MediaWiki:Vahanvəng: Redaktələr arasındakı fərq
39924 dəyişikliyi Aydinsalis (Müzakirə) tərəfindən geri qaytarıldı. Teq: Geri qaytarma |
Redaktənin izahı yoxdur |
||
Sətir 83: | Sətir 83: | ||
{{Yoxlanılmış məqalə}} | {{Yoxlanılmış məqalə}} | ||
[[az:Vahanvəng]][[ckb:ڤاھاناڤانک]][[de:Wahanawank]][[el:Βαχαναβάνκ]][[en:Vahanavank]][[eo:Monaĥejo Vahanavank]][[es:Vahanavank]][[fa:واهاناوانک]][[fr:Vahanavank]][[hy:Վահանավանք (Սյունիքի մարզ)]][[ka:ვაჰანავანქი]][[pt:Mosteiro de Vahanavank]][[ru:Ваганаванк]][[sr:Ваханаванк (манастир)]][[uk:Монастир Ваганаванк]] |
08:52, 26 may 2023 versiyası
GY | |||||
Vahanvəng Վահանվանք | |||||
Vahanvəng monastrı | |||||
Ölkə | Ermənistan | ||||
Yerləşdiyi yer | Qafan | ||||
Məzhəb | Erməni Həvari kilsəsi | ||||
Banisi | Vahan, Sünik knyazı Dzaqikin kiçik oğlu | ||||
Təməlinin qoyulması tarixi |
911 | ||||
Tikinti | 911—1086 | ||||
Xronologiya: 911-ci il — Kompleksin inşa edilməsi
1086-cı il — Monastırın cənub girişində əlavə dəhliz və Müqəddəs Məryəm kilsəsini tikilib | |||||
| |||||
39°21′04″N 46°19′55″E / 39.35111°N 46.33194°E |
Vahanvəng (erm.: Վահանվանք) — Ermənistanın Sünik mərzində, Qafan şəhərindən 7 km qərbdə yerləşən monastır. Sünik çarlarının və knyazlarının dəfn olunduğu yerdir.
Tarixi
Vahanvəng monastırını 911-ci ildə Sünik knyazı Dzaqikin kiçik oğlu Vahan tikdirib[1]. Sünik knyazlığının dini mərkəzi olmuşdur. Kompleksin köhnə binası — Müqəddəs Qriqori kilsəsi, günbəzlidir və burada bir neçə qədim kitabə var. Bundan sonra knyaz Vahan monastırın qərb hissəsində əlavə bir tağlı dəhliz (foye) və portik də tikdirmişdir. Portik cənub istiqamətindən şimal istiqamətinə doğru – eyvanadək uzanır. 1086-cı ildə çariça II Şahanduxt (1116-cı ildə ölüb) və onun bacısı Kata monastırın cənub girişində əlavə dəhliz və Müqəddəs Məryəm kilsəsini tikdiriblər[1]. Monastır ərazisindəki xaçkarlar, kitabələr, qəbirlər və digər təyinatlı tikililər X—XI əsrlərə aid edilir. Vahanvəngdə Sünik çarlarının məqbərəsi də var. Çar Vasaqın (1051-ci ildə ölüb), çar I Qriqorun (1072-ci ildə ölüb), çar Sənəkərimin anası — knyagina Sofinin (1081-ci ildə ölüb) və çar nəslindən olan bir çoxlarının qəbirlərinin sinədaşları aşkar edilib[2].
İstinadlar
- ↑ 1,0 1,1 Григорян Г. М., 1972, p. 215-229.
- ↑ Григорян Г. М., 2006, p. 134-145.
Həmçinin, bax:
Ədəbiyyat
- Новонайденные надписи Ваанаванка // Ист.-филол. журн.. — 1972. — № 1. — С. 215-229.
- Григорян Г. М. Очерки истории Сюника. IX—XV вв. / Отв. ред. X. А. Торосян, Б. А. Улубабян. — Ереван: Издательство АН Армянской ССР, 1990. — ISBN 5—8080—0042—4.
- Григорян Г. М. Сюникское царство (X - XII века) // Ист.-филол. журн.. — 2006. — № 2. — С. 134-145.<
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |