Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...

"Ceyran Mahmudova" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 76: Sətir 76:
  
 
2010 – 2014-cü illərdə Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalında “Musiqi xəzinəsi” verilişinin ssenari müəllifi və aparıcısı olub.
 
2010 – 2014-cü illərdə Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalında “Musiqi xəzinəsi” verilişinin ssenari müəllifi və aparıcısı olub.
 
=== Ailəsi ===
 
* Bəstəkar [[Emin Sabitoğlu|Emin Sabitoğlunun]] qızı,  görkəmli dramaturq [[Sabit Rəhman|Sabit Rəhmanın]]
 
  
 
== FTəltifləri ==
 
== FTəltifləri ==

21:25, 4 iyul 2020 versiyası

Ceyran Mahmudova
Mahmudova Ceyran Emin qızı (Sabitoğlu)
Ceyran Mahmudova
Ceyran Mahmudova, 2019-cu il
Şəxsi məlumatlar
Doğum tarixi 19 iyul 1964 (1964-07-19) (59 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Emin Sabitoğlu

Təhsili

Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsi (1982 – 1987)

Azərbaycan SSR Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aspiranturası (1987 – 1990)
Mükafatları "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı

Ceyran Mahmudova (Mahmudova Ceyran Emin qızı (Sabitoğlu); d. 19 iyul 1964-cü ildə, Bakı, Azərbaycan SSR, SSRİ) — musiqişünas alim, sənətşünaslıq elmləri doktoru (2013,) professor (2017), Azərbaycan Bəstəkarlar İttifaqının (1996) və ittifaqın idarə heyətinin üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2018-ci ildən). Bəstəkar Emin Sabitoğlunun qızı, görkəmli Azərbaycan sovet yazıçısı, dramaturq və ssenaristi Sabit Rəhmanın nəvəsidir.

Haqqında məlumatlar

19 iyul 1964-cü il tarixində Bakıda anadan olub.

Təhsili

1971 – 1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbinin fortopiano sinfində,

1982 – 1987-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində,

1987 – 1990-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında təhsil alıb.

İş yerləri

1990 – 1996-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi, elmi işçi, baş elmi işçi,

1991 – 2017-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında əvvəl müəllim, sonra dosent, daha sonra professor,

2017 – 2018-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin dekanı vəzifəsində çalışıb.

30 iyul 2018-ci il tarixindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorudur.

Elmi fəaliyyəti

1994-cü ildə “Azərbaycan təsniflərinin problemləri” adlı mövzuda namizədlik,

2012-ci ildə “Azərbaycan bəstəkarlarının mahnılarında poeziya ilə musiqinin qarşılıqlı əlaqələri” adlı mövzuda doktorluq dissertasiyası müdafiə edib.

2003-cü ildə dosent,

2017-ci ildə professor elmi adını alıb.

3 monoqrafiya, 3 dərs vəsaiti, 50-dən çox elmi, 40-dan artıq elmi-publisistik məqalənin, fənn proqramlarının və metodik göstərişlərin müəllifidir. Respublika və beynəlxalq miqyaslı bir sıra elmi konfrans və simpoziumlarda iştirak edib.

Digər

2010-cu ildən Ali Attestasiya Komissiyasının sənətşünaslıq və memarlıq üzrə ekspert şurasının üzvüdür.

Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin üzvüdür.

2010 – 2014-cü illərdə Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalında “Musiqi xəzinəsi” verilişinin ssenari müəllifi və aparıcısı olub.

FTəltifləri

Filmoqrafiya

  1. Gün keçdi (film, 2012).

Ədəbiyyat

  • "MAHMUDOVA CEYRAN EMİN QIZI (CEYRAN SABİTOĞLU)". musigi-dunya.az (azərb.). musigi-dunya.az. 10 May 2009 – 2 Dec 2019 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)
  • MAHMUDOVA CEYRAN EMİN QIZI (SABİTOĞLU) // Məlumat kitabçası (2013 – 2019) / Azərbaycan Bəstəkarlar İttifaqı. — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. — Bakı, 2019. — Səh.: 164 – 165. — 200 nüsx. — ISBN 978-9952-440-31-6.
  • "REKTOR". admiu.edu.az (azərb.). admiu.edu.az. 15 Dec 2013 – 3 Mar 2020 tarixində arxivləşdirilib.
  • Məmmədov Ə., Xalıqov F. Mahmudova Ceyran // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 251. — 600 nüsx. — ISBN 5-8066-1708-4.

Şablon:Yaxşı məqalə