Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...

"Məmməd Çələbiyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 40: Sətir 40:
  
==Haqqında məlumatlar==
 
==Haqqında məlumatlar==
 
1923-cü ildə Nuxa qəzasının İnçə kəndində anadan olub.  
 
1923-cü ildə Nuxa qəzasının İnçə kəndində anadan olub.  
  
Sətir 64: Sətir 63:
  
===Yaradıcılığı===
 
===Yaradıcılığı===
 
1956-ci ildən ədəbi yaradıcılığa başlayıb. Hekayələri respublika qəzet və jurnallarında, Şəkidə çıxan qəzetlərdə çap olunub. “Qızlar bəzək sevir” povesti “Azərbaycan” jurnalında (1965, №5-6) dərc olunub. “Təmkin” povesti həm “Azərbaycan” jurnalında (1971, №3) və həm də ayrıca kitab kimi "Yazıçı" nəşriyyatında (1983) çap olunub. Qələmə aldığı dram əsərlərindən üçü Şəki Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulub: “Hökm” (1981), “Fədai” (1983), Yaşıl işıq (1985).  
 
04:59, 29 may 2020 versiyası

Məmməd Çələbiyev
Çələbiyev Məmməd Musa oğlu
Məmməd Çələbiyev
Məmməd Çələbiyev, 1970
Təxəllüsü Şəkili
Doğum tarixi 1 aprel 1923(1923-04-01)
Doğum yeri İnçə, Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR
Vəfatı 3 avqust 1987 (64 yaşında)
Vəfat yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili
  • Nuxa Pedaqoji Texnikumu (1937 – 1940);
  • Azərbaycan Dövlət Pedaqoji İnstitutu, azərbaycan dili və ədəbiyyatı fakültəsi (1952 – 1956)

Məmməd Çələbiyev (Çələbiyev Məmməd Musa oğlu; d.  1 aprel 1923-cü il, Nuxa, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR – ö.  3 avqust 1987-ci il, Şəki, Azərbaycan SSR, SSRİ) - azərbaycanlı yazıçı və dramaturq, 4 bədii kitabın müəllifidir, qələmə aldığı dram əsərləri Şəki Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuşdur.

Haqqında məlumatlar

1923-cü ildə Nuxa qəzasının İnçə kəndində anadan olub.

1930 – 1937-ci illərdə İnçə kənd məktəbində,

1937 – 1940-cı illərdə Nuxa Pedaqoji Texnikumunda təhsil alıb.

1940-cı ilin 8 martından Nuxa rayonunun Aşağı Şabalıd kənd məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb.

1941-ci ilin 22 dekabrında Sovet Ordusu sıralarına çağırılıb.

Stalino, Mateyevka, Cənubi Ukrayna cəbhələrində vuruşub, 1942-ci ildə ağır yaralanıb və ordudan tərxis olunub.

1943 – 1961-ci illərdə İnçə-Zunud 7 illik kənd məktəbində müəllim, direktor müavini və direktor işləyib.

1952 – 1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun azərbaycan dili və ədəbiyyatı fakültəsində qiyabi təhsil alıb.

1961 – 1972-ci illərdə “Şəki fəhləsi” qəzetinin redaksiyasında şöbə müdiri və məsul redaktor,

1972 – 1974 -ci illərdə Şəki Pedaqoji Texnikumunda dil və ədəbiyyat müəllimi işləyib.

1971-ci ilin noyabrından ömrünün sonuna – 1987 ci ilin avqust ayının 3-ə qədər, Şəki Musiqi Texnikumunda müəllim işləyib.

Yaradıcılığı

1956-ci ildən ədəbi yaradıcılığa başlayıb. Hekayələri respublika qəzet və jurnallarında, Şəkidə çıxan qəzetlərdə çap olunub. “Qızlar bəzək sevir” povesti “Azərbaycan” jurnalında (1965, №5-6) dərc olunub. “Təmkin” povesti həm “Azərbaycan” jurnalında (1971, №3) və həm də ayrıca kitab kimi "Yazıçı" nəşriyyatında (1983) çap olunub. Qələmə aldığı dram əsərlərindən üçü Şəki Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulub: “Hökm” (1981), “Fədai” (1983), Yaşıl işıq (1985).

Kitabları

  • Təmkin – “Yazıçı” nəşriyyatı, 1983;
  • Bir yay günü – “Yazıçı” nəşriyyatı, 1987;
  • Zoğal ağacları – “Mütərcim” nəşriyyatı, 1998;
  • Haronnaya gəlin gəlir – “Mütərcim” nəşriyyatı, 1998.

İstifadə edilmiş mənbə

Şablon:Yaxşı məqalə