Səbinə Hacıyeva: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
|||
Sətir 40: | Sətir 40: | ||
1971-ci ildə Bakıda anadan olub. | 1971-ci ildə Bakıda anadan olub. | ||
1994-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini fərqləmmə diplomu ilə bitirib. | ===Təhsili=== | ||
1994-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini fərqləmmə diplomu ilə bitirib. | |||
==Əsas iş yerləri== | ==Əsas iş yerləri== |
09:01, 4 iyun 2020 versiyası
Səbinə Hacıyeva | |
---|---|
Hacıyeva Səbinə Xalid qızı | |
Səbinə Hacıyeva | |
Səbinə Hacıyeva, 2014 | |
Doğum tarixi | 13 oktyabr 1971 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | Azərbaycan Memarlıq və İnşaat Universiteti, memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri (2015-ci ildən) |
Elmi dərəcəsi | memarlıq doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, memarlıq fakültəsi (1994) |
Mükafatları |
Səbinə Hacıyeva (Hacıyeva Səbinə Xalid qızı; d. 13 noyabr 1971-ci il, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı memar-alim, memarlıq doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, Azərbaycan Respublikası Memarlar İttifaqının elm və təhsil üzrə komissiyasının sədri.
Haqqında məlumatlar
1971-ci ildə Bakıda anadan olub.
Təhsili
1994-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini fərqləmmə diplomu ilə bitirib.
Əsas iş yerləri
1994 – 2003-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin landşaft memarlığı kafedrasında müəllim,
2001 – 2017-ci illərdə abidələrin bərpası və mühafizəsi laboratoriyasının direktor olub.
2005-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasında çalışır,
2015-ci ildən həmin kafedrasının müdiridir.
Elmi fəaliyyəti
1998-ci ildə namizədlik dissertasiyasını müdafiə edib və elmlər namizədi elmi dərəcəsi alıb.
2004-cü ildə dosent elmi adını alıb.
2013-cü ildə “Azərbaycanın Şimal-Qərb regionunun memarlıq irsi, onun qorunma və istifadəsi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib,
2014-cü ildə memarlıq üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində professor əvəzi vəzifəsinə seçilib.
2019-cu ildə isə professor elmi adını alıb.
100-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifi, 4 kitabın həmmüəllifidır.
Şəki rayonunun Kiş kəndindəki kilsə tikilisinin bərpası və muzeyləşdirilməsinə həsr edilmiş Azərbaycan – Norveç “KİŞ” layihəsində;
Qəbələ rayonunun Nic kəndindəki kilsənin bərpasına həsr edilmiş Azərbaycan – Norveç “NİC” layihəsində;
Qax rayonunun Qum kəndindəki kilsənin konservasiyasına həsr edilmiş Azərbaycan – ABŞ “Qum” layihəsində iştirak edib.
Digər
1999-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür.
2012-ci ildə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü seçilmişdir.
2015-ci ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professoru,
2016-ci ildə Bakı Akademik Mərkəzinin elmi katibi seçilib.
Mükafatları
- “Tərəqqi” medalı (25 noyabr 2016-cı il).
İstifadə edilmiş mənbələr
- Azərbaycan Memarlar İttifaqı (12 Fevral, 2018). "Hacıyeva Səbinə Xalid qızı". www.uaa.az (azərb.). Azərbaycan Memarlar İttifaqı. 29 May 2020 tarixində arxivləşdirilib.