sözləri: Rüfət Əhmədzadə
- Flora Kərimova - Belə ola həmişə - sözləri: Əliağa Kürçaylı
- Flora Kərimova - "Bağışla" ("Onun bəlalı sevgisi" filmindən - sözləri: Ramiz Rövşən
- Akif İslamzadə - Alagözlüm (Neyləyim?) - sözləri: Nigar Rəfibəyli
- Hüseyn Bakılı - Payız gəldi - sözləri: Fikrət Qoca
- Rafiq Babayev - Əlvida - sözləri: Anar
- Anatollu Qəniyev - Balıqçılar mahnısı - sözləri: Rəfiq Zəka
- Hüseynağa Hadıyev - Bu gecə - sözləri: Zeynal Xəlil
- Hüseynağa Hadıyev - Nə gözəldir Azərbaycan - sözləri: İbrahim Kəbirli
- Hüseynağa Hadıyev - Sən olmuşam - sözləri: Gəray Fəzli
- Elmira Rəhimova - Mavidir - sözləri: Nəbi Xəzri
- Şövkət Ələkbərova - Dərələr - sözləri: Nəbi Xəzri
- Şövkət Ələkbərova - Ağ çiçək - sözləri: Nəbi Xəzri
- Gülağa Məmmədov - Bizim Lənkəran - sözləri:
- Azər Zeynalov - Şükriyyə - sözləri: Əhməd Cavad
- "Dədə Qorqud" filmindən Qıpçaq Məliyin evində rəqs
- "Musiqi xəzinəsi" verilişi. Eldar Mansurov, Vaqif Səmədoğlu və bəstəkarın qızı Ceyran Mahmudova Emin Sabitoğlunun yaradıcılığı haqqda danışırlar: I hissə, II hissə, III hissə
- Emin Sabitoğlunun doğum günüdür
- "Nəğməli könül" tamaşası