Sabir Məmmədov
Sabir Məmmədov | |
---|---|
Məmmədov Sabir Niyaz oğlu (rus.: Мамедов Сабир Ниязович) | |
Sabir Məmmədov, 2015-ci il. | |
Doğum tarixi | 6 dekabr 1968 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Rusiya |
İş yeri | Vladimir Dövlət Universiteti Hüquq İnstitutunun Dövlət hüquqları və gömrük işləri (rus.: «Государственного права и управления таможенным делом») kafedrasının müdiri. |
Elmi dərəcəsi | hüquq elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili |
• Vladimir Politexnik İnstitutu (1990–1994); • Vladimir Dövlət Universiteti, hüquq fakültəsi (1998–2001) • Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyası, dövlət və bələdiyyə idarəçiliyi ixtisası (2010–2013) |
Sabir Məmmədov — hüquq elmləri namizədi, dosent, Vladimir Dövlət Universiteti Hüquq İnstitutunun (Rusiya Federasiyası) dövlət hüquqları və gömrük işləri (rus.: «Государственного права и управления таможенным делом») kafedrasının müdiri.
Haqqında məlumatlar
6 dekabr 1968-ci il tarixdə Şəkidə, fəhlə ailəsində anadan olub.
Təhsili
1976 – 1986-cı illərdə Şəki şəhər 19 №-li orta məktəbində təhsil alıb.
1976-cı ildə Bakı Energetika Texnikumuna qəbul olunsa da hərbi xidmətdən sonra orada təhsilini davam etdirməyib.
1989-cu ildə Vladimir Politexnik institutun hazırlıq kursuna daxil olub.
1990 – 1994-cü illərdə Vladimir Politexnik institutunda,
1998 – 2002-ci illərdə Vladimir Dövlət Universitetinin hüquq fakültəsində,
2010 – 2013-cü illərdə isə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyasında, dövlət və bələdiyyə idarəçiliyi ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti
Vladimir Dövlət Universiteti Hüquq İnstitutunun Dövlət hüquqları və gömrük işləri (rus.: «Государственного права и управления таможенным делом») kafedrasının müdiridir.
Elmi fəaliyyəti
2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.
Səkkiz monoqrafiyanın və bir çox məqalələrin müəllifi, yaxud həmmüəllifidir.
Elmi – ictimai aktivliyi
Rusiya Təbii Elmlər Akademiyasının (rus.: «Российской Академии Естествознания») müxbir üzvü və professorudur.
Beynəlxalq Təbii Elmlər Akademiyasının, Rusiya Kriminoloji Assosiasiyasının,
Rusiya Hüquqşünaslar Assosiasiyasının və Rusiya Azad-İqtisadi Cəmiyyətinin üzvüdür.
Ədəbiyyat
- Sadıq Fətəliyev (19 Ağu 2015). "Anasının arzusu ilə professor olan həmyerlimiz (müsahibə)". https://sites.google.com/site/sekibelediyyesi/ (azərb.). “Şəki bələdiyyəsi” qəzeti. 3 Nov 2020 tarixində arxivləşdirilib.
- "Каталог/М/Мамедов Сабир Ниязович". https://www.famous-scientists.ru (русский). Энциклопедия «Известные ученые». 22 Nov 2010 – 10 Aug 2020 tarixində arxivləşdirilib.
- Кафедра "Государственное право и управление таможенной деятельностью" : [arx. 24 Mar 2016 - 25 Feb 2021] : [rus.] // Владимирский государственный университет им. А.Г. и Н.Г. Столетовых. — Müraciət tarixi: 06.12.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |