İkinci Biləcik

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Yaşayış məntəqəsi
İkinci Biləcik


Ölkə Azərbaycan
Region Şəki rayonu
Əhalisi 1300 nəfər



İkinci BiləcikAzərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.[1]

Tarixi[redaktə | HTML redaktə]

Tarixi [2].

Məlumatlara görə kəndin əsası XV əsrdə yaşamış Anadolu türkü tərəfindən qoyulmuşdur. 1734-cü ildə baş vermiş Biləcik üsyanı da bu kəndin adı ilə bağlıdır.

Coğrafiyası və iqlimi[redaktə | HTML redaktə]

İkinci Biləcik kəndi Şəki şəhərindən 24 km şimal-qərbdədir. Kənddə Yaşı 500-ə yaxın olan iki palıd ağacı var və bunlar qırmızı kitaba salınmışdır. XIX əsrdə inşa olunmuş tarixi məsciddə vardır.Kənd Böyük Qafqazın cənubunda yerləşir. İqlimi əsasən qışı soyuq keçən mülayim isti iqlim tipidir.

Əhalisi[redaktə | HTML redaktə]

İkinci Biləcik kəndinin əhalisi 1.300 nəfər təşkil edir və 310-a yaxın ev vardır.

İqtisadiyyatı[redaktə | HTML redaktə]

Kənd əsasən fındıqçılıq və maldarlıqla məşğul olur. Şəki üzrə fındıqçılıqda birinci yerdə durur. Bunlardan başqa quşçuluq və taxılçılıq kəndin iqtisadiyyatında mühüm rol oynayır. İkinci Biləcik kəndində böyük futbol meydançası fəaliyyət göstərir. Kəndin məktəbində 270 şagird təhsil alır.

İnfrastruktur[redaktə | HTML redaktə]

Kənd 2014-cü ilin aprel ayından sürətli internetlə təmin olunmuşdur.

İstinadlar[redaktə | HTML redaktə]

  1. Şəkidə fəaliyyət göstərən mədəni-maarif müəssisələri haqqında məlumat
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.