"Kazım Məmmədov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 6: Sətir 6:
 
  |Şəkil            = Kazım_Məmmədov3.jpeg
 
  |Şəkil            = Kazım_Məmmədov3.jpeg
 
  |Şəklin ölçüsü    =  
 
  |Şəklin ölçüsü    =  
  |Şəklin izahı    = Kazım Məmmədov, 2010-cu il.
+
  |Şəklin izahı    = Kazım Məmmədov, 2023-il.
 
  |Digər adı        =  
 
  |Digər adı        =  
 
  |Doğum tarixi    = {{Doğum tarixi və yaşı|1951|4|15}}
 
  |Doğum tarixi    = {{Doğum tarixi və yaşı|1951|4|15}}

20:41, 16 aprel 2023 versiyası

Kazım Məmmədov
Məmmədov Kazım Adışirin oğlu
Kazım Məmmədov
Kazım Məmmədov, 2023-cü il.
Anadan olub 15 aprel 1951 (1951-04-15) (73 yaş)
Anadan olduğu yer Nuxa (indki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşağı Ramil Məmmədov
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, inşaat fakültəsi (–1973)

Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu (–1991)
Mükafatları "Şərəf Nişanı" ordeni
facebook səhifəsi

Kazım Məmmədov — Şəki şəhərinin sabiq meri; 1989 – 1993-cü illərdə Şəki Şəhər Xalq Deputatları Sovetinin sədri, 1991 – 1995-ci illərdə Şəki Şəhər Sovetinin sədri vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” bəyannaməynə və həmin bəyannaməyə müvafiq olaraq Azərbaycan Respublikasının Ali Sovetinin 1991-ci il oktyabrın 18-də qəbul etdiyi Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına müsbət səs verənlərdən biri olmuşdur.

Haqqında məlumatlar

15 aprel 1951-ci il tarixdə Nuxada (indki Şəki) anadan olub.

Təhsili

1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirib.

1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.

Əmək fəaliyyəti

1973-cü ildən Şəkidəki 8 nömrəli təmir-tikinti sahəsində mühəndis,

1979-cu ildən isə həmin sahənin rəisi,

1980 – 1987-ci illərdə əhaliyə məişət xidməti istehsalat idarəsinin rəisi,

1987-ci ildən Şəki Şəhər Soveti sədrinin müavini,

1989 – 1993-cü illərdə isə Şəki Şəhər Xalq Deputatları Sovetinin sədri,

1991 – 1995-ci illərdə Şəki Şəhər Sovetinin sədri vəzifəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti

1982-ci ildən Sov.İKP-nin üzvü,

1989-cu ildən Azərbaycan KP Şəki Şəhər Partiya Komitəsinin büro üzvü olub.

1990-cı ildə Azərbaycan Kommunist Partiyasılnın XXXII qurultayına nümayəndə seçilib.

1990-cı ildə 131 nömrəli Şəki şəhər üçüncü seçki dairəsindən Azərbaycan SSR xalq deputatı seçilib.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Kazım Adışirin oğlu MƏMMƏDOV // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 22 sentyabr 1990. — № 25 – 26 (1959–1960). — Səh. 2.

Şablon:Yaxşı məqalə