"Kəlbəli xan Xoyski" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni '{{mənbə azlığı}} {{Şəxs |Adı = Kəlbəli xan Xoyski |Orijinal adı = |Tam adı = Kəlbəli xan Əhməd xan oğlu Xoyski |Digər adları = Ki...' ilə yarat) |
|||
Sətir 1: | Sətir 1: | ||
− | {{mənbə azlığı}} | + | [[Kateqoriya:K]]{{mənbə azlığı}} |
{{Şəxs | {{Şəxs | ||
|Adı = Kəlbəli xan Xoyski | |Adı = Kəlbəli xan Xoyski |
12:30, 17 iyul 2020 versiyası
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada etibarlı mənbələr göstərə bilərsiniz.(noyabr 2024) |
Kəlbəli xan Xoyski | |
---|---|
Anadan olub | 1775 |
Vəfat edib | 10 avqust 1834 |
Dəfn yeri | Kərbəla |
Həyat yoldaşı | Sara xanım Cəfərqulu xan qızı |
Uşağı | İskəndər xan Xoyski |
Atası | Əhməd xan |
Anası | Səltənət bəyim |
Kəlbəli xan Əhməd xan oğlu Xoyski — Rus ordusunda general mayor, İskəndər xan Xoyskiın atası, Fətəli xan Xoyskinin ata babası.
Həyatı
Cəfərqulu xan Xoyski ilə birlikdə Nuxaya (Şəkiyə) gələn xoylulardan biridir. O, Xoy xanı Əhməd xanın oğlu idi və əmisi Cəfərqulu xanın qızı Sara xanımla evlənmişdi.
1819-cu ildə - Şəki xanlığının ləğv edilməsindən az sonra, ruslar mərhum İsmayıl xanın qohum-əqrəbasının bir qisminə illik təqaüd kəsdilər. Məsələn, o vaxt "Kiçik ağa" ləğəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə, yəni Kəlbəli xan Xoyskiyə, əvvəl 1300, sonra isə 2300 manat; onun anası Səltənət bəyimə 1200 manat və s. Lakin bununla yanaşı, həm də onlara Nuxanı tərk etmək "məsləhət" görüldü.
Bu arada, İran şahının vəliəhdi Abbas Mirzə rəsmi şəkildə Kəlbəli bəyin İrana qayıtmasını istəyirdi. Həmin işin nə vaxt və nə dərəcədə realizə olması bəlli deyil. Yalnız o məlumdur ki 28 noyabr 1828-ci il tarixli sənəddə onun titulu xan, özü isə "Xoyu idarə edən şəxs" kimi göstərilir". Həmin vaxt Xoy Rus işğalı altında idi və Kəlbəli xanın onlara xidmət etməsinin müqabilində, 22 avqust 1829-cu il tarixdə rütbəsi (–20 ildən artıq idi ki polkovnik idi) artırıldı – general-mayor oldu.
Daha sonralar, 20 dekabr 1831-ci il tarixli sənəddə, həmin vaxt Dərbəndən Dağıstanın içərilərinə doğru hərbi missiyaya başlamış rus qoşunlarının komandanlarından biri kimi Kəlbəli xanın da adına təsadüf edilir. Kəlbəli xan 10 avqust 1834-cü il tarixdə Yelisavetpolda (– Gəncə şəhərində) dünyasını dəyişmişdir.
Kəlbəli xanın ölümündən bir ay sonra – 11 sentyabr 1834-cü il tarixdə cənazəsi Kərbəlaya göndərilmişdir (1819-cu ildə İsmayıl xanın ölümündən də sonra həmin bu Kəlbəli bəy rus hakimiyyət dairələrinə rəsmən müraciət edərək mərhumun nəşinin Kərbəlaya aparılması üçün təşkilati köməklik göstərilməsini istəmişdir).
Ailəsi
Kəlbəli bəy Sara bəyimlə ailə qurmuş və bi nikahdan İsgəndər xan doğulmuşdur.