Babaratma: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası materialı
Səhifəni 'Kateqoriya:B{{YM |ad = Babaratma |xəritə = Seki.PNG |xəritə miqyas = 200px |xəritə məlumat = Şəki rayonu |xəritə1...' ilə yarat
 
Redaktənin izahı yoxdur
Sətir 59: Sətir 59:


{{Şəki rayonunun yaşayış məntəqələri}}
{{Şəki rayonunun yaşayış məntəqələri}}
{{Şəki rayonu-qaralama}}
 
{{kənd-qaralama}}


[[Kateqoriya:Şəki rayonunun kəndləri]]
[[Kateqoriya:Şəki rayonunun kəndləri]]

00:24, 17 mart 2020 versiyası

Yaşayış məntəqəsi
Babaratma


Ölkə Azərbaycan
Rayon Şəki rayonu
Əhalisi 319 nəfər



BabaratmaAzərbaycan Respublikasının Şəki rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd.

Tarixi

Murdarçayın (Əyriçayın qolu) sahilində, Alazan-Həftəran vadisindədir. Kəndin yaxınlığında Babaratma piri var. Bu pirə bəzən Pirbaba da deyirlər. Rəvayətə görə, pir ərəb işğalları dövründə (VII əsr) yerli əhali ilə vuruŞmada öldürülmüş ərəb sərkərdəsi Babarutənin qəbridir. Oykonimin ikinci komponenti irətmə variantında yerli dialektdə "kəlağayı toxunan yer, emalatxana" mənasında işlənir. Məlumdur ki, Şəki ta qədimdən özünün qiymətli ipəyi və kəlağayısı ilə məşhurdur[1].

Əhalisi

Kəndin əhalisi 319 nəfər təşkil edir ki, onun da 164 nəfəri kişi, 155 nəfəri isə qadındır.

Babaratma piri

Şəki şəhəri Babaratma kəndindəki eyniadlı pir kompleksinə məqbərə, məscidlər və qəbiristanlıq daxildir. Məscid-türbə binasının kitabəsindən alınan məlumata görə, buradakı qəbir Seyyid Hacı Ağa Məhəmmədindir (h. 1005 / m. 1596-1597). Onun ulu babalarından birinin adı Seyyid Şeyx Dədə Mürsəl Şeyx Babarta idi. «Babarta» «Baba ribat» sözünün təhrif olunmuş şəklidir.[2]

Türbə binasının divarında ərəbcə bu sözlər yazılıb : “Babaratma kəndindən olan və ziyarətgahda yaşayan Molla Abdullah ibn Molla Abdulmuttəlib Hz Muhammədin hicrətindən sonra 1100 ilində bərpa etdirdi və öz əli qəbrini qazdı” (1688-1689)

M5 Zaqatala - Yevlax yolunun Şəkidən keçən 366-ci km-i, Şəkinin girişindən 21 km sonra, Əyriçay su anbarı ilə üzbəüz, Suvagil kənd yolundan 1,3 km içəridə yerləşir.

Mədəniyyəti

Bura kiçik kənd olduğu üçün kənd məktəbində təhsil alan uşaqların sayı 60-dır.

İqtisadiyyatı

Kənd caamatı tütünçülüklə və əkinçiliklə məşğul olur.

İstinadlar

  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  2. "Azərbaycan Folkloru Antologiyası. XVIII kitab. Şəki folkloru. III cild" (PDF). AMEA Folklor İnstitutu (azərb.). folklorinstitutu.com. 2008. 2016-03-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-12.

Şəki rayonunun yaşayış məntəqələri