Taleh Yusubov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası materialı
Sətir 55: Sətir 55:
1975 – 1976-cı illərdə təyinatla Mingəçevir yol nəqliyyatı zavodunda mühəndis-konstruktor,
1975 – 1976-cı illərdə təyinatla Mingəçevir yol nəqliyyatı zavodunda mühəndis-konstruktor,


1976 – 1984-cü illərdə Şəkidə mədəniyyət şöbəsində, elektrik şəbəkəsi idarəsində, ət-süd kombinatında, [[V.İ.Lenin adına Şəki İpək İstehsal Birliyi|V.İ.Lenin adına Şəki İpək İstehsal Birliyinin]] klubunda müxtəlif vəzifələrdə çalışıb.
1976 – 1984-cü illərdə Şəkidə mədəniyyət şöbəsində, elektrik şəbəkəsi idarəsində, ət-süd kombinatında, [[V.İ.Lenin adına Şəki İpək İstehsal Birliyi|V.İ.Lenin adına Şəki İpək İstehsal Birliyinin]] klubunda müxtəlif vəzifələrdə,


1984 – 2002-ci illərdə [[İpək kombinatı (Şəki)|Şəki İpək kombinatında]] sex rəisi,
1984 – 2002-ci illərdə [[İpək kombinatı (Şəki)|Şəki İpək kombinatında]] sex rəisi,


2003 – 2021-ci illərdə Şəki Musiqi kollecində müəllim işləyib.
2003 – 2021-ci illərdə Şəki Musiqi kollecində müəllim vəzifəsində çalışıb.


===Musiqi fəaliyyəti fəaliyyəti===
===Musiqi fəaliyyəti fəaliyyəti===

02:47, 12 iyun 2023 versiyası

Taleh Yusubov
Yusubov Taleh Valeh oğlu
Taleh Yusubov
Taleh Yusubov.
Şəxsi məlumatlar
Doğum tarixi 7 iyul 1951 (1951-07-07) (73 yaş)
Doğum yeri Nuxa, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan
Təhsili

 • Şəki/Nuxa Orta İxtisas Musiqi Məktəbi (1966–1969; 1970–1971)

 • Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, maşınqayırma şöbəsi (1969–1970 və 1971–1975)
facebook səhifəsi

Taleh Yusubov — tanınmış musiqiçi və musiqiçi-pedaqoq, “Zirvə” vokal-instrumental ansamblının yaradıcılarından biri və üzvü. 20 ilə yaxın müddət ərzində Şəki Musiqi Kollecində fortepiano müəllimi vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar

7 iyul 1951-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1958 – 1968-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,

1959 – 1966-сı illərdə Nuxa şəhər 1 №-li uşaq musiqi məktəbinin fortepiano sinfində,

1966 – 1969 və 1970 – 1971-ci illərdə Şəki/Nuxa Orta İxtisas Musiqi Məktəbində,

1969 – 1970 və 1971 – 1975-ci illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun maşınqayırma şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti

1975 – 1976-cı illərdə təyinatla Mingəçevir yol nəqliyyatı zavodunda mühəndis-konstruktor,

1976 – 1984-cü illərdə Şəkidə mədəniyyət şöbəsində, elektrik şəbəkəsi idarəsində, ət-süd kombinatında, V.İ.Lenin adına Şəki İpək İstehsal Birliyinin klubunda müxtəlif vəzifələrdə,

1984 – 2002-ci illərdə Şəki İpək kombinatında sex rəisi,

2003 – 2021-ci illərdə Şəki Musiqi kollecində müəllim vəzifəsində çalışıb.

Musiqi fəaliyyəti fəaliyyəti

1971 – 1973-cü illərdə bəstəkar, xalq artisti Nəriman Əzimovun rəhbərlik etdiyi Politexnik İnstitutunun xalq çalğı alətləri ansamblında royal ifaçısı olub,

1971-ci ildə Daşkənddə keçirilən “Taşpi-71” Ümumittifaq Festivalında,

1972-ci ildə isə SSRİ-nin 50 illiyinə həsr olunmuş Ümumittifaq Televiziya Festivalında çıxış edib (bu konsertlər SSRİ-nin bütün ərazisinə canlı yayımlanırdı).

1970-ci illərdə əvvəl Şəki İpək kombinatının “Təbəssüm” estrada ansamblının,

1976-cı ilin yayında Rahib Məmmədovun Füzuli adına Şəki mədəniyyət və istirahət parkının nəzdində yaratdığı estrada ansamblının,

1977-ci ildən isə Şəki mədəniyyət evinin “Zirvə” vokal-instrumental ansamblının üzvü olub.

2009-cu ilədək “Zirvə”nin solisti kimi fəaliyyət göstərib (ansambl 1978-cı ilin iyul ayında Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən Ümumittifaq Komsomolunun 60 illiyinə həsr olunmuş müsabiqədə 1-ci yeri tutmuş, dəfələrlə Azərbaycan Televiziyasında, Bakıda keçirilən Respublika əhəmiyyətli tədbirlərdə çıxışlar etmiş, Azərbaycanın bir çox şəhər və rayonlarında qastrol səfərlərində olmuşdur).

2003 – 2021-ci illərdə Şəki Musiqi kollecində fortepiano ixtisası üzrə müəllim vəzifəsində çalışıb.

2021-ci ildə təqaüdə çıxıb.

Ədəbiyyat

Təhmirazqızı S. Taleh Yusubov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  224. — Səh.: 189. — 300 nüsx.