Sabir Məmmədov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası materialı
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
[[Kateqoriya:S]]{{Alim  
[[Kateqoriya:S]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]]{{Alim  
  |Adı                  = Sabir Məmmədov
  |Adı                  = Sabir Məmmədov
  |Piktoqram            = hüquq
  |Piktoqram            = hüquq
Sətir 41: Sətir 41:
*[https://web.archive.org/web/20190629064614/https://sites.google.com/a/sheki.org/belediyye/meqaleler/19082015-1mshb  ''Murad Nəbibəyov'' "Şəki Bələdiyyəsi" qəzeti/Anasının arzusu ilə professor olan həmyerlimiz (müsahibə)].
*[https://web.archive.org/web/20190629064614/https://sites.google.com/a/sheki.org/belediyye/meqaleler/19082015-1mshb  ''Murad Nəbibəyov'' "Şəki Bələdiyyəsi" qəzeti/Anasının arzusu ilə professor olan həmyerlimiz (müsahibə)].
*[https://www.famous-scientists.ru/7841/ Энциклопедия "Известные ученые"/Мамедов Сабир Ниязович].
*[https://www.famous-scientists.ru/7841/ Энциклопедия "Известные ученые"/Мамедов Сабир Ниязович].
{{Yaxşı məqalə}}
{{Yaxşı məqalə}}
[[Kateqoriya:Azərbaycanlı alimlər]]
[[Kateqoriya:Şəkidə doğulanlar]]

00:50, 19 may 2020 versiyası

Sabir Məmmədov
Sabir Niyaz oğlu Məmmədov
  • (rus.: Сабир Ниязович Мамедов )
Sabir Məmmədov
Sabir Məmmədov
Doğum tarixi 6 dekabr 1968 (1968-12-06) (56 yaş)
Doğum yeri SSRİ
Azərbaycan SSR, Nuxa
Vətəndaşlıq SSRİ Rusiya
İş yeri Vladimir Dövlət Universiteti Hüquq İnstitutunun «Dövlət hüquqları və gömrük işləri» (rus.: «Государственного права и управления таможенным делом») kafedrasının müdiri.
Elmi dərəcəsi Hüquq elmləri namizədi (2007)
Təhsili Vladimir Politexnik institutu (1990-1994); Vladimir Dövlət Universitetinin hüquq fakültəsi (1998 -2001); Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyası, Dövlət və bələdiyyə idarəçiliyi ixtisası (2010-2013)

Sabir Məmmədov — azərbaycanlı Rusiya alimi, hüquq elmləri namizədi, Vladimir Dövlət Universiteti Hüquq İnstitutunun «Dövlət hüquqları və gömrük işləri» (rus.: «Государственного права и управления таможенным делом») kafedrasının müdiri.

Həyat və fəaliyyəti

1968-ci ildə Nuxa şəhərində, fəhlə ailəsində anadan olub. 1976-cı ildə Şəki şəhər 19 saylı orta məktəbin birinci sinfinə gedib. Ailəsi kasıb yaşadığından, məktəb illərində bacardığı bir işdən yapışıb pul qazanmağa çalışıb ki, ailəsinə kömək etsin. Yay aylarında çayçı yanında da işləyib. Bununla belə, məktəbdən yayınmayıb, hələ üstəlik, bir çox dərnəklərə də gedib, müxtəlif idman növləri ilə də məşğul olub. Ən çox radio-texnika dərnəyini xoşlayıb. Radiotexnika mühəndisi olmaq istəyirdi.

1986-cı ildə orta təhsilini başa vurur. Sənədlərini Politexnik İnstitutunun radio-mexanika fakültəsinə versə də qəbul oluna bilmir. Bundan sonra sənədlərini Bakı Energetika Texnikumuna təqdim edir, bu dəfə imtahanlardan müvəffəqiyyətlə keçir, texnikuma qəbul olunur. Lakin elə həmin il hərbi xidmətə çağırılır və iki il Sakit Okean Hərbi Dəniz Donanmasında qulluq edir. 1988-ci ildə hərbi xidmətdən geri döndükdən sonra Bakı Energetika Texnikumunda təhsilini davam etdirmir, əvəzində Rusiyanın Vladimir şəhərinə gedir, Politexnik institutun hazırlıq kursuna daxil olur. 1990-cı ildə Vladimir Politexnik İnstitutuna qəbul olunur. Bu institutdan sonra 1998 – 2002-ci illərdə Vladimir Dövlət Universitetində (hüquq fakültəsi) ikinci ali təhsil alır. 2007-ci ildə Moskva şəhərində elmlər namizədi dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. 2010-2013-cü illərdə isə üzrə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyasında (Dövlət və bələdiyyə idarəçiliyi ixtisası) üçüncü ali təhsil alır.

Səkkiz monoqrafiyanın və bir çox məqalələrin müəllifi, yaxud həmmüəllifidir.

Rusiya Təbii Elmlər Akademiyasının (rus.: «Российской Академии Естествознания») müxbir üzvü və professorudur. Beynəlxalq Təbii Elmlər Akademiyasının, Rusiya Kriminoloji Assosiasiyasının, Rusiya Hüquqşünaslar Assosiasiyasının və Rusiya Azad-İqtisadi Cəmiyyətinin üzvüdür.

İstifadə edilmiş mənbələr

Şablon:Yaxşı məqalə