Məmməd Çələbiyev: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası materialı
Səhifəni '{{Yazıçı |Adı = Məmməd Çələbiyev |Orijinal adı = Çələbiyev Məmməd Musa oğlu |Şəkil = |Şəklin ölçüsü = |Ş...' ilə yarat
 
Redaktənin izahı yoxdur
Sətir 34: Sətir 34:
  |Vikianbar        =  
  |Vikianbar        =  
}}
}}
Məmməd Çələbiyev (''Çələbiyev Məmməd Musa oğlu''; {{d}} 1 aprel 1923-cü il, [[Nuxa]], [[Nuxa qəzası]], Azərbaycan SSR, ZSFSR – {{ö.}} 3 avqust 1987-ci il, [[Şəki]], Azərbaycan SSR, SSRİ)  
Məmməd Çələbiyev (''Çələbiyev Məmməd Musa oğlu''; {{d.}} 1 aprel 1923-cü il, [[Nuxa]], [[Nuxa qəzası]], Azərbaycan SSR, ZSFSR – {{ö.}} 3 avqust 1987-ci il, [[Şəki]], Azərbaycan SSR, SSRİ)  


==Haqqında məlumatlar==
==Haqqında məlumatlar==

03:26, 29 may 2020 versiyası

Məmməd Çələbiyev
Çələbiyev Məmməd Musa oğlu
Təxəllüsü Şəkili
Doğum tarixi 1 aprel 1923(1923-04-01)
Doğum yeri İnçə, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR
Vəfatı 3 avqust 1987 (64 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan SSR, SSRİ

Məmməd Çələbiyev (Çələbiyev Məmməd Musa oğlu; d.  1 aprel 1923-cü il, Nuxa, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR – ö.  3 avqust 1987-ci il, Şəki, Azərbaycan SSR, SSRİ)

Haqqında məlumatlar

1923 - ilin aprel ayında Şəkinin İnçə kəndində anadan olub .Məmməd Çələbiyev 1930 -cu ildə İnçə kəndindəki məktəbə daxil olmuş,1937 -ci ildə məktəbi bitirib Şəki Pedaqoji texnikumuna daxil olmuş və sinif müəllimi ixtisasına yiyələnmişdir. 1940 -cı ilin 8 martından Aşağı Şabalıd, 1940 -cı ilin sentyabrından 1941-ci ilin 22 dekabrına qədər İnçə-Zunut kənd 7 illik məktəbində müdir və sinif müəllimi işləmişdir.1941-ci ilin 22 dekabrında Sovet ordusu sıralarına çağrılmışdır.Stalino.Makivka.Cənubi Ukrayna cəbhələrində vuruşmuş.ağır yaralanaraq 1942-ildə cəbhədən geri qayıtmışdır. 1943-cü ilin yanvar ayından 1961 -ci ilin oktyabr ayına qədər rayonun bir sıra məktəblərində müəllim.müdir müavini və director vəzifəsində işləmişdir.1952-1956 -cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunda qiyabi oxumuş və Azərbaycan dili və ədəbiyyatı sənətinə yiyələnmişdir.1977 və 1986-cı ildə Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdindəki ixtisas artırma kursunda oxumuşdur.1949-cu ilin 20 oktyabrından "Bilik" cəmiyyətinin üzvü.fəal təbliğatçısı olmuşdur.1965-ci ildən Azərbaycan SSRİ-nin Muxbirlər İttifaqının üzvü idi.1961-ci ilin oktyabrından1972-ci ilin noyabrına qədər"Şəki fəhləsi qəzetində şöbə müdiri və məsul katib vəzifəsində işləmişdir. 1972 ci ildən1974 -ci ilə qədər Şəki Pedaqoji texnikumunda Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir.1956- ci ildən yaradıcılıqla məşğul olmuşdur.Əsərləri Azərbaycan jurnallarında və digər respublika və rayon qəzetlərində çap olunub.1965-ci il Azərbaycan jurnalı "Qızlar bəzək sevir"povestini çap etmişdir.Məmməd Çələbiyevin sadə insanların həyatından bəhs edən dram əsərləri Şəki Dövlət Dram teatrında səhnələşdirilmiş və böyük uğurla qarşılanmışdır. Yazarın dörd kitabı "Bir yay günü", "Zoğal ağacları". "Haronnaya gəlin gəlir", "Təmkin" əsərləri nəşr olunmuşdu. Cəfakeş bir insan olan Məmməd Çələbiye1971-ci ilnoyabrından ömrünün axırına kimi -1987 ci ilin avqust ayının 3 qədər musiqi texnikumunda müəllim işləmişdir.Onun əsərləri bu günə kimi öz aktuallığını itirmir və bu gündə böyük maraqla oxunur. Allah ona rəhmət eləsin.

İstifadə edilmiş mənbə

Məmmədov Ə., Xalıqov F. Çələbiyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı. — 2 cilddə. — Səh.: 101.